Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
      Çap versiyası  ;  PDF
       
      Namazın tərcüməsi

       

      Məsələ 315. Yaxşı olar ki, insan namazın sözləri və zikrlərinin mənasına diqqət yetirsin və onları hüzuri-qəlb ilə dilə gətirsin. Bununla da ruhun paklanması və qəlbin Mütəal Allaha yaxınlaşması təsirinə malik olan namazdan bəhrələnsin.
      Məsələ 316. “Həmd” surəsi yeddi ayədir və tərcüməsi budur:
      1- Bismilləhir rahmənir rahim.
      Rəhman (rəhməti dünyada bütün insanlara şamil olan) və rəhim (əbədi rəhməti möminlərə xas olan) Allahın adı ilə.
      2- Əl-həmdu lilləhi rabbil-aləmin.
      Həmd-səna yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur.
      3- Ər-rahmənir-rahim.
      (O Rəbb ki,) rəhman və rəhimdir.
      4- Məliki yəvmiddin.
      Din gününün (Qiyamətin) ixtiyar sahibidir.
      5- İyyakə nə`budu və iyyakə nəstə`in.
      Yalnız Sənə bəndəlik edir və yalnız Səndən kömək diləyirik.
      6- İhdinəs-siratəl-mustəqim.
      Bizi düz yola yönəlt.
      7- Siratəlləzinə ən`əmtə ələyhim, ğəyril-məğzubi ələyhim və-ləz-zallin.
      O kəslərin yoluna ki, onlara nemət vermisən (Səni tanımanın nurunu onların qəlbinə saçmısan). O kəslər ki, Sənin qəzəbinə düçar olmamış və düz yolu azmamışlar. (Yəni onlara böyük nemət verdikdən sonra onlar nankorluq və üsyan etməmiş, beləliklə də Sənin qəzəbini qazanmamış və düz yoldan azmamışlar.)
      Məsələ 317. “İxlas” surəsi 4 ayədir və tərcüməsi budur:
      1- Bismilləhir rahmənir rahim. Qul huvəllahu əhəd.
      Rəhman və rəhim Allahın adı ilə. De: Odur yeganə olan Allah.
      2- Əllahus-saməd.
      Allah ehtiyacsızdır. (Hamı Ona möhtacdır.)
      3- Ləm yəlid və ləm yuləd.
      Övladı yoxdur və heç kimin də övladı deyildir.
      4- Və ləm yəkun ləhu kufuvən əhəd.
      Ona tay-bərabər yoxdur.

      Məsələ 318. Rüku və səcdənin və bir sıra müstəhəb zikrlərin tərcüməsi:
      - Subhanəllah: Allah pak və eyibsizdir.
      - Subhanə Rəbbiyəl-əzimi və bi-həmdihi: Əzəmətli Rəbbim pak və eyibsizdir və mən Ona həmd-səna deyirəm.
      - Subhanə Rəbbiyəl ə`la və bi-həmdihi: Uca Rəbbim pak və eyibsizdir və mən Ona həmd-səna deyirəm.
      - Səmiəllahu li-mən həmidəhu: Allahın lütfü Ona həmd-səna deyən kəsə şamil olsun.
      - Əstəğfirullahə Rəbbi və ətubu iləyh: Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tərəf qayıdıram.
      - Bi-həvlilləhi və quvvətihi əqumu və əq`udu: Allahın güc-qüvvəsi ilə ayağa qalxır və əyləşirəm.

      Məsələ 319. Qunutun zikrlərinin tərcüməsi:
      - Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənətən, və qina əzabən-nar.
      Ey Rəbbim! Dünyada da, axirətdə də bizə xeyirlər əta et və bizi odun əzabından qoru.
      - La ilahə illəllahu əl-həlimul-kərim. La ilahə illəllahu əl-əliyyul-əzim. Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəl-səb`i, və ma fihinnə və ma bəynəhunnə, və rəbbil-ərşil-əzim, vəl-həmdu lilləhi rəbbil-aləmin.
      Həlim və kərim Allahdan qeyri ilah yoxdur. Uca və əzəmətli Allahdan qeyri ilah yoxdur. Yeddi səmanın və yeddi yerin, onlarda olanların və onların arasında olanların və əzəmətli ərşin rəbbi olan Allah pak və eyibsizdir. Həmd-səna yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur.

      Məsələ 320. Təsbihati-ərbə`ənin tərcüməsi:
      Subhanəllah, vəl-həmdu lilləh, və la ilahə illəllah, vəllahu əkbər.
      Allah pak və eyibsizdir. Həmd-səna yalnız Allaha məxsusdur. Allahdan qeyri ilah yoxdur. Allah ən böyükdür.

      Məsələ 321. Təşəhhüdün və salamın tərcüməsi:
      - Əl-həmdu lilləh. Əşhədu ən-la ilahə illəllah, vəhdəhu la şərikə ləhu. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu. Əllahummə salli əla Muhəmmədin və Ali-Muhəmməd. Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu.
      Həmd-səna yalnız Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur, yeganədir və şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və elçisidir. Ey Allahım, Muhəmmədə və Ali-Muhəmmədə salavat göndər. Onun şəfaətini qəbul et və dərəcəsini ucalt.
      - Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuhu. Əssəlamu ələyna və əla ibadillahis-salihin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu.
      Salam və Allahın rəhməti və bərəkətləri olsun sənə, ey Peyğəmbər. Salam olsun bizə və Allahın saleh bəndələrinə. Salam və Allahın rəhməti və bərəkətləri olsun sizə (möminlərə, mələklərə).

       

    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /