Ali Məqamlı Rəhbərin informasiya bloku
Tehran əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələri önündə Novruz çıxışı
Ali Rəhbər müxtəlif təbəqələrin insanları ilə baş tutan Novruz görüşündə dedi:

İlin şüarının gerçəkləşməsində xalqın və üç qüvvənin üzərinə vəzifələr düşür

Son xəbərlər

Fiqh və şəri hökmlər

Bankdan pul krediti götürmək
Bankdan pul krediti götürmək
Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Bankda işləmək
Bankda işləmək
Bankın “ribalı pul krediti” əməliyyatlarını aparmağa icazə verilmir və bu işin qarşılığında insanın zəhmət haqqı və maaş almağa haqqı yoxdur. Amma bankın şəriət baxımından haram olan sövdələşmələr ilə heç bir əlaqəsi olmayan şöbələrində işləməyin maneəsi yoxdur. Bu halda əgər şəxs bankın şöbəsinin gəlirindən aldığı maaşda haram malın olduğunu bilmirsə, onu almasının maneəsi yoxdur.