Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
      • Ayat namazının vaxtı
      • Ayat namazının qaydası
        Çap versiyası  ;  PDF
         
        Ayat namazının qaydası

         

        Məsələ 673. Ayat namazı iki rəkətdir. Hər rəkətdə beş rüku və iki səcdə yerinə yetirilir. Ayat namazı bir neçə surətdə qılına bilər:
        Birinci surət: Hər rəkətdə beş dəfə “Həmd” və “Surə” oxunur. Belə ki, niyyət etdikdən və “təkbirətul-ehram”ı dedikdən sonra “Həmd” və tam bir “Surə” oxunur və rükuya gedilir. Daha sonra rükudan qalxıb, “Həmd” və tam bir “Surə” oxunur və ikinci rükuya gedilir. Bu qaydada beş rüku yerinə yetirilir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedilir və iki səcdə yerinə yetirilir. İkinci rəkət də eynilə birinci rəkət kimi qılınır. İkinci rəkətin iki səcdəsindən sonra təşəhhüd və salam deyilir.
        İkinci surət: Hər rəkətdə bir dəfə “Həmd” və “Surə” oxunur. Belə ki, “Surə” beş hissəyə (bu hissə bir ayə, yaxud bir ayədən çox və ya az ola bilər) bölünür. Niyyət etdikdən və “təkbirətul-ehram”ı dedikdən sonra “Həmd” və “Surə”nin bir hissəsi oxunur və rükuya gedilir. Rükudan qalxdıqdan sonra “Həmd”i oxumadan “Surə”nin ikinci hissəsi oxunur və ikinci rükuya gedilir. Bu qaydada namaz davam etdirilir. Beşinci rükudan qabaq “Surə”nin beşinci hissəsi oxunur və rükuya gedilir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedilir və iki səcdə yerinə yetirilir. İkinci rəkət də eynilə birinci rəkət kimi qılınır. İkinci rəkətin iki səcdəsindən sonra təşəhhüd və salam deyilir.
        Məsələ 674. Ehtiyat-vacibə görə, “Bismilləhir rahmənir rahim” ayəsi “Surə”nin bir hissəsi kimi götürülə bilməz və onu dedikdən sonra rüku edilə bilməz.
        Məsələ 675. Gündəlik namazlarda vacib və ya müstəhəb olan əməllər Ayat namazında da eyni hökmü daşıyır. Amma Ayat namazında azan və iqamənin yerinə savab əldə etmək ümidilə üç dəfə “Əs-səlah” deyilir.
        Məsələ 676. Ayat namazının beşinci və onuncu rükusundan sonra bu zikri demək müstəhəbdir: “Səmiəllahu li-mən həmidəhu”. Həmçinin hər rükudan qabaq və sonra “təkbir” demək müstəhəbdir. Amma beşinci və onuncu rükudan sonra “təkbir” demək müstəhəb deyildir.
        Məsələ 677. İkinci, dördüncü, altıncı, səkkizinci və onuncu rükudan qabaq qunut tutmaq müstəhəbdir. Əlbəttə, əgər onuncu rükudan qabaq yalnız bir qunut tutulsa, kifayət edir.

         

      • Ayat namazında şəkk etmək
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /