Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
    Çap versiyası  ;  PDF
     
    Günah məclisində iştirak etmək

     

    Sual 1425: Bəzi vaxtlar xarici ölkələrdə universitet müəllimləri və ya universitetlər tərəfindən ümumi bayram yığıncağı təşkil olunur və bu yığıncaqda spirtli içkilərin olacağı əvvəlcədən məlumdur. Bu bayram yığıncağında iştirak etmək istəyən tələbələrin şəri vəzifəsi nədir?
    Cavab: Şərab içilən məclisdə iştirak etmək heç kimə icazə verilmir. Siz bu yığıncaqlarda iştirak etməyin və qoy, onlar bilsinlər ki, siz müsəlman olduğunuza görə şərab içilən məclisdə iştirak etmir və şərab içmirsiniz.

     

    Sual 1426: Toy məclisində iştirak etməyin hökmü nədir? Əgər toy məclisində rəqs edərlərsə, bu məclisdə iştirak etmək “bir dəstənin əməlinə qatılan onlardan sayılır” adını daşıyırmı və buna görə də, bu məclisi tərk etmək vacibdirmi? Yoxsa ki, rəqs etmədən və başqa işləri görmədən həmin məclisdə iştirak etməyin maneəsi yoxdur?
    Cavab: Əgər məclis eyş-işrət, haram və günah məclisi adını daşıyacaq bir şəkildə olmazsa və orada iştirak etməyin fəsadı olmazsa, bu məclisdə iştirak etmək və əyləşməyin maneəsi yoxdur, bu şərtlə ki, ürfdə şəriətin icazə vermədiyi bir əməli dəstəkləmək hesab olunmamalıdır.

     

    Sual 1427:
    1) Kişilərin və qadınların musiqi ifa etdikləri, rəqs etdikləri, amma ayrı olduqları şənlik məclislərində iştirak etməyin hökmü nədir?
    2) Çalğı çalınan və rəqs edilən toylarda iştirak etmək olarmı?
    3) Rəqs edilən bir məclisdə “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək vacibdirmi? Çünki “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirməy”in məclisdə iştirak edənlərə bir təsiri olmayacağı məlumdur?
    4) Qadın və kişinin bir yerdə rəqs etməsinin hökmü nədir?
    Cavab: Ümumiyyətlə, istər toy məclislərində olsun, istərsə də başqa məclislərdə olsun, əgər rəqs şəhvətin təhrik olunmasına səbəb olarsa, yaxud haram bir əməl ilə yanaşı olarsa, yaxud haram bir iş görmək lazım gələrsə, yaxud da naməhrəm qadın və kişi birlikdə rəqs edərsə, buna icazə verilmir.
    Günah məclisində iştirak etmək əgər eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilərə qulaq asmaq kimi haram bir işi görməyə səbəb olarsa, yaxud bu məclisdə iştirak etmək günahı dəstəkləmək hesab olunarsa, belə məclisdə iştirak etməyə icazə verilmir. “Yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirməy”in təsirinin olmayacağı ehtimal edildikdə isə, bu şəri vəzifə mükəlləfin boynundan götürülür.

     

    Sual 1428: Əgər naməhrəm bir kişi toy məclisinə daxil olsa və orada hicabsız qadın olsa, kişi də “pis işlərdən çəkindirmə”nin qadına təsir qoymayacağını bilsə, o, məclisi tərk etməlidirmi?
    Cavab: Əgər etiraz ünvanında günah məclisini tərk etmək “pis işlərdən çəkindirmə”nin nümunəsi olarsa, məclisi tərk etmək vacibdir.

     

    Sual 1429: Ğina musiqi diskləri dinlənilən məclislərdə iştirak etmək olarmı? Əgər şəxs musiqinin ğina olduğuna şəkk etsə, diskin oxutdurulmasının qarşısını ala bilməyəcəyini nəzərə alaraq, hökm nədir?
    Cavab: Əgər ğinanın və ya eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilərin səsləndirildiyi məclisdə iştirak etmək onlara qulaq asmaqla, yaxud bu musiqiləri dəstəkləməklə nəticələnərsə, belə məclislərdə iştirak etmək olmaz. Amma əgər şəxs musiqinin sözügedən musiqi növlərindən olduğuna şəkk edərsə, belə məclisdə iştirak etmək və bu musiqilərə qulaq asmağın öz-özlüyündə maneəsi yoxdur.

     

    Sual 1430: Əgər şəxs müəyyən məclislərdə bəzən yaxşı olmayan sözlər eşidərsə, məsələn, din adamlarına və ya İslam dövləti məsullarına və ya möminlərə iftira atılarsa, bu məclislərdə iştirak etməyin hökmü nədir?
    Cavab: Əgər bu məclislərdə iştirak etmək qeybətə qulaq asmaq kimi haram bir işi görməyə səbəb olmazsa, həmçinin pis işin dəstəklənməsi və yayılmasına səbəb olmazsa, bu məclislərədə iştirak etməyin öz-özlüyündə maneəsi yoxdur. Amma şərait mövcud olduğu təqdirdə “pis işlərdən çəkindirmə” vəzifəsini yerinə yetirmək vacibdir.

     

    Sual 1431: Bəzi qeyri-islami ölkələrdə təşkil edilən iclaslarda və yığıncaqlarda adəti üzrə xidmət ünvanında iştirakçılara spirtli içkilər təklif edilir. Bu iclaslarda və yığıncaqlarda iştirak etmək olarmı?
    Cavab: Şərab içilən məclisdə iştirak etmək olmaz. İştirak etmək məcburiyyətində qaldıqda, zərurət miqdarında iştirak etməklə kifayətlənmək vacibdir.

     

  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /