Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
      Çap versiyası  ;  PDF
       
      6. Sığortadan ödənilən vəsait

       

      Sığortaya ödənilən pul
      189. Həyat, əmanət, yanğın və bədbəxt hadisələr sığortalarına xüms düşürmü? Əgər xüms düşürsə, bu xümsü kim verməlidir? (Sığorta edən tərəf, yoxsa sığortalanan tərəf?)
      Cavab: Sığortalanan şəxsin müqavilə əsasında sığorta edən tərəfə birdəfəyə və ya tədricən ödədiyi pul əgər ödəniş ilinin gəlirindən olarsa, bu şəxsin “məunə”si hesab edilir və xümsü yoxdur. Həmçinin sığorta edən tərəfin müqavilə müddətinin sonunda, yaxud ziyanın qarşılanması üçün razılaşdırılmış şərtlər mövcud olduğu zaman sığortalanan şəxsə ödədiyi pul onun iş gəliri sayılmır və xümsü də yoxdur. Amma sığorta edən tərəfin işi bir növ ticarət sayıldığı üçün sığortalanan şəxslərdən aldığı sığorta məbləği onun illik gəliri sayılır. Buna görə də ilin “məunə”sindən artıq qalan hissəsinə xüms düşür. 
      Bunu da qeyd edək ki, sığortalanan şəxslərə müqavilə əsasında dəymiş ziyana görə il ərzində ödənilən vəsait sığorta müqaviləsinin “məunə”si sayılır və sığortalanan şəxslərdən sığorta məbləği ünvanında alınan puldan çıxılır. İlin sonunda artıq qalan məbləğ (sığorta edən tərəf üçün) gəlir sayılır və xümsü verilməlidir. Sığortalanan şəxsin bu baxımdan heç bir vəzifəsi  yoxdur. 

       

      Sığorta pulu
      190. Sığorta şirkətinin müqavilə əsasında sığortalanan şəxsə dəyən ziyanın qarşılanması üçün ona ödədiyi pula xüms düşürmü?
      Cavab: Sığorta şirkətinin müqavilə əsasında sığortalanan şəxsə ödədiyi pulun xümsü yoxdur.

       

      Tibbi sığorta pulu
      191. Bir şəxs il ərzindəki gəlirindən övladının təhsil haqqını ödəyir. Bu şəxsin işlədiyi müəssisə öncədən əldə edilən razılığa əsasən, təhsil haqqının səksən faizini öz işçisinə geri qaytarır. Yaxud bir şəxs öz müalicə pulunu xəstəxanaya ödəyir, sonra sığorta şirkəti ödənilən bu məbləğin səksən faizini tibbi sığorta müqaviləsi əsasında xəstəyə geri qaytarır. Əgər bu şəxs işlədiyi müəssisədən və ya sığorta şirkətindən aldığı pulu xüms ilinin sonunadək xərcləməzsə, bu pula xüms düşürmü?
      Cavab: Sualda deyilənlərə əsasən, bu pula xüms düşür.
       
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /