Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
      • Ayat namazının vaxtı
        Çap versiyası  ;  PDF
         
        Ayat namazının vaxtı

         

        Məsələ 666. Günəş və Ay tutulmasında Ayat namazının vacib olması vaxtı Günəş və Ay tutulmağa başladığı andan etibarən başlanır. Ehtiyat-vacibə görə, namaz o qədər yubadılmamalıdır ki, Günəş və Ay açılmağa başlasın.
        Məsələ 667. Əgər bir şəxs Ayat namazını qılmağı yubatsa və Günəş və ya Ay açılmağa başlasa, namazı qəsdi-qürbət ilə, yəni əda və qəza niyyəti etmədən (ma fiz-zimmə niyyətilə) qılmalıdır. Amma əgər Günəş və ya Ay tam açılarsa, namazı qəza niyyətilə qılmalıdır.
        Məsələ 668. Zəlzələ baş verdikdə, göy gurultusu və şimşək çaxdıqda və ya bu kimi hadisələr (yəni baş vermə müddəti az olan hadisələr) baş verdikdə, ehtiyata görə, şəri vəzifə daşıyan şəxs Ayat namazını dərhal qılmalıdır. Əgər namazı qılmağı yubatsa, ömrünün axırınadək bu Ayat namazını əda və qəza niyyəti etmədən (ma fiz-zimmə niyyətilə) qılmalıdır.
        Məsələ 669. Əgər Seysmoloji Xidmət Mərkəzi müəyyən bir məntəqədə zəif yeraltı təkanların baş verdiyini elan etsə, belə ki, bu yeraltı təkanlar yalnız cihazlar vasitəsilə müəyyən edilir və o məntəqədə yaşayan insanlar onları əsla hiss etmirlər, bu halda Ayat namazı vacib olmur.
        Məsələ 670. Əgər bir şəxsin Günəş və ya Ay tutulduğu zaman bu hadisədən əsla xəbəri olmayıbsa və Günəş və ya Ay açıldığı zaman bunu başa düşübsə, tutulma tam olduğu təqdirdə, o, Ayat namazının qəzasını qılmalıdır. Amma əgər tutulma qismən olubsa, ona Ayat namazının qəzası vacib olmur.
        Məsələ 671. Əgər bir şəxs Günəş və ya Ay tutulduğu zaman bu hadisədən xəbərdar olubsa, amma Ayat namazını (hətta unutqanlıq üzündən) qılmayıbsa, namazın qəzasını qılmalıdır, baxmayaraq ki, tutulma qismən olubdur.
        Məsələ 672. Günəş və Ay tutulması istisna olmaqla, əgər bir şəxs digər təbiət hadisələri baş verdiyi zaman hadisədən xəbərdar olubsa və Ayat namazını, hətta unutqanlıq üzündən qılmayıbsa, o, Ayat namazını qılmalıdır. Əgər bu hadisələr baş verdiyi zaman hadisədən xəbərdar olmayıbsa və sonradan bunu başa düşübsə, ehtiyat-vacibə görə, Ayat namazını qılmalıdır.

         

      • Ayat namazının qaydası
      • Ayat namazında şəkk etmək
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /