Ali Məqamlı Rəhbərin informasiya bloku

Hicri-qəməri 1446-cı il şəvval ayının əvvəlinin təyin edilməsi

Allahın adı ilə
Ali Məqamlı Rəhbərin son fətvalarına əsasən (eyni üfüqə malik olmaq, ayın hilalını müşahidə vasitələri ilə görməyin kifayət etməsi, sabahkı günün ayın əvvəli olduğunu təsdiqləmək üçün bu gün gündüz vaxtı ayın hilalının müşahidə olunmasına əsaslanmaq kimi şərtlər nəzərə alınaraq) hicri-qəməri 1446-cı il şəvval ayının əvvəlinin təyin edilməsi aşağıdakı qaydadadır:
1- Afrika, Avropa, Qərbi-Asiya, Şimali Amerika və Cənubi Amerikanın hansı məntəqələrində 2025-ci il mart ayının 1-i Ramazan ayının əvvəli olduğu mötəbər şəri yollarla sübuta yetibdirsə, həmin məntəqələrdə 2025-ci il mart ayının 29-u Ayın hilalının müşahidəsinə cəhd edilsin. Ayın hilalı müşahidə olunduğu təqdirdə, bazar günü onlar üçün şəvval ayının əvvəli olacaqdır. Amma dünyanın digər məntəqələrində martın 30-u Ayın hilalının müşahidəsinə cəhd edilsin.
2- Martın 31-i bazar ertəsi günü İranda şəvval ayının əvvəli və mübarək Fitr bayramı elan olunduğu təqdirdə, aşağıda qeyd edilən ölkə və məntəqələr bu elana müvafiq əməl etsinlər, çünki bu məntəqələrdə Ayın hilalının müşahidəsi İrana oxşar və ya daha yaxşı şəraitdə olacaqdır:
Qərbi-Asiya ölkələri, Türkmənistanın mərkəzi və qərb regionları, Qırğızıstan və Özbəkistanın qərb regionu, Azərbaycan Respublikası, Ermənistan, Gürcüstan, Naxçıvan və bütün Avropa. Afrika (əsasən Şimali Afrika ölkələrinə şamil olur), amma Somali, Kenya, Anqola, Efiopiyanın cənub-şərq regionu, Konqo Demokratik Respublikasının mərkəzi və cənub regionları, həmçinin bu ölkələrin cənubunda yerləşən ölkələr istisna təşkil edir. Şimali və Mərkəzi Amerika, Cənubi Amerika, amma Argentina, Çili, Uruqvay, Paraqvay, Braziliya və Bolivinin cənub regionu istisna təşkil edir.
3- Ayın hilalının müşahidəsi ekspertləri eyni fikirdədirlər ki, martın 29-da qürub vaxtı şəvval ayının hilalının müşahidəsi yalnız üç ölkənin – Kanada, Amerika Birləşmiş Ştatlarının və Meksikanın qərb və ya mərkəzi regionlarında mümkün olacaqdır. Amma martın 30-da bütün dünyada Ayın hilalı müşahidə oluna biləcəkdir. Yeni Zelandiya və Avstraliyada Ayın hilalı Günəşin qürubundan qabaq müşahidə oluna biləcəkdir.
4- Ayın hilalının müşahidəsi ekspertlərinin nəzərinə görə, Kanadada Nunavut və ya onun şərq regionlarında, həmçinin Manitobanın şərqində yerləşən məntəqələr üçün şənbə günü Ayın hilalının müşahidəsinə əmin olmaq mümkün deyildir. Amma Manitobanın cənub-qərbində Ayın hilalının müşahidəsi mümkün olacaqdır. Amerikanın şərq ştatlarında, Minnesotanın əyalətlərində, Ayova, Missuri, Arkanzas və Luizianada şənbə günü Ayın hilalının müşahidəsinə əminlik yoxdur. Həmçinin Halisko, Sakatekas və Nuevo-Leon əyalətlərinin şərqində yerləşən Meksikanın əyalətləri üçün şənbə günü Ayın hilalının müşahidəsinə əminlik yoxdur.
 
* Ali Məqamlı Rəhbərdən soruşulan sualların cavablarına istinadən, ekspertlərin sözü əsasında insanda Ayın hilalının müşahidə olunduğuna dair əminlik yarandığı təqdirdə, bu sözə müvafiq şəkildə hərəkət etməyin şəri baxımdan maneəsi yoxdur.
 
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər