Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
      Çap versiyası  ;  PDF
       
       
      Xümsün müxtəlif məsələləri

       

      Sual 1031: Mən hicri-şəmsi 1341-ci ildə İmam Xomeyniyə (r.ə) təqlid etmişəm və öhdəmə düşən şəri əmlak vergisini onun fətvaları əsasında vermişəm. Hicri-şəmsi 1346-cı ildə İmam Xomeyni (r.ə) şəri əmlak vergisi və dövlət vergiləri barəsində soruşulan sualın cavabında qeyd etmişdi ki, şəri əmlak vergisi xüms və zəkatdır, amma dövlət vergiləri şəri əmlak vergisindən sayılmır. Hal-hazırda İslam hökumətində yaşadığımızı nəzərə alaraq, xahiş edirəm, şəri əmlak vergisi və dövlət vergiləri barəsində bizim vəzifəmizi açıqlayasınız.
      Cavab: Baxmayaraq ki, İslam hökumətinin qanunlar əsasında qoyduğu vergiləri qanunun şamil olduğu bütün şəxlər ödəməlidir və hər il ödənilən vergilər həmin ilin məişət ehtiyaclarından hesab olunur, amma bu vergilər İmam (ə) payı və seyid payı hesab olunmur. Bu şəxslər öz illik gəlirlərindən ilin məişət ehtiyaclarından artıq qalan məbləğin xümsünü ayrıca olaraq verməlidirlər.

       

      Sual 1032: Xüms-zəkat pulunu dəyəri sabit olan valyutaya çevirməyə şəri baxımdan icazə verilirmi, yoxsa verilmir?
      Cavab: Öhdəsində şəri əmlak vergisi olan şəxs bu işi görə bilər. Amma o öz vacib şəri əmlak vergisini verdiyi vaxt onu ödəniş gününün məzənnəsi ilə hesablamalıdır. Amma şəri əmlak vergisini almaqda müsəlmanların vəliyyi-əmri tərəfindən vəkil olan və etibar edilən şəxs aldığı pulu başqa bir pula (valyutaya) çevirə bilməz. Amma əgər bu işi görməsinə icazəsi olarsa, bu hal istisnadır. Pulun dəyərinin dəyişməsi pulu başqa pula çevirmək üçün şəri icazə hesab olunmur.  

       

      Sual 1033: Bir elmi müəssisədə gələcəkdə müəssisənin maddi ehtiyaclarını təmin etmək üçün ticarət şöbəsi açılmışdır və onun sərmayəsi şəri əmlak vergisindəndir. Bu ticarətin gəlirinin xümsünü vermək vacibdirmi? Onun xümsünü müəssisəyə sərf etmək olarmı?
      Cavab: Şəri əmlak vergisi şəriətdə müəyyən edilən yerlərə sərf olunmalıdır. Onu şəriətdə müəyyən edilən yerlərə sərf etməyib - hətta gəlirindən bir elmi müəssisə üçün istifadə etmək məqsədilə olsa belə - ticarətə sərmayə qoymağın, xüms işlərini idarə edən şəxsin icazəsi olmadan maneəsi vardır. Ticarətə sərmayə qoyulduğu təqdirdə, əldə edilən gəlir sərmayəyə tabedir və sərmayənin sərf edildiyi yerlərə sərf edilməlidir, xümsü də yoxdur. Bəli, müəssisəyə verilən hədiyyələri ticarətə sərmayə qoymqğın maneəsi yoxdur. Sərmayə müəssisənin əmlakı olduğu təqdirdə, əldə edilən gəlirin xümsü yoxdur.

       

      Sual 1034: Əgər hansısa bir şeyin xümsünü verib-vermədiyimizə şəkk etsək, amma onun xümsünü verdiyimizə böyük ehtimal versək, vəzifəmiz nədir?
      Cavab: Əgər xüms düşən bir şey barəsində belə bir şəkk edirsinizsə, onun xümsünü verdiyiniz barədə yəqinə çatmalısınız.

       

      Sual 1035: Bir neçə il əvvəl mənə müəyyən məbləğ xüms vacib oldu. Mən bu məbləği bir müctəhidə verib-geri aldım (dəstgərdan etdim). Xümsün bir hissəsini ödədim, qalan hissə isə öhdəmdə qaldı. O vaxtdan indiyədək qalan məbləği ödəyə bilməmişəm. Mənim vəzifəm nədir?
      Cavab: Xüms borcunu ödəməyə maddi imkanın olmaması, mükəlləfin öhdəsindən şəri vəzifənin götürülməsinə səbəb olmur. Xüms borcunu verməyə imkanınız olan zaman, hətta hissə-hissə olsa belə, onu ödəməlisiniz.

       

      Sual 1036: Xüms düşməyən bir malın xümsü olaraq verdiyim məbləği, hal-hazırda xümsünü borclu olduğum malın xümsü olaraq hesablaya bilərəmmi?
      Cavab: Əgər verdiyiniz xüms, şəriətdə müəyyən edilən yerlərə sərf edilibsə, sizin hal-hazırkı xüms borcunuzun yerinə hesablanmayacaqdır. Amma əgər verdiyiniz xümsün özü mövcud olarsa, onu geri istəyə bilərsiniz.

       

      Sual 1037: Şəri vəzifə yaşına çatmayan uşaqlara xüms vacib olurmu?
      Cavab: Bəli, onlara da xüms vacib olur. Bu halda uşağın şəri qəyyumu uşağın illik xərclərindən artıq qalan gəlirinin xümsünü verə bilər. Həmçinin əgər başqa hallar da, məsələn, haram mala qarışan halal mal, mədən və dəfinə kimi hallar mövcud olarsa, uşağın şəri qəyyumu bu malların da xümsünü verə bilər. Əgər o, uşağın malının xümsünü verməzsə, uşaq şəri büluğa çatdıqdan sonra bu malın xümsünü verməlidir.

       

      Sual 1038: Əgər bir şəxs şəri əmlak vergisindən, İmam (ə) payından, ümumiyyətlə, şəriətin müəyyən etdiyi yerlərə sərf edilməsi üçün mərcəyi-təqlidlərin birindən icazə alınması gərəkli olan əmlakın müəyyən qədərini bir dini müəssisəyə, yaxud mədərəsə ya məscid ya hüseyniyyənin tikintisinə sərf etsə, şəri baxımdan haqqı vardırmı ki, öhsədində olan şəri əmlak vergisini vermək ünvanında sərf etdiyi bu əmlakı geri alsın, yaxud onun torpaq sahəsini geri alsın, yaxud həmin müəssisənin binasını satdırsın? Yoxsa buna haqqı yoxdur?
      Cavab: Əgər o, şəri əmlak vergisini təhvil verməli olduğu şəxsin icazəsi əsasında öz əmlakını, öhdəsində olan şəri əmlak vergisini vermək niyyətilə mədrəsə və bu kimi obyektlərin tikintisinə veribsə, onu geri almaq və ondan öz mülkü kimi istifadə etmək haqqı yoxdur.

       

       
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /