Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
      Çap versiyası  ;  PDF
       
      3. İrs

       

      İrs qalan sikkələrin hökmü
      181. İrs olaraq mənə bir neçə gümüş sikkə qalmışdır. Onlara xüms və ya zəkat düşürmü?
      Cavab: İrs qalan mala xüms düşmür. Həmçinin əgər sözügedən sikkələr ticarətdə işlənən sikkələr deyilsə və alverdə ondan istifadə olunmursa, zəkatı da yoxdur. 

       

      İrs qalan mala xüms düşdüyünə şəkk etmək
      182. Atam sağlığında bir torpaq sahəsini mənim adıma sənədləşdirmişdi, vəfatından sonra isə bu torpaq sahəsi mənə irs qaldı. Nəzərə alsaq ki, atam öz vəsiyyətnaməsində əmlakının xümsünün verilməsini qeyd etmişdir, bu torpağın xümsünü vermək mənə vacibdirmi?
      Cavab: Əgər atanız bu torpaq sahəsinin xümsünün verilməsini vəsiyyət edibsə, əvvəlcə vəsiyyətə əməl olunmalıdır, sonra bu torpaq sahəsi varisin mülkiyyətinə keçəcəkdir. Amma əgər atanız həyatda ikən sözügedən torpaq sahəsini sizin mülkiyyətinizə keçiribsə və siz də onu təhvil almısınızsa, eyni halda bu torpaq sahəsinə xüms düşürdüsə, atanızın sizə verdiyi bu hədiyyə şəri baxımdan düzgündür, lakin onun xümsü, mərhumun digər borcları kimi, irs bölünməmişdən öncə ödənilməlidir.

       

      İrs qalan torpağın bahalaşması
      183. Atanın bağı hədiyyə və ya irs yolu ilə oğluna çatıb. Bu bağ oğula çatdığı zaman ucuz olub. Hazırda isə bağın qiyməti bahalaşıb və onun satış qiyməti əvvəlki qiyməti ilə xeyli fərq edir. Bahalaşma nəticəsində artan qiymətə xüms düşürmü?
      Cavab: İrsə və hədiyyəyə, habelə onların satışından əldə edilən pula xüms düşmür, baxmayaraq ki, onun qiyməti sonradan bahalaşmışdır. Amma əgər bunlar ticarət və qiymətin bahalaşması məqsədilə saxlanılarsa, bu halda ehtiyat-vacibə görə, onun bazarda qalxan qiymətinə xüms düşür və xüms ilinin sonunadək həmin məbləğ istifadə edilmədiyi təqdirdə, xümsü verilməlidir.  
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /