Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
      Çap versiyası  ;  PDF
       
      11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul

       

      Xüms ilinin birinci ayının xərclərini ötən xüms ilinin gəlirindən çıxmaq
      276. Mən maaş alan bir işçiyəm və hər ayın axırında maaş alıram. Xüms ilimin başlanğıcı oktyabr ayının biridir. Oktyabr ayının ev xərclərini və kreditlərini ötən xüms ilinin gəlirindən (məsələn, sentyabr ayının maaşından) çıxa bilərəmmi?
      Cavab: Əgər qarşıda gələn xüms ilinin yaşam ehtiyaclarına sərf etmək üçün hazırkı xüms ilinin gəlirindən müəyyən məbləğ pul yığmısınızsa və yeni xüms ili başlandıqda həmin pulu yaxın bir neçə gün ərzində yaşam ehtiyaclarına sərf edəcəksinizsə, belə ki, həmin pulun xümsünü verdiyiniz təqdirdə yaşam ehtiyaclarını təmin edə və kreditləri ödəyə bilməyəcəksinizsə, bu halda həmin pula xüms düşmür. Əks halda isə, xümsünü ödəməlisiniz.

       

      Övladların gələcəyi üçün yığılan pulun xümsü
      277. Bəzi şəxslər övladlarının gələcəyi üçün pul yığırlar və onların məqsədi də xümsdən yayınmaq deyildir. Əgər övlad həddi-büluğa çatmayıbsa və ata övladın vəkili olmaq və bu puldan istifadə etmək hüququna malikdirsə, bu halda həmin pula xüms düşürmü? Həmçinin əgər ehtiyac yaranan zaman valideyn həmin puldan istifadə edərsə və imkan olduqda yerinə qoyarsa, əvvəlki pula xüms düşürmü, yoxsa yox?
      Cavab: Əgər valideyn bu pulu öz övladına həqiqətən hədiyyə edibsə və bu hədiyyə valideynin ürfi şəninə uyğundursa, xümsü yoxdur. Amma əgər sırf övladın adına pul yığmaq olubsa və bu pulu ona hədiyyə etməyibsə, xümsünü verməlidir. 

       

      Zəruri yaşam ehtiyaclarını təmin etmək üçün pul yığmaq
      278. Zəruri yaşam ehtiyaclarını təmin etmək üçün ilin gəlirindən yığılan pula ilin sonu çatan kimi xüms düşür, yoxsa bir müddətdən sonra xüms düşür?
      Cavab: Əgər qarşıda gələn xüms ilinin yaşam ehtiyaclarına sərf etmək üçün hazırkı xüms ilinin gəlirindən müəyyən məbləğ pul yığmısınızsa və yeni xüms ili başlandıqda həmin pulu yaxın bir neçə gün ərzində yaşam ehtiyaclarına sərf edəcəksinizsə, bu halda həmin pula xüms düşmür. Əks halda isə, xümsünü ödəməlisiniz.

       

      279. Yaşam ehtiyaclarını təmin etmək üçün ilin gəlirindən yığılan pulun xümsünü vermədən onu neçə gün, yaxud neçə ay saxlamağa icazə vardır? Hansı şərtlər altında?
      Cavab: Əgər ehtiyac duyulan ev və ya məişət əşyasını almaq üçün ilin gəlirindən pul yığmaq lazımdırsa və yığılan pulun xümsü verildiyi təqdirdə əldə qalan pul ilə onu almaq mümkün olmayacaqsa, bu halda xüms ili başa çatdıqdan sonra bir-iki ay müddətində yığılan pulu həmin əşyanı almağa sərf etmək olar. Amma bu şərtlə ki, şəxs qeyd edilən müddət ərzində (yəni xüms ili başa çatdıqdan sonra bir-iki ay müddətində) yaranan ilk fürsətdə ehtiyac duyulan əşyanı almalıdır. Belə ki, əgər xüms ili başa çatdıqdan, məsələn, bir həftə sonra ehtiyac duyulan əşyanı almaq mümkün olduğu bir halda üzrsüz olaraq onu almazsa və onu sonradan almaq niyyətilə pulu əlində saxlayarsa, pulun xümsünü verməlidir.  

       

      İzdivac xərclərini qarşılaya bilmək üçün maaşı yığmaq
      280. İzdivac üçün lazım olan əşyaları gələcəkdə ala bilmək üçün hər ay maaşımdan müəyyən məbləğ pulu kənara qoyaraq yığıram. Bu pula xüms düşürmü?
      Cavab: Aylıq maaşınızdan kənara qoyaraq yığdığınız pulun xümsünü ilin sonunda verməlisiniz. Amma əgər xüms ili tamamlananda izdivac üçün zəruri olan əşyaları almaq astanasında olsanız və bundan tez onları almaq imkanınız olmayıbdısa, habelə xümsü ödədiyiniz təqdirdə onları ala bilməyəcəksinizsə, bu halda həmin pulun xümsünü verməyə bilərsiniz.

       

      281. İmkansızlığa görə indiyədək evlənə bilməmişəm. Hazırda əlimdə olan pulun bir hissəsini gələcəkdə lazım olan izdivac xərclərini qarşılamaq üçün (onun xümsünü vermədən) kənara qoya birərəmmi?
      Cavab: Əgər ilin gəlirindən kənara qoyulan pul qarşıda gələn xüms ilinin yaxın bir neçə günü ərzində izdivacın zəruri xərclərini qarşılamaq üçün nəzərdə tutulubsa, bu pulun xümsü yoxdur.  

       

      282. Əgər subay olan və evi olmayan dini elmlər tələbəsinin təbliğdən və ya başqa bir işdən gəliri olsa, yaxud İmam (ə) payından ona hədiyyə verilsə, bu gəlirə və hədiyyəyə xüms düşürmü? Yoxsa o, bu yollarla əldə edilən gəlirə xüms düşmədiyini əsas götürə və gəlirin xümsünü vermədən izdivac xərclərini qarşılamaq üçün onu kənara qoya bilər? 
      Cavab: Mərcəyi-təqlidlər tərəfindən dini elmlər hövzələrində təhsil alan tələbələrə İmam (ə) payından verilən aylıqlar hədiyyədir və xümsü yoxdur. Amma dini elmlər tələbələrinin təbliğdən və ya başqa işlərdən əldə etdikləri gəlir xüms ilinin sonunadək istifadəsiz qaldığı təqdirdə, onun xümsünü verməlidirlər.

       

      Ev tikmək üçün pul yığmaq
      283. İki ildir ki, ev tikmək üçün torpaq sahəsi almışam. Hazırda icarədə yaşayıram. Əgər gündəlik xərclərimə qənaət edərək ev tikmək üçün pul yığsam, xüms ilinin sonunda bu pula xüms düşəcəkmi?
      Cavab: Əgər xüms ili başa çatmamış ilin gəliri ilə ev tikmək üçün ehtiyacınız olan tikinti materiallarını alsanız, yaxud həmin pulu yeni xüms ilinin yaxın bir neçə günü ərzində ev tikmək üçün istifadə edəcəksinizsə, xümsü yoxdur.

       

    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /