Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
      Çap versiyası  ;  PDF
       
      Xüms işlərini idarə edən şəxs

       

      Sual 1003: Mərhum İmam Xomeyni (r.ə), siz və bəzi fəqihlər xüms və zəkat işinin müsəlmanların rəhbərinə aid olduğunu qeyd etmisiniz. Elə isə, xüms və zəkatı müsəlmanların rəhbərindən qeyrisinə verməyin hökmü nədir?
      Cavab: Hörmətli mərcəyi-tədlidlərin müqəllidləri əgər xüms verərkən özlərinin mərcəyi-təqlidinin fətvasına uyğun əməl edərlərsə, boyunlarından haqq götürülər.

       

      Sual 1004: Seyid payını xeyriyyə işlərinə, məsələn, seyidlərin izdivacına sərf etmək olarmı?
      Cavab: Seyid payı İmam (ə) payı kimi müsəlmanların vəliyyi-əmrinin ixtiyarındadır. Əgər xüsusi icazə olarsa, seyid payını qeyd edilən məqsədə sərf etməyin maneəsi yoxdur.

       

      Sual 1005: İmam (ə) payını xeyriyyə işinə (məsələn, dini hövzələrə və ya yetimlər evinə) sərf etmək üçün müqəllidin məhz öz mərcəyi-təqlidindən icazə alması zəruridirmi, yoxsa hansısa bir müctəhidin icazəsi kifayət edir? Ümumiyyətlə, müctəhidin icazəsi zəruridirmi?
      Cavab: İmam (ə) payı və seyid payı, ümumiyyətlə, müsəlmanların rəhbərinə aiddir. Əgər bir şəxsin öhdəsində və ya əmlakında müəyyən miqdar İmam (ə) payı və ya seyid payı varsa, bunu xüms işlərini idarə edən şəxsə və ya onun vəkilinə təhvil verməlidir. Əgər xümsü sözükeçən məqsədlərdən biri üçün sərf etmək istəsə, əvvəlcə bunun üçün icazə almalıdır. Eyni halda, mükəlləf bu xüsusda öz mərcəyi-təqlidinin fətvasına riayət etməlidir.

       

      Sual 1006: Sizin nümayəndənizin və ya şəri əmlak vergisini almaqda nümayəndə olmayan şəxsin xüms verən mükəlləfə qəbz vermək vəzifəsi vardırmı, yoxsa belə bir vəzifəsi yoxdur?
      Cavab: Mükəlləf şəri əmlak vergisini bizim hörmətli nümayəndələrimizə və ya şəri əmlak vergisini bizim nümayəndəliklərə çatdırmaq üçün onları alan şəxslərə verəndə, onlardan bizim möhrmüz olan qəbzi tələb etsinlər.

       

      Sual 1007: Öz məntəqəmizdə xümsü sizin nümayəndəyə verəndə bəzən İmam (ə) payını bizə geri qaytarır və deyir ki, sizin tərəfinizdən buna icazəsi vardır. Bizə qaytarılan bu məbləği ailəmizə xərcləyə bilərikmi?
      Cavab: Əgər bizim tərəfimizdən bu işə icazəsi olduğunu iddia edən şəxsin sözünə şübhə edirsinizsə, hörmətli şəkildə ondan yazılı icazəni sizə göstərməsini istəyə bilərsiniz, yaxud bizim möhrümüz olan qəbzi ondan tələb edə bilərsiniz. Əgər onlar bizim tərəfimizdən verilən icazəyə uyğun əməl ediblərsə, əməlləri məqbuldur.

       

      Sual 1008: Bir şəxs xümsü verilməmiş pul ilə baha qiymətə bir mülk almış və onun təmirinə də böyük xərc çəkmişdir. Sonra onu öz büluğa çatmamış övladına bağışlamış və rəsmi şəkildə mülkü onun adına keçirmişdir. Bu şəxsin həyatda olduğunu nəzərə alaraq, onun xüms məsələsinin hökmü nədir?
      Cavab: Əgər mülkü almağa və təmir etməyə xərclədiyi pul ilin gəlirindən olsa və bu mülkü həmin il öz övladına bağışlasa, bu bəxşiş onun ürfi şəninə uyğun olduğu təqdirdə xümsü yoxdur. Bundan qeyri halda, onun xümsünü verməsi vacibdir.

       

    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /