Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
      Çap versiyası  ;  PDF
       
      Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü

       

      Sual 1013: Bəzi şəxslər öz tərəflərindən (yəni icazə almadan) seyidlərin su pulu və işıq pulu qəbzlərini ödəyirlər. Bu məbləği xümsdən hesab edə bilərlərmi, yoxsa hesab edə bilməzlər?
      Cavab: Bu iş üçün bizim nümayəndəliyimizin və ya vəkilimizin icazəsi olmalıdır. Əvvəlki ödənişlərin məbləğini “Şəri əmlak vergiləri” şöbəsinə açıqlayın.

       

      Sual 1014: Siz İmam (ə) payının üçdə birini dini kitabların alınması və paylanmasına sərf edilməsinə icazə vermisiniz?
      Cavab: Əgər bizim nümayəndələrimiz faydalı dini kitabların alınması və paylanmasını lazımlı bilsələr, İmam (ə) payının üçdə birini – belə ki, bu hissənin müəyyən şəri məqsədlərə sərf edilməsinə icazə vermişik – bu işə sərf edə bilərlər.

       

      Sual 1015: Seyid payını ailəli və övlad sahibi olan yoxsul Ələvi seyidə xanıma vermək olarmı, halbuki, onun əri seyid deyildir, amma yoxsuldur? Bu qadın bu məbləği övladlarına və ərinə xərcləyə bilərmi?
      Cavab: Əgər ər yoxsul olduğuna görə həyat yoldaşının dolanışıq xərclərini verə bilmirsə və onun həyat yoldaşı da şəri baxımdan yoxsul hesab olunursa, qadın öz ehtiyaclarını təmin etmək üçün seyid payı ala bilər və onu özünə, övladlarına və hətta ərinə sərf edə bilər.

       

      Sual 1016: Əgər din elmləri tələbəsinin hövzə təqaüdündən əlavə, başqa gəlirləri olsa və bu gəlirlər dolanışığını təmin etmək üçün kifayət etsə, onun İmam (ə) payı və seyid payı almasının hökmü nədir?
      Cavab: Əgər İmam (ə) payı və seyid payı bir şəxsin haqqı deyilsə və dini elmlər hövzəsinin qanunlarına əsasən ona hövzə təqaüdü düşmürsə, onun İmam (ə) payı və seyid payı almasına icazə verilmir.

       

      Sual 1017: Bir Ələviyyə seyidə xanım deyir ki, atası ailənin dolanışıq xərclərini tam ödəmir və buna görə də, o, məscidin yanında dilənçilik edib öz xərclərini təmin etmək məcburiyyətində qalıb. Həmin məntəqənin əhalisi də o seyid kişini imkanlı, amma ailəsinə qarşı xəsis bir fərd kimi tanıyırlar. Bu qadının dolanışıq xərcini seyid payından vermək olarmı? Fərz edək ki, onun atası: “Mənə ancaq yemək və geyim xərcini vermək vacibdir. Başqa xərcləri, məsələn, qadınlara aid əşyaları almaq və uşaqların gündəlik xərcliklərini vermək mənə vacib deyildir” desə, ehtiyaclarını təmin edəcək miqdarda onlara seyid payından vermək olarmı?
      Cavab: Birinci halda, əgər o öz dolanışıq xərcini atasından ala bilmirsə, ona dolanışıq xərcləri miqdarında seyid payından vermək olar. İkinci halda, əgər yemək və geyimdən əlavə, durumuna uyğun olan başqa bir şeyə ehtiyacı olarsa, ona ehtiyacını təmin edəcək miqdarda seyid payından vermək olar.

       

      Sual 1018: İcazə verirsinizmi, mükəlləfin özü seyid payını yoxsul seyidlərə versin?
      Cavab: Öhdəsində seyid payı olan şəxs onu yoxsul seyidlərə vermək üçün icazə almalıdır.

       

      Sual 1019: Sizin müqəllidiniz seyid payını yoxsul seyidə verə bilərmi, yoxsa xümsün hamısını, yəni İmam (ə) payını və seyid payını sizin nümayəndənizə təhvil verməli və o da lazımi yerlərə sərf etməlidir?
      Cavab: Bu xüsusda seyid payı ilə İmam (ə) payı arasında fərq yoxdur.

       

      Sual 1020: Şəri əmlak vergisi (xüms, məzalim[1], zəkat) hökumət işlərindəndirmi, yoxsa yox? Öhdəsində xüms olan şəxs seyid payını yoxsul seyidə verə bilərmi? Məzalimi və zəkatı haqq sahibinə verə bilərmi?
      Cavab: Zəkatı və məzalimi mükəlləfin özü dindar və iffətli yoxsullara verə bilər, baxmayaraq ki, şəri-hakimin izni ilə verməsi ehtiyata müvafiqdir. Amma xümsün hamısını bizim nümayəndəliyimizə və ya bizim nümayəndələrdən birinə təhvil verməlidir ki, şəriətdə müəyyən edilən yerlərə sərf edilsin. Yaxud da mükəlləf xümsü haqq sahibinə vermək üçün icazə almalıdır.
       
      Sual 1021: İşi və gəliri olan bir seyid xüms ala bilərmi, yoxsa ala bilməz? Xahiş edirəm, izah edin.
      Cavab: Əgər gəliri onun dolanışığına onun ürfi şəninə uyğun olan və adi bir həddə kifayət edirsə, o, fəqir sayılmır və buna görə də xüms ala bilməz.

       

      Sual 1022: Mən iyirmi beş yaşında bir gəncəm və idarə işçisiyəm. Subayam və ata-anamla birlikdə yaşayıram. Atam yaşlıdır və gəliri də yoxdur. Dörd ildir ki, dolanışıq xərclərini mən təmin edirəm. Mən həm illik gəlirimin xümsünü verməyi, həm də dolanışıq xərclərini təmin etməyi öhdələyə bilmirəm. Üstəlik, əvvəlki illərin gəlirinin xümsündən də on doqquz min tümən borcum vardır ki, mən onu bir yerə qeyd etmişəm və bir müddət sonra ödəyəcəyəm. Xahiş edirəm, izah edəsiniz ki, mən ilin gəlirinin xümsünü öz doğmalarıma, məsələn, atama və anama verə bilərəmmi?
      Cavab: Əgər sizin ata və ananızın öz dolanışıq xərclərini təmin etməyə maddi imkanları yoxdursa və sizin onlara maddi kömək etməyə imkanınız varsa, onlara maddi kömək etmək sizə vacibdir. Onların dolanışıq xərclərinə sərf etdiyiniz məbləğ sizin məişət ehtiyaclarınızdan sayılır. Amma bu məbləği vacib xüms əvəzinə hesablaya bilməzsiniz.

       

      Sual 1023: Mənim öhdəmdə müəyyən məbləğ İmam (ə) payı vardır və mən onu sizə verməliyəm. Digər tərəfdən, maddi köməyə ehtiyacı olan bir məscid var. İcazə verirsinizmi ki, bu məbləği məscidin tikintisinin tamamlanması üçün oranın imam-camaatına verim?
      Cavab: Hazırkı dövrdə İmam (ə) payı və seyid payına (yəni xüms) din elmləri hövzələrinin idarə olunması üçün ehtiyac vardır. Məscidin tikintisi və bu kimi işlər üçün möminlərin maddi yardımlarından faydalanmaq olar.

       

      Sual 1024: Biz ehtimal veririk ki, atamız həyatda olarkən öz əmlakının xümsünü tam verməyibdir. Biz onun torpaq sahələrindən birini xəstəxana tikintisi üçün bağışlamışıq. Bu torpaq sahəsini mərhumun əmlakının xümsü ünvanında hesablamaq olarmı?
      Cavab: Sözügedən torpaq sahəsi xüms ünvanında hesab olunmur.

       

      Sual 1025: Hansı hallarda xüms düşən şəxsə xümsü bağışlana bilər?
      Cavab: İmam (ə) payı və seyid payı heç bir halda bağışlanmır.

       

      Sual 1026: Bir şəxs xüms ilinin axırında xümsünü verdikdən sonra onun əlində, məsələn, yüz min tümən xümsü verilmiş pul qalır. Əgər sonrakı xüms ilinin axırında onun əlində yüz əlli min tümən pul olarsa, həmin il əlli min tümənin xümsünü verməlidir, yoxsa yenidən yüz əlli min tümənin xümsünü verməlidir?
      Cavab: Əgər yüz min tümən sonrakı ilin ilk gəliri əldə edildikdən sonra xərclənərsə, bu halda yalnız əlli min tümənin xümsünü verməlidir.

       

      Sual 1027: Əgər hələ ailəli və evi olmayan bir din elmləri tələbəsinin din maarifini təbliğ etmək və fəaliyyət göstərmək, yaxud İmam (ə) payından hədiyyə almaq yolu ilə gəliri olsa, onun gəlirinə xüms düşürmü? Yoxsa onun gəlirinə xüms düşmədiyini əsas götürüb, onun xümsünü vermədən icdivac xərcləri üçün ehtiyatda yığa bilər?
      Cavab: Mərcəyi-təqlidlər tərəfindən dini elmlər hövzələrində təhsil alan tələbələrə xüms-zəkatdan hədiyyə edilən pula xüms düşmür. Amma təbliğat və fəaliyyət yolu ilə əldə etdikləri gəlirdən xüms ilinin əvvəlinə qədər artıq qalan məbləğin xümsünü verməlidirlər.

       

      Sual 1028: Bir şəxsin ehtiyatda yığdığı pulunun bir hissəsi xümsü verilmiş, bir hissəsi isə yeni ilin gəliri olan puldur. O, bəzən bu puldan götürüb ehtiyacları üçün xərcləyir, bəzən də onun üstünə pul əlavə edir. Xümsü verilmiş pulun məbləğinin məlum olduğunu nəzərə alaraq, xüms ilinin sonunda artıq qalan məbləğin hamısının xümsü verilməlidir, yoxsa təkcə xümsü verilməmiş pulun xümsü verilməlidir?
      Cavab: Əgər xümsü verilmiş pul ilə yeni ilin gəliri olan pul bir-birinə qarışarsa, yaxud bu pullar eyni bir bank hesabında olarsa və şəxs “xümsü verilmiş pul”, yoxsa “xümsü verilməmiş pul”dan götürdüyünü niyyət etmədən o bank hesabından pul götürərsə, yaxud hətta xümsü verilmiş pul niyyətilə o hesabdan pul götürərsə və bu pulu məişət ehtiyaclarına sərf edərsə, xüms ilinin sonunda bank hesabında xümsü verilmiş pul miqdarında və ya bundan daha az pul qaldığı təqdirdə, bu pula xüms düşməyəcək.

       

      Sual 1029: Bir şəxs kəfən almışdır və neçə ildir ki, bu kəfən qalır. Onun xümsü verilməlidirmi, yoxsa ancaq onun alış qiymətinin xümsü verilməlidir?
      Cavab: Əgər kəfəni xümsü verilmiş pul ilə alıbsa, daha kəfənə xüms düşmür. Əks təqdirdə, kəfənin qiymətinin xümsünü (inflyasiyanı da nəzərə alaraq) cari xüms ilinin axırında verməlidir.

       

      Sual 1030: Mən dini elmlər tələbəsiyəm. Xeyriyyəçilərdən maddi yardım alıb, həmçinin seyid payı və borc alıb özümdə olan pulun üstünə qoyaraq balaca bir ev almışdım. İndi bu evi satmışam. Əgər evin satış pulunun üstündən bir il keçsə və mən hələ ev ala bilməsəm, ev almaq üçün əlimdə saxladığım bu pula xüms düşürmü?
      Cavab: Dini elmlər hövzəsinin təqaüdü, xeyriyyəçilərin yardımı, xüms-zəkat və borc ilə aldığınız evin satış puluna xüms düşmür.
       

      [1] Məzalim – insanın boynunda olan, amma sahibi bilinməyən, yaxud sahibi əlçatmaz olan mala deyilir.

    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /