Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
      Çap versiyası  ;  PDF
       
      8. Xümsü ödənilmiş mal

       

      193. Əlimdə xümsü ödənilmiş pul və ya mal var idi. Mən onun bir miqdarını istifadə etdim. Xüms ilinin sonunda həmin puldan və ya maldan işlətdiyim miqdarın əvəzini ilin gəlirindən çıxa bilərəmmi?
      Cavab: Xümsü ödənilmiş puldan və ya maldan işlətdiyiniz miqdarın əvəzini ilin gəlirindən çıxa bilməzsiniz. 

       

      194. Bir şəxsin xümsü verilmiş buğdası var idi. O, yeni məhsulu yığdığı vaxt xümsü verilmiş buğdanı işlədər, onun yerinə yeni məhsul olan buğdadan qoyardı. Bu şəxs uzun illər bu işi görüb. İndi bilmək istəyir ki, işlətdiyi xümsü verilmiş buğdanın yerinə qoyduğu yeni buğdaya xüms düşübmü? Əgər düşübsə, buğdanın hamısına xüms düşübmü?
      Cavab: Əgər xümsü verilmiş buğdanı işlədərsə, daha onun yerinə yeni məhsul olan buğdanı qoya bilməz. Buna görə də, yeni məhsul olan buğdadan öz “məunə”sinə sərf etdiyi miqdarın xümsü yoxdur, amma xüms ilinin sonunda artıq qalan buğdanın xümsünü verməlidir. 

       

      195. Mənim iki bank hesabım var. Birinci hesabımdakı pul hədiyyədir və ona xüms düşmür. İkinci hesabımdakı pul gəlirimdir və ona xüms düşür. Mən ikinci hesabımdan pul çəkmək niyyətilə səhvən birinci hesabdakı pulumun bir hissəsini götürüb xərcləmişəm. Bilmək istəyirəm ki, ikinci hesabımdakı puldan götürüb birinci hesabıma qoya bilərəmmi? Yəni əgər ikinci hesabımdakı puldan götürüb birinci hesabıma qoysam, bu pula xüms düşəcəkmi, yoxsa yox?
      Cavab: Hədiyyə puldan istifadə etdiyiniz məbləği gəlirinizdən çıxa bilməzsiniz. (Yəni xümsü verilmiş pul və ya mal istifadə edildiyi halda, daha onun yerinə xümsü verilməmiş pulu və ya malı qoymaq olmaz.) 
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /