Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
      Çap versiyası  ;  PDF
       
      Borc, aylıq maaş, sığorta, pensiya

       

      Sual 865: Bəzən elə olur ki, idarə işçisinin öz illik xərclərindən bir qədər artıq pulu qalır, amma eyni zamanda onun nağd və ya kredit borcları da olur. Belə olan halda xüms vermək ona vacib olurmu?
      Cavab: Əgər o, il ərzində həmin ilin xərclərinə görə pul borc alıbsa və ya həmin ildə ehtiyacı olan bəzi malları nisyə şəklində alıb borclu qalıbsa, yeni ilin ilk gəlirini əldə etdikdən sonra borc pulu və ya nisyə malı aldığı təqdirdə, borc həmin ilin gəlirinin artıq qalan miqdarından çıxılacaqdır. Amma əgər borc pulu və ya nisyə malı yeni ilin ilk gəlirini əldə etdikdən qabaq alıbsa, ehtiyat-vacibə görə, borc həmin ilin gəlirinin artıq qalan miqdarından çıxılmayacaqdır.

       

      Sual 866: Təməttö həcci üçün borc alınan pulun xümsü verilməli və xümsü verildikdən sonra qalan məbləğ həccin xərclərinə sərf edilməlidirmi?
      Cavab: Borc alınan pulun xümsü yoxdur.

       

      Sual 867: Mən torpaq sahəsi alıb ev tikmək üçün beş il ərzində müəyyən məbləğ pulu məskən fonduna ödəmişəm. Amma indiyədək mənə torpaq sahəsi verilməsi barədə qərar qəbul edilməyibdir. Ona görə də həmin pulu məskən fondundan geri almağı qərara almışam. Nəzərə alsaq ki, bu pulun bir hissəsini borc almışam, bir hissəsini evimin xalçalarını satıb pul etmişəm, bir hissəsini də müəllimə işləyən yoldaşımın maaşından götürmüşəm, xahiş edirəm, aşağıdakı iki sualı cavablandırın:
      1) Əgər mən bu pulu geri ala bilsəm və onu ancaq ev məsələsi (ya torpaq sahəsi almaq, ya da ev almaq) üçün sərf etsəm, bu pula xüms düşürmü?
      2) Bu pula nə qədər xüms düşür?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, bu pul hədiyyə, ya borc, ya ev əşyalarını satmaq vasitəsilə əldə edildiyinə görə ona xüms vacib olmur.

       

       

      Sual 868: Mən bir neçə il əvvəl bankdan pul krediti götürdüm və bu pulu bir il müddətinə öz bank hesabıma qoydum. Bu puldan istifadə edə bilməmişəm, amma hər ay onun kreditini ödəyirəm. Bu pul kreditinə xüms düşürmü?
      Cavab: Əgər bu pul kreditindən bank hesabınızda qalan məbləğ kreditin ödənilməyən məbləğindən çox olarsa, aradakı fərqin xümsü verilməlidir.
       
      Sual 869: Mənim ev tikintisinə görə müəyyən məbləğ borcum var və bu borc on iki il müddətində ödəniləcəkdir. Xahiş edirəm, xüms məsələsi barədə məni məlumatlandırasınız və açıqlayasınız ki, bu borc ilin gəlirindən çıxılırmı?
      Cavab: Ümumiyyətlə, əgər məişət ehtiyacına görə borc alınarsa və həmin məqsəd üçün sərf edilərsə, məsələn, yaşayış evinin tikintisi üçün borc alınarsa, bu borcu ilin gəlirindən ödəməyin, hətta sonrakı illərin gəlirindən ödəməyin maneəsi yoxdur və ödənilən pula xüms düşmür. Amma borcun sərf edildiyi ilin gəlirindən borcun çıxılmasına gəlincə, borc pul ilin ilk gəliri əldə edildikdən sonra sərf edildiyi təqdirdə, ilin gəlirindən çıxıla bilər.

       

      Sual 870: Gəlir mənbəyi olmayan bir tələbənin atasının ona verdiyi pul və ya universitetin tələbələrə verdiyi borc pul ilə aldığı kitablara xüms düşürmü? Əgər o bilsə ki, atası kitabların pulunun xümsünü verməmişdir, onun xümsünü vermək vacibdirmi?
      Cavab: Borc pul və ya atanın bağışladığı pul ilə alınan kitablara xüms düşmür.

       

      Sual 871: Əgər bir şəxs pul borc alsa və il tamamlanmamışdan qabaq onu qaytara bilməsə, pulun xümsünü vermək borc verənin öhdəsindədir, yoxsa borc alanın?
      Cavab: Borc alan şəxsə borc aldığı pulun xümsünü vermək vacib deyildir. Borcun yalnız o məbləğinin xümsünü vermək ona vacib ola bilər ki, bu məbləği il ərzindəki gəlirdən qaytarmış, eyni zamanda həmin borc pulu xəcləməmiş və pul onun əlində qalmışdır və ya onu  hansısa bir işə sərmayə qoymuşdur. Borc verən şəxsə gəlincə isə, əgər o, borcu il ərzindəki iş gəlirindən və bu gəlirin xümsünü verməmişdən qabaq veribsə, verdiyi borcu ilin axırınadək geri ala bildiyi təqdirdə, xüms ilinin sonunda onun xümsünü verməlidir. Verdiyi borcu ilin axırınadək geri ala bilmədiyi təqdirdə isə, hələlik onun xümsünü vermək vacib deyildir. Amma borcunu geri alanda onun xümsünü dərhal verməlidir.

       

      Sual 872: Hər ay pensiya alan pensiyaçılar il ərzində aldıqları pensiyanın xümsünü verməlidirlərmi?
      Cavab: İlin xərclərindən artıq qaldığı təqdirdə, xüms ilinin sonunda artıq qalan məbləğin xümsünü vermək vacibdir.

       

      Sual 873: İran İslam hökuməti tərəfindən əsirlikdə olan vətəndaşların ata-analarına aylıq təqaüd ödənilir. Bu pul bankda yığıldığı təqdirdə, ona xüms düşürmü, yoxsa yox?
      Cavab: Bu pulun xümsü yoxdur.

       

      Sual 874: Mən bir nəfərə müəyyən məbləğ pul borcluyam. Əgər xüms ilinin sonu çatsa və borc verən şəxs borcunu geri istəməsə, mənim də əlimdə ilin gəlirindən bir qədər pul qalsa və mən bu pul ilə borcumu verə bilsəm, bu borc ilin gəlirindən çıxılırmı, yoxsa yox?
      Cavab: İstər pul borc alıb borclu qalasan, istərsə də ev əşyalarını nisyə alıb borclu qalasan, borc ilin ilk gəliri əldə edildikdən sonra alındığı təqdirdə, borc məbləği həmin ilin gəlirindən çıxılacaqdır. Amma əgər borc əvvəlki illərə aid olarsa, borc xüms ilinin sonunadək qaytarıldığı təqdirdə, məişət ehtiyaclarından hesab olunur. Əks halda, borc ilin gəlirindən çıxıla bilməz.
       
      Sual 875: Bir şəxsin bank hesabında il ərzindəki gəlirindən müəyyən məbləğ pul qalıb. Onun xüms ili çatıb, amma eyni zamanda borcu da var. Nəzərə alsaq ki, borcu qaytarmaq üçün onun bir neçə il möhləti vardır, xüms vermək ona vacibdirmi?
      Cavab: Borc qaytarılmadığı təqdirdə – istər müddətli borc olsun, istərsə də müddətsiz borc olsun – ilin gəlirindən çıxılmayacaqdır. Amma əgər borc ilin ilk gəliri əldə edildikdən sonra alınarsa, borc məbləği həmin ilin gəlirindən çıxılacaqdır.

       

      Sual 876: Dəyən ziyanı aradan qaldırmaqdan ötrü sığorta şirkətlərinin sığortalanan şəxsə müqavilə əsasında ödədikləri pula xüms düşürmü?
      Cavab: Avtonəqliyyat vasitələrinin sığortası, yanğın sığortası, əkinçilik məhsullarının sığortası və s. bu kimi sığortalarda dəyən ziyanı qarşılamaqdan ötrü sığorta şirkətlərinin sığortaolunan şəxsə ödədikləri pul iş gəlirindən sayılır. Odur ki, əgər bu pul xüms ilinin sonunadək məişət xərclərinə sərf edilməzsə, onun xümsünü vermək vacibdir.

       

      Sual 877: Keçən il müəyyən məbləğ pul borc aldım və bu pul ilə torpaq sahəsi aldım. Torpaq sahəsini almaqda məqsədim, qiyməti artıqdan sonra onu, həmçinin hal-hazırda yaşadığım evi satmaq və gələcəkdə ev problemimi həll etmək idi. İndi mənim xüms ilim çatıbdır. Sualım budur ki, bu borcu keçən ilin iş gəlirindən – belə ki, ona xüms düşür - çıxa bilərəmmi, yoxsa çıxa bilmərəm?
      Cavab: Sualda deyilənlərə əsasən, bu borcu alıb torpaq sahəsi almısınız və torpaq sahəsini almaqda da məqsədiniz gələcəkdə onu satmaq olubdur. Buna görə də, bu borc, borc aldığınız ilin iş gəlirindən çıxılmır. İlin xərclərindən artıq qalan iş gəlirinin xümsü vacibdir.

       

      Sual 878: Mən bankdan müəyyən məbləğ pul krediti götürmüşəm və onun ödəniş tarixi mənim xüms tariximdən sonradır. Mən qorxuram ki, əgər bu məbləği bu il ödəməsəm, gələn il onu ödəməyə imkanım olmasın. Xüms ilim çatanda xüms vermək baxımından mənim vəzifəm nədir?
      Cavab: Əgər ilin gəlirini il tamamlanmamışdan qabaq borcunuzu ödəməyə sərf etsəniz və borcunuz da sərmayəni artırmaqdan ötrü olmasa, ilin gəlirinin xümsü yoxdur. Amma əgər borcunuz sərmayəni artırmaqdan ötrü olsa, yaxud ilin gəlirini ehtiyat pul ünvanında yığmaq niyyətində olsanız, ilin gəlirinin xümsünü vermək sizə vacibdir.

       

      Sual 879: Adətən, evi icarəyə götürəndə ev sahibinə müəyyən məbləğ pul həvalə olunur. Əgər bu pul iş gəlirindən olsa və bir neçə il ev sahibinin əlində qalsa, onu geri alanda xümsü dərhal verilməlidirmi? Əgər şəxs bu pul ilə başqa bir evi icarəyə götürmək istəsə, hökm necə olacaq?
      Cavab: Əgər bu pul icarəçi şəxsin iş gəlirindən olsa, pulu geri aldıqda dərhal onun xümsünü verməlidir. Amma əgər icarəçi şəxsin evin icarəsini tam şəkildə verməyə maddi imkanı çatmırsa və ya icarəyə verən şəxs bunu qəbul etmirsə, icarəçi şəxs də pulun xümsünü verdiyi təqdirdə uyğun bir evin icarəsini ödəməyə maddi imkanı çatmırsa, bu pula xüms düşmür və bu pul məişət ehtiyacı hökmündədir.

       

    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /