Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
      Çap versiyası  ;  PDF
      Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
      Xüms düşməyən mal və pul
      1. Hədiyyə
      İnsana hədiyyə edilən pulun, malın və mülkün xümsü yoxdur. Əlbəttə, əgər bunlar xüms ilinin sonunadək istifadəsiz qalarsa, ehtiyat-müstəhəbə görə xümsü verilə bilər.
      Aşağıda sadalananlar hədiyyə hökmündədir: 
      a) İş yerindən verilən kuponlar;
      b) Şəhid ailələrinə, müharibə əlillərinə və əsirlikdən azad olanlara verilən müavinət; 
      c) Dövlət tərəfindən verilən subsidiyalar; 
      d) Bayram hədiyyələri;
      e) Bankdan verilən hədiyyələr;
      f) Təhsil xərclərinə yardım (tələbə təqaüdü).
      Qeyd: Əgər ər və arvadın bir-birinə hədiyyə verməsi, yaxud valideynin öz övladlarına hədiyyə verməsi formal xarakter daşıyıb xümsdən yayınmaq məqsədilə olarsa, habelə əgər hədiyyə onu verənin ürfi şəninə uyğun olmazsa, onun xümsünü vermək vacib olur. 
      2. Mehriyyə
      3. İrs
      4. Vəqf yolu ilə insana çatan əmlak
      5. Valideynin övladlarına, övladların valideynə və kişinin arvadına verdiyi xərclik
      6. Sığorta şirkətinin ömür və ya maşın sığortası ünvanında zərərçəkənə ödədiyi pul
      7. Diyə (qanbahası)
      8. Xümsü verilmiş mal
      9. Məunə (yaşam ehtiyacları və məişət xərcləri)
      Məunə 3 qisimdir:
      1) Gündəlik tələbat olan istehlak malları, məsələn, düyü, çay, yağ, un, avtomobilin bakına tökülən benzin, telefon konturu və s. 
      İl ərzində bu mallardan hər nə qədər istifadə edilərsə, “məunə”dən hesab edilir, amma xüms ilinin sonunda artıq qalan miqdarın xümsü verilməlidir. 
      2) İstifadəsi zamanı aradan getməyən mallar, məsələn, geyim döşənəcək, qab, kitab, televizor və s. 
      Bu malların “məunə” olmasının meyarı insanın ürfi şəninə uyğun olması və onlara ehtiyacı olmasıdır, baxmayarq ki, il ərzində onlardan istifadə olunmaya bilər.
      3) Daşınmaz əmlak, məsələn, ev, torpaq sahəsi və s. 
      Belə ki, əgər bunlar insanın ürfi şəninə uyğun olsa və ürfə görə bunlara ehtiyacı olsa, bu əmlaka xüms düşmür.
      Əgər insan “məunə” sayılan əşyanı xüms ilinin sonunadək istifadə etsə və xüms ilindən sonra satsa, onun satışından əldə etdiyi pula xüms düşmür. Həmçinin əgər xüms ili tamamlanandan sonra həmin əşyadan istifadə etməyərək bir kənara qoyarsa, yenə də ona xüms düşmür.
      10. Borc 
      İnsanın (şəxsdən və ya bankdan) borc aldığı, amma istifadə etməyib kənara qoyduğu pulun xümsü yoxdur. Amma əgər bu borcun müəyyən məbləğini qaytarıbsa, həmin məbləğin xümsünü verməlidir.
      İnsan öz borclarını xüms ilinin sonunda ilin gəlirindən artıq qalan puldan çıxa bilməz. Yalnız o halda çıxa bilər ki, borcu həmin ilin məişət xərcləri üçün almışdır. Əlbəttə, insan xüms ili başa çatmamış bütün başqa borclarını ilin gəlirindən verə bilər.

       

  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /