Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
      Çap versiyası  ;  PDF

       

       
      Sübh namazının vaxtı

       

      Məsələ 4. Sübh namazının vaxtı “sadiq fəcr”[1] doğandan Günəş doğanadək olan müddətdir.
      Məsələ 5. “Sadiq fəcr”in doğması (yəni sübh namazının vaxtının başlanması) baxımından “aylı gecələr” ilə “qeyri-aylı gecələr”[2] arasında fərq yoxdur. Amma “aylı gecələr”də sübhün işığı ayın işığını üstələyənədək gözləmək və bu zaman sübh namazını qılmaq daha yaxşıdır.
       

      1.  “Fəcr” sözü burada “işıq kütləsi” mənasında işlənir. Sübh vaxtı gündoğan tərəfdə iki növ işıq müşahidə olunur. Bunlardan biri “kazib fəcr”, digəri isə “sadiq fəcr” adlanır.
      “Kazib fəcr” o işıqdır ki, “sadiq fəcr” doğmamışdan bir qədər əvvəl səmada əmələ gəlir və üfüq boyunca yayılmaq əvəzinə, şaquli şəkildə və üzü yuxarıya doğru saçır. Dəqiqələr sonra üfüq xəttində zəif bir ağ işıq əmələ gəlir və üfüq boyunca yayılmağa başlayır, getdikcə də işığın şiddəti artır. Bu işıq “sadiq fəcr” adlanır.
      “Sadiq fəcr” doğarkən zəif bir işıq olduğuna görə, onu müşahidə edə bilmək üçün şərq tərəfin üfüqü tam açıq və qaranlıq olmalıdır. Şəhərlərin daxilində onu müşahidə etmək olduqca çətindir. “Sadiq fəcr”in doğduğunu dəqiqliklə müəyyən etməyin çətin olduğunu nəzərə alaraq, ehtiyata riayət etmək məqsədilə kütləvi informasiya vasitələrində azan deyilməyə başlayandan təxminən on dəqiqə sonra sübh namazı qılınsın.
      2. Burada “aylı gecələr” dedikdə, nisbətən daha işıqlı gecələr nəzərdə tutulur. Belə ki, bu gecələrdə “sadiq fəcr” doğmağa başladığı zaman ayın işığı onu görməyə mane olur. Bu gecələrdə “sadiq fəcr”i bir qədər təxirlə (ayın işığının gücündən asılı olaraq təxminən on dəqiqə sonra) müşahidə etmək mümkün olur. Odur ki, ayın 13-cü gecəsindən 17-ci gecəsinədək olan gecələrə – belə ki, bu gecələrdə Ayın dairəsi təxminən tam görünür və ayın işığı da çox olur – “aylı gecələr” deyilir. Həmçinin ayın 17-ci gecəsindən sonra ayın axırınadək Ay tədricən şərq üfüqünə (yəni fəcrin doğduğu yerə) yaxınlaşdığına görə, bu gecələrə də “aylı gecələr” deyilir və ya “aylı gecələr” hökmü bu gecələrə də şamil edilir.
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /