Ali Məqamlı Rəhbərin informasiya bloku

Səudiyyə Ərəbistanı kralının mesajı İnqilabın Rəhbərinə təqdim edildi

Səudiyyə Ərəbistanının müdafiə naziri cənab Xalid bin Salman bu gün günortadan sonra İslam İnqilabının Rəhbəri ilə görüşdə Səudiyyə Ərəbistanı kralının mesajını Həzrət Ayətullah Xameneiyə təqdim etdi.

İslam İnqilabının Rəhbəri bu görüşdə vurğuladı: “Biz inanırıq ki, İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr hər iki ölkə üçün faydalı olacaq və bu iki ölkə bir-birinin təkmilləşdiricisi ola bilər”.

Həzrət Ayətullah Xamenei iki ölkə arasındakı münasibətlərin genişlənməsinin düşmənləri olduğunu vurğuladı: “Bu düşmən niyyətlərə qalib gəlmək lazımdır və biz buna hazırıq”.

O, İranın bəzi sahələrdəki nailiyyətlərinə işarə edərək dedi: “İran İslam Respublikası bu sahələrdə Səudiyyə Ərəbistanına kömək etməyə hazırdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Qardaşların bölgədə bir-biri ilə əməkdaşlıq etməsi və bir-birinə yardım etməsi başqalarına bel bağlamaqdan qat-qat yaxşıdır”.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Baqerinin də iştirak etdiyi bu görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri cənab Xalid bin Salman bu görüşdən böyük məmnunluq hissi duyduğunu ifadə edərək dedi: “Mən İranla əlaqələrin genişləndirilməsi və bütün sahələrdə əməkdaşlıq proqramı ilə Tehrana gəlmişəm. Ümidvarıq ki, aparılan konstruktiv danışıqlar Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasında əvvəlkindən daha güclü münasibətlərə zəmin yaradacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /