Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
      Çap versiyası  ;  PDF
       
      Məişət ehtiyacları

       

      Sual 900: Bir şəxsin öz şəxsi kitabxanası vardır və bir müddət bu kitablardan istifadə etmişdir. Hazırda isə bir neçə ildir bu kitabxanadan istifadə etmir, amma gələcəkdə ondan istifadə edəcəyini ehtimal verir. Kitablardan istifadə etmədiyi müddətdə onlara xüms düşürmü? Xüms düşməsi baxımından bu kitabları onun özünün, yoxsa atasının alması arasında fərq varmı?
      Cavab: Əgər bu kitabları alanda mütaliə və müraciət üçün onlara ehtiyacı olubsa, həmçinin kitabların sayı ürfə görə onun şəninə uyğun olubsa, hətta aldığı ildən sonrakı illərdə onlardan istifadə etməsə belə, onların xümsü yoxdur. Həmçinin əgər kitablar ona irs çatıbsa, yaxud ata-anası və ya başqaları tərəfindən ona hədiyyə verilibsə, onlara xüms düşmür.

       

      Sual 901: Ərin öz arvadına aldığı qızıla xüms düşürmü?
      Cavab: Əgər adi miqdarda və onun şəninə uyğun olsa, ilin məişət ehtiyaclarından hesab olunur və xümsü yoxdur.

       

      Sual 902: Tehranda açılan beynəlxalq kitab sərgisindən alınan kitablar üçün ödənilən pula xüms düşürmü? Qeyd edək ki, kitab hələ ünvana göndərilməmiş və təhvil alınmamışdır.
      Cavab: Əgər sözügedən kitablara ehtiyac varsa və kitabların sayı ürfdə onu alan şəxsin şəninə uyğundursa, xümsü yoxdur.

       

      Sual 903: Əgər bir şəxs öz şəninə uyğun olan və ailəsinə yaşayış evi tikmək baxımından ehtiyac duyulan ikinci bir torpaq sahəsinə sahib olsa, amma xüms ili ərzində bu torpaq sahəsində ev tikməyə imkanı olmasa, yaxud evi bir il ərzində tikib tamamlaya bilməsə, bu torpaq sahəsinin xümsünü vermək o şəxsə vacibdirmi?
      Cavab: Yaşayış evi tikmək üçün ehtiyac duyulan torpaq sahəsinə xümsün vacib olmaması məsələsində şəxsin bir və ya iki torpaq sahəsinə sahib olması, yaxud bir və ya iki evə sahib olmasının fərqi yoxdur. Bu məsələdə meyar, şəxsin ürfi şəni baxımından o torpaq sahəsinə ehtiyacının olması, həmçinin maddi imkan baxımından onu tədricən tikə bilməsidir.

       

      Sual 904: Qab-qacaq dəstinin bəzi parçalarından istifadə etmək ona xümsün düşməməsi üçün kifayət edirmi?
      Cavab: Əgər şəxsin bu əşyalara ehtiyacı varsa və bu ehtiyac ürfə görə onun şəninə uyğundursa, hətta il ərzində bu əşyalardan istifadə etməsə belə, onlara xüms düşmür.

       

      Sual 905: Əgər xalça və qab-qacaqdan il ərzində istifadə olunmasa, amma qonaqları qarşılamaq üçün onlara ehtiyac varsa, onlara xüms vacib olurmu?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, onlara xüms vacib olmur.

       

      Sual 906: İzdivac edəndə qızın ər evinə apardığı gəlinlik cehizi barədə İmam Xomeyninin (r.ə) fətvasını nəzərə alaraq, əgər hansısa bir məntəqədə adət-ənənəyə görə bəy evi ev əşyalarını təmin edirsə və bu əşyaları tədricən alıb yığırlarsa, belə ki, əşyaların alınmasından il keçir, bu əşyaların hökmü nədir?
      Cavab: Əgər gələcək üçün ev əşyalarını hazırlamaq ürfdə məişət ehtiyaclarından hesab olunursa, onların xümsü yoxdur.

       

      Sual 907: Çoxcildli kitabın bir cildindən istifadə etmək bütün cildlərdən xümsün götürülməsinə səbəb olurmu? Yoxsa kitabın hər cildindən bir səhifə oxunmalıdır?
      Cavab: Əgər kitabın bütün cildlərinə ehtiyac varsa və ya ehtiyac duyulan cildi almaq kitabın bütün cildlərini almağa bağlıdırsa, onların xümsü yoxdur. Bundan qeyri halda, hazırda ehtiyac duyulmayan cildlərin xümsü verilməlidir. Kitabın hər cildindən bir səhifə oxumaq  xümsün götürülməsi üçün kifayət etmir.

       

      Sual 908: İl əsnasındakı gəlirdən alınan və sığorta şirkəti tərəfindən pulu ödənilən dərmanlar əgər xarab olmadan xüms ilinin əvvəlinə qədər qalsa, ona xüms düşürmü, yoxsa düşmür?
      Cavab: Əgər dərmanlar, ehtiyac olanda onlardan istifadə etmək üçün alınıbsa və onlara ehtiyac da olursa, xümsü yoxdur.

       

      Sual 909: Bir şəxsin yaşayış üçün evi yoxdur. O, ev və ya məişət ehtiyaclarını almaq üçün ehtiyatda pul yığmışdır. Bu pula xüms düşürmü?
      Cavab: İş gəlirindən ehtiyatda yığılan pula xüms ilinin sonunda xüms düşür. Amma əgər bu pul zəruri məişət əşyalarını almaq və ya lazımlı xərcləri təmin etmək üçün yığılıbsa, bu pul xüms ili başa çatdıqdan sonra yaxın gələcəkdə (bir neçə gün ərzində) sözügedən məqsədlərə sərf edildiyi təqdirdə ona xüms düşmür.

       

      Sual 910: Mənim həyat yoldaşım xalça toxuyur. Bu işin sərmayəsi özümüzünküdür və biz bu sərmayəni borc almışıq. Hal-hazırda xalçanın bir hissəsi toxunulubdur. Nəzərə alsaq ki, mənim xüms ilim artıq başa çatmışdır, görəsən, xalça toxunulub qurtardıqdan və evin ehtiyaclarını təmin etmək üçün satıldıqdan sonra həmin toxunmuş hissəyə xüms düşəcəkmi, yoxsa düşməyəcək? Bizim sərmayəmizin xüms baxımından hökmü nədir?
      Cavab: Borc olan sərmayəni xalçanın satış pulundan çıxdıqdan sonra qalan məbləğ, satış ilinin gəliri hesab olunur. Beləliklə, bu məbləğ əgər xalça toxunulub qurtardığı və satıldığı ildə məişət xərclərinə sərf edilərsə, xümsü yoxdur.

       

      Sual 911: Mənim əmlakım üçmərtəbəli bir evdən ibarətdir. Bu evin hər mərtəbəsində iki otaq vardır. Bir mərtəbədə mən və iki mərtəbədə övladlarım yaşayır. Mən həyatda ikən bu evə xüms düşürmü? Yoxsa mən vəfat edəndən sonra ona xüms düşür və əgər belədirsə, varislərimə vəsiyyət edim ki, mən öləndən sonra onun xümsünü versinlər?
      Cavab: Sualda sözükeçən evin xümsü yoxdur. Əlbəttə, əgər bir şəxs ilin hesabını heç vaxt aparmayıbsa, müəyyən bir şəkildə müsalihə etməlidir.

       

      Sual 912: Evdə olan əşyaların xümsü necə hesablanır?
      Cavab: İstifadə ediləndə aradan getməyən əşyaların, məsələn, xalça və bu kimi əşyaların xümsü yoxdur. Amma gündəlik istifadəsinə ehtiyac olan şeylərin, məsələn, düyü, yağ və bu kimi şeylərin xüms ilinin əvvəlinə qədər artıq qalan miqdarına xüms düşür.

       

      Sual 913: Bir şəxsin yaşayış üçün şəxsi evi yoxdur. Ona görə də torpaq sahəsi almışdır ki, orada özünə bir ev tiksin. Amma ev tikmək üçün kifayət qədər pulu olmadığına görə il keçmiş, həmin torpaq sahəsini də satmamışdır. Bu torpaq sahəsinə xüms vacibdirmi? Vacib olduğu təqdirdə, alış qiymətinin xümsünü verməlidir, yoxsa torpaq sahəsinin indiki qiymətinin xümsünü verməlidir?
      Cavab: Əgər bu torpaq sahəsini ehtiyacı olan evi tikməkdən ötrü ilin iş gəlirindən alıbdırsa, xümsü yoxdur.

       

      Sual 914: Əvvəlki sualı nəzərə alaraq, əgər bu şəxs evi tikməyə başlasa, amma evi tikib qurtarmamış xüms ili çatsa, tikinti materiallarına xərclədiyi pulun xümsünü verməlidirmi?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, ona xüms düşmür.

       

      Sual 915: Əgər bir şəxs öz övladlarının gələcəyini düşünərək, birinci mərtəbəsində yaşadığı evin ikinci mərtəbəsini tiksə, amma hələlik ona bir neçə il ehtiyacı olmasa, onun tikintisinə çəkdiyi xərcin xümsünü verməlidirmi?
      Cavab: Əgər övladlarının gələcəyi üçün evin ikinci mərtəbəsini tikmək hal-hazırda onun ürfi şəninə uyğun olan xərclərdən hesab olunarsa, onun tikintisinə çəkdiyi xərcin xümsü yoxdur. Belə olmadığı halda isə, onun xümsünü verməlidir.

       

      Sual 916: Siz qeyd etmisiniz ki, ilin xərclərindən hesab olunan şeyin xümsü yoxdur. Bir şəxsin yaşayış evi yoxdur, amma onun torpaq sahəsi vardır ki, üstündən bir və ya bir neçə il keçmişdir və bu şəxsin orada ev tikməyə imkanı çatmır. Bəs nə üçün bu torpaq sahəsi onun xərclərindən hesab olunmur? Xahiş edirəm, izah edəsiniz.
      Cavab: Əgər bu şəxs torpaq sahəsini ehtiyacı olan evi tikməkdən ötrü il əsnasındakı gəlirindən alıbdırsa, onun indiki xərclərindən hesab olunur və bu torpaq sahəsinin xümsü vacib deyildir.

       

      Sual 917: Mənim xüms ilimin əvvəli şəhrivər ayının biridir. Adətən, universitet və orta məktəblərdə imtahanlar ordibehişt və xordad aylarında təşkil olunur. Altı aydan sonra imtahan günlərində bizim əlavə iş saatlarının pulu ödənilir. Xahiş edirəm, izah edəsiniz ki, xüms ili tamamlanmamışdan qabaq gördüyüm işin əmək haqqını xüms ili tamamlanandan sonra alsam, bu pula xüms düşürmü?
      Cavab: Gecikdirilmiş əmək haqqı, əlavə iş saatlarını işlədiyi ilin deyil, əmək haqqını aldığı ilin gəlirindən hesab olunur. Əgər həmin ilin xərclərinə sərf edilərsə, xümsü yoxdur.

       

      Sual 918: Bəzən məişət əşyaları, məsələn, soyuducu bazar qiymətindən aşağı qiymətə bizə satılır. Bu əşyalara gələcəkdə, yəni izdivac etdikdən sonra ehtiyacımız olacaqdır. İzdivac etdikdən sonra bu əşyaları inidiki qiymətindən bir neçə dəfə baha qiymətə almalı olacağımızı nəzərə alaraq, hal-hazırda evdə istifadəsiz qalan bu əşyalara xüms düşürmü?
      Cavab: Əgər bu əşyaları ilin iş gəlirindən gələcəkdə istifadə etmək üçün almısınızsa və aldığınız il onlara ehtiyacınız olmayıbsa, onların ədalətli qiymətinin (nə çox ucuz, nə çox baha olmamaq şərtilə) xümsünü verməlisiniz. Amma əgər ehtiyacınız olduğu zaman onları birdəfəyə almaq imkanınız olmadığına görə tədricən alıb, ehtiyac olan zaman üçün saxlamaq məcburiyyətindəsinizsə, habelə, onların miqdarı sizin ürfi şəninizə uyğundursa, bu təqdirdə sizin məişət ehtiyaclarınızdan sayılır və xümsü yoxdur.

       

      Sual 919: Xeyriyyə işlərinə, məsələn, məktəblərə, seldən zərərçəkmişlərə, fələstin millətinə kömək olaraq insanın sərf etdiyi pul ilin məişət ehtiyaclarından sayılırmı və xümsü yoxdurmu?
      Cavab: Xeyriyyə işlərinə insanın sərf etdiyi pul həmin ilin xərclərindən hesab olunur və xümsü yoxdur.

       

      Sual 920: Keçən il xalça almaq üçün pul yığmışdım. İlin axırında bir neçə xalça mağazasına baxdım və nəhayət, bu mağazalardan biri mənim zövqümə uyğun olan xalçanı gətizdirməyi öhdəsinə götürdü. Yeni ilin ikinci ayı xalçanı gətirdilər. Nəzərə alsaq ki, mənim xüms ilimin əvvəli hicri-şəmsi ilinin əvvəlidir, bu pula xüms düşürmü?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, bu pula və xalçaya xüms dümür.

       

      Sual 921: Bir neçə şəxs birlikdə xüsusi orta məkəb açmışlar. Əllərində olan kiçik sərmayəni istifadə etdikdən sonra bankdan pul krediti götürməyi qərara almışlar. Həmçinin lazım olan sərmayənin yığılması və bank kreditlərinin ödənilməsi üçün hər bir üzvün ayda müəyyən məbləği ödəməsini qərara almışlar. Bu müəssisə hələ gəlir gətirmə mərhələsinə çatmamışdır. Hər bir üzvün aylıq ödədiyi məbləğə xüms düşürmü? Sərmayənin məcmusunun – belə ki, bu, müəssisənin qiymətidir – xümsü vardırmı?
      Cavab: Hər bir üzvə vacibdir ki, müəssisənin sərmayəsi ünvanında ödədiyi aylıq məbləğin xümsünü, həmçinin məktəbin açılması üçün əvvəldə qoyduğu sərmayənin xümsünü versin. Hər bir üzv müəssisənin sərmayəsindən öz hissəsinin xümsünü verdikdən sonra daha sərmayənin məcmusunun xümsü yoxdur.

       

      Sual 922: İş yerimdən bir neçə ildir mənə müəyyən məbləğ pul borcludurlar və indiyədək onu ödəməmişlər. Mən bu pulu alan kimi ona xüms düşəcəkmi, yoxsa üstündən bir il keçməlidir?
      Cavab: Əgər almalı olduğunuz pul sizin əmək haqqınızdırsa və xüms ilinin əvvəlində onu almağınız mümkün deyilsə, onu aldığınız zaman həmin ilin gəlirindən hesab olunacaqdır. Əgər həmin il məişət ehtiyaclarına sərf edilərsə, xümsü yoxdur.

       

      Sual 923: Məişət ehtiyaclarına xümsün vacib olmamasında meyar, il ərzində onlardan istifadə edilməsidir, yoxsa il ərzində onlara ehtiyacın olması kifayət edir, baxmayaraq ki, onlardan istifadə edilməmişdir?
      Cavab: İstifadə ediləndə aradan getməyən əşyalarda (məsələn, xalça və s.) meyar, onlara ehtiyacın olmasıdır. Amma gündəlik istifadəsinə ehtiyac olan şeylərdə (məsələn, düyü, yağ və s.) meyar, onlardan istifadə edilməsidir. Beləliklə, onların illik istifadədən artıq qalan miqdarına xüms düşür.

       

      Sual 924: Bir şəxs ailəsinin ehtiyaclarını aradan qaldırmaq və onların rifahı üçün xümsü verilməmiş və il əsnasında əldə etdiyi gəlirdən bir maşın almışdır. Onun xümsünü vermək vacibdirmi? Əgər maşını işi ilə əlaqədar alıbsa, yaxud hər iki məqsədə görə (yəni həm ailəsinin rifahı, həm də işi ilə əlaqədar) alıbsa, hökmü nədir?
      Cavab: Əgər maşını işi ilə əlaqədar alıbsa, iş aləti hökmündədir və xümsü vardır. Amma əgər məişət ehtiyaclarını aradan qaldırmaq üçün alıbsa və maşın onun ürfi şəninə uyğun olan ehtiyaclardandırsa, xümsü yoxdur. Əlbəttə, əgər onun puluna xüms düşürdüsə, xümsünü verməldir. Amma əgər hər iki məqsədə görə alıbsa, xümsü nisbətə görə hesablamalıdır.

       

    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /