Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
      Çap versiyası  ;  PDF
       
      Müstəhəb namazlar

       

      Məsələ 32. Müstəhəb namazlar, yəni nafilələr olduqca çoxdur. Nafilə namazları arasında gündəlik nafilələri qılmaq, xüsusilə də gecə namazını qılmaq çox tövsiyə olunub.
      Məsələ 33. Gündəlik nafilələr bir gecə-gündüz ərzində qılınan müstəhəb namazlardır. Bu nafilələri qılmaq olduqca əhəmiyyətlidir və onun üçün böyük savab vəd olunub. Gecə yarısından sonra qılınan gecə namazı isə müstəhəb namazlar arasında xüsusi əhəmiyyətə malikdir. Gecə namazının çoxsayda xüsusi mənəvi təsirləri vardır və tövsiyə olunur ki, bu namazı qılmağa əhəmiyyət verilsin.
      Məsələ 34. Gündəlik nafilələr aşağıdakılardan ibarətdir:
      - Zöhr namazının nafiləsi zöhr namazından qabaq qılınır və səkkiz rəkətdir (iki rəkət-iki rəkət olaraq qılınır);
      - Əsr namazının nafiləsi əsr namazından qabaq qılınır və səkkiz rəkətdir (iki rəkət-iki rəkət olaraq qılınır);
      - Məğrib namazının nafiləsi məğrib namazından sonra qılınır və dörd rəkətdir (iki rəkət-iki rəkət olaraq qılınır);
      - İşa namazının nafiləsi işa namazından sonra əyləşən halda qılınır və iki rəkətdir;
      - Sübh namazının nafiləsi sübh namazından qabaq qılınır və iki rəkətdir;
      - Gecə nafiləsi gecə yarısından başlayaraq sübh azanınadək qılınır və on bir rəkətdir. Daha yaxşı olar, gecənin üç hissəsindən axırıncı hissəsində qılınsın və sübh azanına nə qədər yaxın bir vaxtda qılınsa, savabı bir o qədər çoxdur[1].
      Məsələ 35. Zöhr və əsr namazlarının nafiləsi cümə günü ümumilikdə iyirmi rəkətdir, yəni on altı rəkət nafiləyə dörd rəkət əlavə olunur. Yaxşı olar ki, bu iyirmi rəkət nafilə şəri zöhrdən qabaq qılınsın. Əgər şəri zöhrdən qabaq qılınmazsa, onları Günəşin qürubunadək qılmağın maneəsi yoxdur.
      Məsələ 36. Əgər zöhr və əsr namazlarının nafiləsi “nafilənin vaxtı”nda[2], amma zöhr və əsr namazları qılındıqdan sonra qılınarsa, ehtiyat-vacibə görə, əda və qəza niyyəti etmədən (yəni “ma fiz-zimmə niyyətilə) qılınmalıdır.
      Məsələ 37. Gecə namazı aşağıdakı qaydada qılınır:
      Əvvəlcə “gecə namazı” niyyətilə səkkiz rəkət namaz (iki rəkət-iki rəkət olaraq) sübh namazı kimi qılınır. Sonra “şəf namazı” niyyətilə iki rəkət və “vətr namazı” niyyətilə bir rəkət namaz qılınır. Vətr namazının qunutunda dua kitablarında qeyd edilən ardıcıllıqla Allahdan bağışlanma diləmək, möminlər üçün dua etmək və Allahdan ehtiyacları diləmək müstəhəbdir.
      Məsələ 38. Əgər səfərdə olan şəxsə və ya bir gəncə, yaxud da qocalıq və ya xəstəlik kimi bir üzrü olan şəxsə gecə namazını öz vaxtında qılmaq çətin olarsa, o, gecə namazını gecə yarısından qabaq qıla bilər.
      Məsələ 39. Nafilə namazlarında “Həmd”dən sonra “Surə” oxumaq vacib deyildir və hər rəkətdə təkcə “Həmd”i oxumaq kifayət edir. Amma “Surə”ni oxumaq müstəhəbdir.
      Məsələ 40. Vətr namazı istisna olmaqla, nafilələr iki rəkətdir. (Qeyd olunduğu kimi, “vətr namazı” bir rəkətdir.) Nafilələri əyləşən halda da qılmaq olar. Amma ayaq üstə qılmaq daha yaxşıdır. Əgər nafilə əyləşən halda qılınarsa, iki rəkəti bir rəkət hesab etmək müstəhəbdir. İşa namazının nafiləsi isə istisna təşkil edir. Belə ki, bu nafiləni ehtiyata görə, ayaq üstə deyil, əyləşən halda qılmaq lazımdır.
       

      [1] Qeyd olunduğu kimi, işa namazının nafiləsi iki rəkətdir və əyləşən halda qılınır. Amma nəzərə alsaq ki, bu iki rəkət nafilə bir rəkət hesab olunur, gündəlik nafilələr ümumilikdə 34 rəkət, yəni gündəlik namazların iki misli qədər olacaq.
      [2] Zöhrün nafiləsinin vaxtı şəri zöhrün əvvəlindən etibarən başlanır və “şaxis”in şəri zöhrdən sonra yaranan kölgəsi şaxisin yeddidə-ikisi uzunluğuna çatdığı zaman başa çatır. Məsələn, əgər şaxisin uzunluğu yeddi qarışdırsa, şaxisin şəri zöhrdən sonra yaranan kölgəsi iki qarışa çatdığı zaman zöhrün nafiləsinin vaxtı başa çatır. (Şaxis – şəri zöhrü təyin etmək üçün hamar yerə şaquli şəkildə sancılan düz bir çubuq və ya bu kimi bir vasitədir.) Əsrin nafiləsinin vaxtı isə şaxisin şəri zöhrdən sonra yaranan kölgəsi şaxisin yeddidə-dördü uzunluğuna çatdığı zaman başa çatır.
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /