Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
      Çap versiyası  ;  PDF
       
      Xümsü hesablamağın qaydası

       

      Sual 976: Xümsü verməyi gələn ilə təxirə salmağın hökmü nədir?
      Cavab: Xümsü verməyi xüms ilindən o biri ilə təxirə salmaq olmaz, baxmayaraq ki, hər vaxt xümsü versə, borcunu vermiş olar.

       

      Sual 977: Mənim müəyyən məbləğ pulum vardır. Bu pulun bir hissəsi nağd şəklində öz əlimdə, bir hissəsi isə qərzul-həsənə olaraq başqalarının əlindədir. Digər tərəfdən, yaşayış üçün torpaq sahəsi aldığıma görə borcum vardır və bir neçə aydan sonra borcumun bir hissəsini verməliyəm. Mən torpaq sahəsinə görə olan borcumu sözügedən puldan (yəni əlimdə olan nağd pul və borc verdiyim pul) çıxıb, qalan pulun xümsünü verə bilərəmmi? Həmçinin yaşayış üçün aldığım torpaq sahəsinin xümsü varmı?
      Cavab: Əgər torpaq sahəsini cari ildə və ilin ilk iş gəlirini əldə etdikdən sonra almısınızsa, borc məbləğini ilin gəlirindən çıxa bilərsiniz. Amma əgər əvvəlki xüms ilində və ya ilin ilk işgəlirini əldə etməmişdən qabaq almısınızsa, xüms ilinin sonunadək borcunuzu verdiyiniz təqdirdə, həmin pula xüms düşməyəcəkdir. Əks halda, borcu ilin gəlirindən çıxa bilməzsiniz.

       

      Sual 978: Mən izdivac etməmişəm. Hal-hazırda əlimdə olan pulun bir hissəsini gələcəkdə ehtiyacım olacaq xərclər üçün ehtiyatda saxlaya bilərəmmi?
      Cavab: İlin gəlirindən ehtiyatda saxladığınız pulu əgər yaxın bir neçə gün ərzində izdivacın zəruri xərclərinə sərf edəcəksinizsə, bu pulun xümsü yoxdur.

       

      Sual 979: İlin onuncu ayının axırıncı günü mənim xüms ilim başlanır. Onuncu ayın maaşını ayın axırlarında alıram. Onuncu ayın maaşına xüms düşəcəkmi? Əgər maaşı aldıqdan sonra ondan qalan məbləği (belə ki, adəti üzrə hər ay maaşdan müəyyən məbləğ qalır və ehtiyatda yığılır) həyat yoldaşıma bağışlasam, ona xüms düşürmü?
      Cavab: Xüms ili başa çatmamışdan öncə aldığınız və ya ala biləcəyiniz maaş əgər həmin ilin məişət ehtiyaclarından artıq qalarsa, artıq qalan miqdarın xümsü verilməlidir. Həyat yoldaşınıza və ya başqa bir şəxsə hədiyyə etdiyiniz pula gəlincə, əgər hədiyyə vermək formal olmazsa, həmçinin sizin ürfi şəninizə uyğun miqdarda olarsa, bu pula xüms düşmür.

       

      Sual 980: Xümsü verilmiş pulum və ya malım vardır və mən onu istifadə edirəm. Xümsü verilmiş həmin pulun və ya malın əvəzini xüms ilinin axırında ilin gəlirindən çıxmaq olarmı?
      Cavab: Əgər yeni xüms ilinin ilk gəlirini əldə etdikdən sonra sözügedən xümsü verilmiş pulu və ya malı istifadə etmisinizsə, xüms ilinin sonunda həmin miqdarı ilin gəlirindən çıxa bilərsiniz.

       

      Sual 981: Əgər xüms düşməyən bir mal (məsələn, mükafat və ya bu kimi bir şey) sərmayəyə qarışsa, xüms ilinin axırında onu sərmayədən çıxmaq və sonra qalan malın xümsünü vermək olarmı?
      Cavab: Onu çıxmağın maneəsi yoxdur.

       

      Sual 982: Üç il əvvəl mən xümsü verilmiş mal ilə bir mağaza açdım. Mənim xüms ilimin əvvəli hicri-şəmsi ilin axırıncı günü, yəni Novruz bayramı axşamıdır. İndiyədək xüms ilim başa çatanda həmişə görmüşəm ki, mənim bütün sərmayəm borc olaraq camaatdadır, eyni zamanda, özümün də xeyli borcum vardır. Xahiş edirəm, mənim şəri vəzifəmi açıqlayasınız.
      Cavab: Əgər xüms ilinin axırında nə sərmayədən, nə də gəlirdən sizin əlinizdə heç nə olmasa, yaxud sərmayənizə heç nə əlavə olunmasa, xüms vermək sizə vacib deyildir. Malın nisyə satışına görə camaatın sizə olan borcuna gəlincə, əgər xüms ilinin axırında bu borcu ala bilsəniz, sərmayəni və onun inflyasiya miqdarını bu puldan çıxdıqdan sonra qalan məbləğin xümsünü verməlisiniz. Amma əgər xüms ilinin axırında bu borcu ala bilməsəniz, bu pul onu alacağınız ilin gəlirindən hesab olunacaq.

       

      Sual 983: Xüms ilinin hesabını apararkən mağazada mövcud olan malların qiymətini müəyyən etmək çətindir. Bunu necə hesablamaq lazımdır?
      Cavab: İlin gəlirini hesablamaq və onun xümsünü vermək üçün mağazada mövcud olan malların qiymətini mümkün olan hər şəkildə müəyyən etmək, hətta təxmin etməklə olsa belə, vacibdir.

       

      Sual 984: Əgər bir neçə il illik gəlirimi hesablamasam, beləliklə, malım nağdlaşsa və sərmayəm artsa və bundan sonra əvvəlki sərmayəmdəm qeyri malımın xümsünü versəm, mənim bu işimin iradı varmı?
      Cavab: Əgər hər xüms iliniz çatanda sizin malınıza, hətta az miqdarda olsa belə, xüms düşürdüsə, xümsü verməyi təxirə sala bilməzsiniz.

       

      Sual 985: Xahiş edirəm, mağaza sahibinin öz xümsünü hesablaması üçün mümkün olan ən asan yolu açıqlayasınız.
      Cavab: Xüms ilinin axırında bütün malını və nağd pulunu hesablayıb, ümumi məbləği müəyyən etsin. Sonra bu məbləği əsas sərmayəsi ilə (inflyasiya miqdarını da hesablayaraq) müqayisə etsin. Əgər sərmayədən artıq olarsa, artıq məbləğ gəlir hesab olunur və ona xüms düşür.

       

      Sual 986: Mən xüms ilimin əvvəlini keçən ilin üçüncü ayının əvvəli qərar verdim. Xümsü hesablamaq üçün bu tarixdə bank hesabımın gəlirinə baxdım. Bu metod, xüms ilinin hesabatı üçün düzgün bir metoddurmu?
      Cavab: Sizin xüms ilinizin əvvəli, ala biləcəyiniz ilk gəliri aldığınız gündür. Xüms ilinin əvvəlini həmin gündən sonraya salmaq olmaz.

       

      Sual 987: Əgər avtomobil, motorsiklet, xalça və s. bu kimi məişət ehtiyacı olan əşyaların xümsü verilməyibsə, bu əşyalar satıldığı zaman onların satışından əldə edilən pulun xümsü dərhal verilməlidir?
      Cavab: Əgər adı çəkilən əşyalar məişət ehtiyaclarından olubsa və il ərzindəki gəlir ilə alınıbsa, sonrakı ildə satıldığı təqdirdə onların satışından əldə edilən pula xüms düşmür. Amma əgər bu əşyalar üstündən il keçmiş və xümsü verilməmiş pul ilə alınıbsa, hətta bu əşyalar satılmasa belə, onların alış qiymətinin xümsü (pulun dəyərdən düşməsi miqdarı da hesablanaraq) verilməlidir. Əgər şəxsin il hesabatı yoxdursa və məişət ehtiyaclarının alışına xərclədiyi pulun xüms ili tamamlanan, yoxsa tamamlanmayan pul olduğunu bilmirsə, ehtiyat-vacibə görə, bu əşyaların alış qiyməti barəsində bizim nümayəndələrdən biri ilə müsalihə etməlidir.

       

      Sual 988: Bir şəxsin bir məişət əşyası almağa (məsələn, soyuducuya) ehtiyacı vardır, amma onun pulunu birdəfəyə ödəmək imkanı yoxdur. Buna görə də, hər ay müəyyən məbləğ pulu kənara qoyur ki, lazım olan məbləğ yığılanda həmin əşyanı alsın. İndi onun xüms ili çatıbdır. Onun sözügedən məqsəd üçün yığıdığı pula xüms düşürmü?
      Cavab: Əgər zəruri məişət ehtiyacını almaqdan ötrü yığdığı pula yaxın bir neçə gündə ehtiyacı varsa, bu pulun xümsü yoxdur.

       

      Sual 989: Əgər bir şəxs xüms ilinin başa çatmasına bir neçə ay qalmış öz gəlirinin müəyyən hissəsini bir şəxsə borc versə və xüms ili başa çatdıqdan bir neçə ay sonra pulu alsa, bu pulun hökmü nədir?
      Cavab: Suala əsasən, borc alan şəxs borcu qaytardıqda, borc verən şəxs bu pulun xümsünü dərhal verməlidir.

       

      Sual 990: Əgər şəxs xüms ili ərzində bir əşya alsa və xüms ilindən sonra onu satsa, onun hökmü nədir?
      Cavab: Əgər bu əşya məişət ehtiyaclarından olarsa və şəxsi istifadə üçün alınarsa, onun xümsü yoxdur. Amma əgər satmaq məqsədilə il ərzindəki gəlir ilə alınarsa və xüms ilinin sonunadək onu satmaq mümkün olarsa, onun alış pulunun və ondan əldə edilən gəlirin xümsünü vermək vacibdir. Bundan qeyri halda, bu əşyanı satmayanadək, xümsü yoxdur. Bu əşyanı satdıqda isə, onun satışından əldə edilən gəlir satış ilinin gəlirlərindən hesab olunacaq.

       

      Sual 991: Əgər bir idarə işçisi xüms ilinin maaşını xüms ili başa çatandan sonra alsa, onun xümsünü verməlidirmi, yoxsa yox?
      Cavab: Əgər xüms ilinin sonunadək maaşı almaq mümkün idisə, onun xümsünü vermək vacibdir, baxmayaraq ki, hələ onu almamışdır. Bundan qeyri halda, bu pul onu aldığı ilin gəlirlərindən hesab olunacaqdır.

       

      Sual 992: Qiyməti daim dəyişən qızıl sikkələrinin xümsü necə hesablanır?
      Cavab: Əgər qızıl sikkələrin sahibi onların qiymətinin xümsünü vermək niyyətindədirsə, sikkələrin xüms ilinin axırındakı qiyməti əsas götürüləcək.

       

      Sual 993: Əgər bir şəxs öz xüms ilinin hesabatını qızılın qiyməti ilə apararsa, məsələn, əgər onun bütün sərmayəsi yüz qızıl sikkəyə – “Bəhare azadi” sikkəsinə – bərabər olarsa, bunun iyirmi sikkəyə bərabər miqdarını xüms verərsə və səksən sikkəyə bərabər hissəsi xümsü verilmiş mal olarsa, sonrakı il əgər sikkənin qiyməti artarsa (amma onun sərmayəsi elə səksən sikkəyə bərabər olarsa), ona xüms düşürmü? Artan dəyərin xümsünü verməlidirmi?
      Cavab: Əgər qiyməti artarsa və xüms ilində onu satmaq mümkün olarsa, inflyasiya miqdarını çıxdıqdan sonra xümsü vardır.

       

    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /