Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
      Çap versiyası  ;  PDF
       
      Azan və iqamə

       

      Məsələ 129. Gündəlik vacib namazlardan qabaq azan və iqamə demək müstəhəbdir. Sübh və məğrib namazları, xüsusilə də, camaat namazı barəsində bu müstəhəb əməl daha da təkid olunub. Amma başqa vacib namazlarda, məsələn, Ayat namazında azan və iqamə demək şəriətdə gəlməyib.
      Məsələ 130. Azan on səkkiz cümlədən ibarətdir və aşağıdakı ardıcıllıqla deyilir:
      Əllahu əkbər (4 dəfə)
      Əşhədu əlla ilahə illəllah (2 dəfə)
      Əşhədu ənnə Muhəmmədən rəsulullah (2 dəfə)
      Həyyə ələs-səlah (2 dəfə)
      Həyyə ələl-fəlah (2 dəfə)
      Həyyə əla xəyril-əməl (2 dəfə)
      Əllahu əkbər (2 dəfə)
      La ilahə illəllah (2 dəfə)
      İqamənin də cümlələri eynilə azan kimidir, bu fərqlə ki, əvvəldə iki dəfə “Əllahu əkbər”, deyilir. Həmçinin “Həyyə əla xəyril-əməl” cümləsindən sonra iki dəfə “Qəd qamətis-səlah” cümləsi deyilir. Axırda isə bir dəfə “La ilahə illəllah” deyilir.
      Məsələ 131. “Əşhədu ənnə Əliyyən vəliyyullah” cümləsini şiənin şüarı ünvanında demək yaxşı və mühüm əməldir, amma azan və iqamənin bir hissəsi deyildir. Bu cümlə “mütləq qəsdi-qürbət” ilə deyilməlidir.
      Məsələ 132. Namaz vaxtının daxil olduğunu elan etmək üçün azan demək və azanı eşidənlərin onu təkrar etmələri təkid olunan müstəhəb əməldir.
      Məsələ 133. Namaz vaxtının daxil olduğunu elan etmək üçün məscidlərdən və başqa məkanlardan səsucaldan vasitəsilə adi qaydada azan yayımlamağın maneəsi yoxdur. Amma əgər səsucaldan vasitəsilə Quran tilavətinin və duaların yayımlanması qonşuların əziyyət çəkmələrinə səbəb olarsa, buna icazə verilmir.
      Məsələ 134. Əgər camaat namazı üçün azan və iqamə deyilsə, bu camaat namazını qılan şəxs öz namazı üçün azan və iqamə deməməlidir.
      Məsələ 135. Azan deyərkən üzü qibləyə dayanmaq, dəstəmazlı və qüsllü olmaq, əlləri qulağın kənarına qoymaq, səsi ucaltmaq və uzatmaq, azanın cümlələri arasında bir qədər fasilə etmək və danışmamaq müstəhəbdir.
      Məsələ 136. İqamə deyərkən bədənin hərəkətsiz olması müstəhəbdir. Həmçinin iqaməni azandan daha asta demək və cümlələri bir-birinə birləşdirməmək müstəhəbdir. Amma azanın cümlələri arasında verilən fasilə ölçüsündə iqamənin cümlələri arasında fasilə verilməsin.
      Məsələ 137. Azan ilə iqamənin arasında bir qədər əyləşmək və ya səcdə etmək, yaxud “təsbih” demək (“Subhanəllah” zikrini demək), yaxud bir qədər sakit dayanmaq və danışmamaq, yaxud da iki rəkət namaz qılmaq müstəhəbdir.

       

    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /