Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
    • İKİNCİ FƏSİL: EHRAM
      • 1- Ehramın vacib əməlləri
      • 2- Ehramın müstəhəb əməlləri
      • 3- Ehramın məkruh əməlləri
      • 4- Ehramın haram əməlləri
        • Ehramın haram əməlləri
          • Ehramın haram əməllərinin hökmləri
            • 1- Tikişli paltar geyinmək (kişilər üçün)
            • 2- Ayağın üstünü tam örtmək (kişilər üçün)
            • 3- Kişilər üçün başı örtmək və qadınlar üçün üzü örtmək
            • 4- Kölgə altında olmaq (kişilər üçün)
            • 5- Xoş qoxu istifadə etmək
            • 6- Aynaya baxmaq
            • 7- Üzük taxmaq
            • 8- Xınadan və saç boyasından istifadə etmək
            • 9- Bədənə yağ sürtmək
            • 10- Baş və bədənin tükünü qoparmaq və ya qırxmaq
              Çap versiyası  ;  PDF
               
              10- Baş və bədənin tükünü qoparmaq və ya qırxmaq

               

              Məsələ 225. Ehram halında baş və bədənin hər hansı bir hissəsinin tükünü – istər az olsun, istərsə də çox olsun – qopararaq və ya qırxaraq aradan aparmaq haramdır. Həmçinin istər şəxs öz başının və bədəninin tükünü qoparsın və ya qırxsın, istərsə də başqa bir şəxsin baş və bədəninin tükünü qoparsın və ya qırxsın, fərqi yoxdur və bu iş haramdır.
              Məsələ 226. Əgər dəstəmaz alarkən, qüsl edərkən və ya təyəmmüm edərkən bədənin tükü öz-özünə qopub düşərsə və insanın öz bədənindən tük qoparmaq kimi bir niyyəti olmazsa, bunun iradı yoxdur.
              Məsələ 227. Əgər ehramda olan şəxs tükü qoparmaq və ya qırxmaq məcburiyyətində qalarsa, məsələn, göz qapağının altında olan və onu incidən bir tükü qoparmaq və ya baş ağrısının yaranmasına səbəb olan saçları qırxmaq məcburiyyətində qalarsa, bu işi görməsinin maneəsi yoxdur.
              Məsələ 228. Əgər ehramda olan şəxs bilərəkdən başını qırxsa, bir qoyun kəffarə verməlidir. Amma əgər diqqətsizlik üzündən, yaxud səhvən, yaxud da məsələni bilmədiyinə görə bu işi etsə, ona kəffarə vacib olmur.
              Məsələ 229. Əgər ehramda olan şəxs başını qırxmaq məcburiyyətində qalarsa, bu işin kəffarəsi on iki müdd təamdır və altı miskinə verilməlidir. Yaxud üç gün oruc tutmalı və ya bir qoyun verməlidir.
              Məsələ 230. Əgər ehramda olan şəxs saçlarını qayçı və ya maşınla qısaltsa, ehtiyat-vacibə görə, bir qoyun kəffarə verməlidir.
              Məsələ 231. Əgər ehramda olan şəxs əlini başına çəksə və onun bir və ya daha çox saçı düşsə, ehtiyat-müstəhəbə görə, bir ovuc buğda, ya un və ya bu kimi ərzaqlar sədəqə versin.
            • 11- Sürmə çəkmək
            • 12- Dırnaq tutmaq
            • 13- Bədəndən qan çıxartmaq və dişi çəkmək
            • 14- Fasiqlik
            • 15- Mübahisə etmək
            • 16- Bədəndə olan həşəratları öldürmək
            • 17- Hərəmin ağaclarını və ya bitkilərini kökündən qoparmaq və kəsmək
            • 18- Silah gəzdirmək
            • 19- Səhrada yaşayan çöl heyvanlarını ovlamaq
            • 20- Cinsi əlaqə
            • 21- Qadınla izdivac əqdi bağlamaq
            • 22- İstimna
        • Kəffarələrin hökmləri
        • Məkkə şəhərinə tərəf hərəkət etmək
        • Məscidul-hərama daxil olmağın müstəhəb əməlləri
    • ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
    • DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
    • BEŞİNCİ FƏSİL: TƏQSİR
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /