Ali Məqamlı Rəhbərin informasiya bloku

Bankda işləmək

Sual: Bankda işləmək olarmı?
Cavab: Bankın “ribalı pul krediti” əməliyyatlarını aparmağa icazə verilmir və bu işin qarşılığında insanın zəhmət haqqı və maaş almağa haqqı yoxdur. Amma bankın şəriət baxımından haram olan sövdələşmələr ilə heç bir əlaqəsi olmayan şöbələrində işləməyin maneəsi yoxdur. Bu halda əgər şəxs bankın şöbəsinin gəlirindən aldığı maaşda haram malın olduğunu bilmirsə, onu almasının maneəsi yoxdur.

Sual: Son illərdə “data analitika”, “data engineer” (data mühəndisliyi) kimi peşələr populyarlıq qazanmışdır. Bu peşələrin sahibləri işlədikləri yerlərdə yığılan məlumatlar ilə işləyirlər. Həmin məlumatlardan istifadə edərək müxtəlif cür vizuallaşdırmalar (müxtəlif qrafiklər vasitəsilə məlumatların göstərilməsi, məsələn, “pie chart”, “line chart” və s.) həyata keçirirlər. Sualım da bununla bağlıdır. Məsələn, bank sektorunda işləyən adı çəkilən peşə sahibləri kredit şöbəsinin məlumatları ilə də işləmək məcburiyyətində qalırlar. Bildiyimiz kimi, banklarda müxtəlif şöbələr və müxtəlif gəlir mənbələri mövcuddur. Banklarla işləyən bu peşə sahibləri bəzən və ya mütəmadi olaraq kredit şöbəsinin məlumatlarından istifadə edərək yuxarıda qeyd etdiyim əməliyyatları yerinə yetirirlər. Belə olan halda qazanılan pulun halal olub-olmamasını bilmək istəyirdim.
Cavab: Ribalı bank əməliyyatlarına aid olan işləri görməyə icazə verilmir.

Sual: Bankda İT (informasiya texnologiyaları) sahəsi üzrə işləmək olarmı?
Cavab: Bankın “ribalı pul krediti” əməliyyatlarını aparmağa icazə verilmir və bu işin qarşılığında insanın zəhmət haqqı və maaş almağa haqqı yoxdur. Amma bankın şəriət baxımından haram olan sövdələşmələr ilə heç bir əlaqəsi olmayan şöbələrində işləməyin maneəsi yoxdur. Bu halda əgər şəxs bankın şöbəsinin gəlirindən aldığı maaşda haram malın olduğunu bilmirsə, onu almasının maneəsi yoxdur.

Sual: 1) Kredit verən banklarda işləməyin hökmü nədir? 2) Mənim reklam şirkətim var. Kredit verən bankların kredit və digər xidmətlərini reklam etməyin hökmü nədir?
Cavab: 1) Bankın “ribalı pul krediti” əməliyyatlarını aparmağa icazə verilmir və bu işin qarşılığında insanın zəhmət haqqı və maaş almağa haqqı yoxdur. Amma bankın şəriət baxımından haram olan sövdələşmələr ilə heç bir əlaqəsi olmayan şöbələrində işləməyin maneəsi yoxdur. Bu halda əgər şəxs bankın şöbəsinin gəlirindən aldığı maaşda haram malın olduğunu bilmirsə, onu almasının maneəsi yoxdur.
2) Əgər bu işin “ribalı pul krediti” ilə əlaqəsi olarsa, icazə verilmir.

Kriptopul
Sual: Ayətullah Xameneinin kriptopulun alışı, satışı və faiz ilə artırılması barəsində rəyi nədir?
Cavab: Bu məsələ barəsində Ayətullah Xameneinin bir rəyi yoxdur. Siz bu məsələdə ehtiyata əməl edə bilərsiniz, yaxud da ələmlik səviyyəsini nəzərə alaraq başqa bir mərcəyi-təqlidə müraciət edə bilərsiniz.

Sual: Kriptovalyuta (bitcoin və s.) alğı-satqısının hökmü nədir? Əgər dövlət qanunlarına görə bu iş qanuni olarsa, bu valyutaların şəriət baxımından alğı-satqısı icazəlidirmi? Başqa sözlə, müsəlmanlar üçün bu işin icazəli olub-olmaması dövlət qanunlarına (yəni əgər dövlət buna qanuni olaraq icazə verirsə, icazəlidir; əgər icazə vermirsə, icazəli deyildir) əsaslanırmı?
Cavab: Bu məsələ barəsində Ayətullah Xameneinin bir rəyi yoxdur. Siz bu məsələdə ehtiyata əməl edə bilərsiniz, yaxud da ələmlik səviyyəsini nəzərə alaraq başqa bir mərcəyi-təqlidə müraciət edə bilərsiniz.

Sual: Kriptovalyuta (bitcoin) alıb-satmaq icazəlidirmi? Kriptovalyuta birjalarında (binance.com) əməliyyatlarda (trading) qiyməti 20-100 misli qədər artırmaqla (leverage) əməliyyatlar aparmaq olur. Amma birjada qiymətlərin azalması zamanı yalnız öz əməliyyatındakı ilkin pulu itirə bilərsən. Qiymətlərin artması zamanı isə 20-100 misli qədər gəlir hesablanır. Bu əməliyyatlar icazəlidirmi?
Cavab: Bu məsələ barəsində Ayətullah Xameneinin bir rəyi yoxdur. Siz bu məsələdə ehtiyata əməl edə bilərsiniz, yaxud da ələmlik səviyyəsini nəzərə alaraq başqa bir mərcəyi-təqlidə müraciət edə bilərsiniz.

Sual: Bəzi şəxslər “steycoin” adlı kriptopul işləri ilə məşğul olurlar. Pulu sayta yüklədikdən sonra bu pul orada artır və nəticədə pulu saytdan çıxarıb xərcləyirlər. Bu işlərin hökmü nədir?
Cavab: Bu məsələ barəsində Ayətullah Xameneinin bir rəyi yoxdur. Siz bu məsələdə ehtiyata əməl edə bilərsiniz, yaxud da ələmlik səviyyəsini nəzərə alaraq başqa bir mərcəyi-təqlidə müraciət edə bilərsiniz.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər