Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
      Çap versiyası  ;  PDF
       
      Namaz vaxtlarının hökmləri

       

      Məsələ 16. Namazı namaz vaxtının əvvəlində qılmaq müstəhəbdir. Bu məsələ İslam dininin təlimlərində təkidlə tövsiyə olunub. Əgər bir şəxs namazı vaxtın əvvəlində qıla bilməzsə, vaxtın əvvəlinə nə qədər yaxın bir vaxtda qılsa, bir o qədər yaxşıdır. Amma əgər namazı yubatmaq müəyyən səbəblərə görə daha üstün olarsa, bu hallar istisna təşkil edir. Məsələn, mükəlləf namazı camaatla qılmaq istəyir və camaat namazının təşkil olunmasını gözləyir.
      Məsələ 17. Mükəlləf gündəlik namazların vaxtını təyin etmək üçün (hətta qütbə yaxın olan məntəqələrdə belə) öz yaşadığı yerin üfüqünə riayət etməlidir.
      Məsələ 18. Mükəlləf namaz qılmaq üçün namaz vaxtının daxil olduğuna yəqin etməli və ya buna əmin olmalıdır. Yaxud iki ədalətli kişi namaz vaxtının daxil olduğunu xəbər verməlidir. Yaxud da etibarlı və namaz vaxtlarını tanıyan bir müəzzin azan deməlidir.
      Məsələ 19. Əgər mükəlləf namaz vaxtının daxil olduğunu yəqin etsə və namaza başlasa, amma namaz əsnasında vaxtın daxil olub-olmadığına şəkk etsə, onun namazı düzgün deyildir. Amma əgər namaz əsnasında namaz vaxtının daxil olduğuna yəqinliyi olsa, amma namazdan qıldığı hissənin namaz vaxtı daxilində qılınıb-qılınmadığına şəkk etsə, onun namazı düzgündür.
      Məsələ 20. Əgər mükəlləf kütləvi informasiya vasitələri və ya namaz vaxtlarını elan edən digər vasitələrlə namaz vaxtının daxil olduğuna əmin olsa, namazını qıla bilər.
      Məsələ 21. Əgər azan deyilməyə başladıqda mükəlləfdə namaz vaxtının daxil olduğuna əminlik yaransa, azanın başa çatmasını gözləmək lazım deyildir. O, azanın başlaması ilə namazını qıla bilər.[1]
      Məsələ 22. Əgər borc verən şəxs namaz vaxtında öz pulunu geri istəsə, borcu qaytarmağa mükəlləfin imkanı olduğu təqdirdə, o, əvvəlcə borcu qaytarmalı, daha sonra namazını qılmalıdır. Həmçinin əgər başqa bir təcili vacib iş ortaya çıxsa, mükəlləf əvvəlcə o işi yerinə yetirməli, daha sonra namazını qılmalıdır. Amma əgər namaz vaxtı dar olsa, əvvəlcə namazı qılmalıdır.
      Məsələ 23. Əgər namaz vaxtı çox dar olsa, belə ki, namazın bəzi müstəhəb əməlləri yerinə yetirildiyi təqdirdə namazın müəyyən hissəsi namaz vaxtı başa çatdıqdan sonra qılınarsa, bu müstəhəb əməllər yerinə yetirilməməlidir. Məsələn, əgər qunut tutulduğu təqdirdə namazın müəyyən hissəsi namaz vaxtı başa çatdıqdan sonra qılınacaqsa, namaz qılan şəxs qunut tutmamalıdır.
      Məsələ 24. Əgər namazın yalnız bir rəkətini qılmaq ölçüsündə vaxt qalmış olsa, mükəlləf namazı əda niyyətilə qılmalıdır. Amma namazı həmin vaxtadək bilərəkdən yubatmamalıdır.
      Məsələ 25. Əgər Günəşin qürubunadək beş rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, mükəlləf zöhr və əsr namazlarını qılmalıdır. Əgər bundan az vaxt qalsa, təkcə əsr namazını qılmalı və zöhr namazının qəzasını qılmalıdır.
      Əgər gecə yarısınadək beş rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, mükəlləf məğrib və işa namazlarını qılmalıdır. Əgər bundan az vaxt qalsa, təkcə işa namazını qılmalı və sonra ehtiyat-vacibə görə, əda və qəza niyyəti etmədən, əksinə, “ma fiz-zimmə” niyyətilə məğrib namazını qılmalıdır.
      Məsələ 26. Əgər Günəşin qürubunadək üç rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, müsafir şəxs zöhr və əsr namazlarını qılmalıdır. Əgər bundan az vaxt qalsa, təkcə əsr namazını qılmalı və zöhr namazının qəzasını qılmalıdır.
      Əgər gecə yarısınadək dörd rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, müsafir şəxs məğrib və işa namazlarını qılmalıdır. Əgər bundan az vaxt qalsa, o, əvvəlcə işa namazını qılmalı, daha sonra ehtiyat-vacibə görə, əda və qəza niyyəti etmədən, əksinə “ma fiz-zimmə” niyyətilə məğrib namazını qılmalıdır. Amma əgər işa namazını qıldıqdan sonra gecə yarısınadək bir rəkət və ya daha çox namaz qılmaq ölçüsündə vaxt qaldığı məlum olsa, mükəlləf dərhal məğrib namazını əda niyyətilə qılmalıdır.
       

      [1] Qeyd olunduğu kimi, sübh namazı ehtiyata riayət etmək məqsədilə azan başladıqdan təxminən on dəqiqə sonra qılınsın.
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /