Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
    • İKİNCİ FƏSİL: EHRAM
      • 1- Ehramın vacib əməlləri
      • 2- Ehramın müstəhəb əməlləri
      • 3- Ehramın məkruh əməlləri
      • 4- Ehramın haram əməlləri
        • Ehramın haram əməlləri
          • Ehramın haram əməllərinin hökmləri
            • 1- Tikişli paltar geyinmək (kişilər üçün)
              Çap versiyası  ;  PDF
               
              1- Tikişli paltar geyinmək (kişilər üçün)

               

              Məsələ 162. Ehram halında kişilərin tikişli paltar geyinməsi, o cümlədən köynək, qəba, şalvar, pencək, palto, alt paltarı və s. geyinməsi haramdır. Həmçinin düyməsini bağladıqda köynək və bu kimi bir paltar olan düyməli paltarları geyinmək kişilərə haramdır.
              Məsələ 163. Əvvəlki məsələdə tikişli paltar, toxunma paltar və ya bu kimi paltarlar arasında fərq yoxdur.
              Məsələ 164. “Paltar” sayılmayan tikişli bir şeyi geyinmək, məsələn, kəmərdən, pul qabından, qol saatının bağından və s. istifadə etməyin maneəsi yoxdur.
              Məsələ 165. Tikişli olan döşəkçənin və ya geyinilməsi haram olan paltarın üstündə əyləşmək və yatmağın maneəsi yoxdur.
              Məsələ 166. Tikişli olan yorğanı, adyalı və bu kimi bir örtüyü çiyinlərə atmağın maneəsi yoxdur.
              Məsələ 167. Ehram paltarının ətrafının tikişli olmasının maneəsi yoxdur.
              Məsələ 168. Əgər ehramda olan şəxs bilərəkdən tikişli paltar geyinsə, bir qoyun kəffarə verməlidir. Həmçinin əgər bir neçə tikişli paltar geyinsə, məsələn, şalvar, köynək, pencək və alt paltarı geyinsə, onların hər biri üçün ayrıca olaraq kəffarə verməlidir.
              Məsələ 169. Əgər ehramda olan şəxs havanın soyuqluğu ilə, yaxud xəstəliklə və ya başqa bir üzr ilə əlaqədar olaraq tikişli paltar geyinmək məcburiyyətində qalsa, tikişli paltar geyinə bilər. Amma ehtiyat-vacibə görə, bir qoyun kəffarə verməlidir.
              Məsələ 170. Qadınlar ehram halında istənilən tikişli paltarı geyinə bilərlər və onlar üçün bu əməlin kəffarəsi yoxdur. Amma qadınlar ehram halında əlcək geyinə bilməzlər.
            • 2- Ayağın üstünü tam örtmək (kişilər üçün)
            • 3- Kişilər üçün başı örtmək və qadınlar üçün üzü örtmək
            • 4- Kölgə altında olmaq (kişilər üçün)
            • 5- Xoş qoxu istifadə etmək
            • 6- Aynaya baxmaq
            • 7- Üzük taxmaq
            • 8- Xınadan və saç boyasından istifadə etmək
            • 9- Bədənə yağ sürtmək
            • 10- Baş və bədənin tükünü qoparmaq və ya qırxmaq
            • 11- Sürmə çəkmək
            • 12- Dırnaq tutmaq
            • 13- Bədəndən qan çıxartmaq və dişi çəkmək
            • 14- Fasiqlik
            • 15- Mübahisə etmək
            • 16- Bədəndə olan həşəratları öldürmək
            • 17- Hərəmin ağaclarını və ya bitkilərini kökündən qoparmaq və kəsmək
            • 18- Silah gəzdirmək
            • 19- Səhrada yaşayan çöl heyvanlarını ovlamaq
            • 20- Cinsi əlaqə
            • 21- Qadınla izdivac əqdi bağlamaq
            • 22- İstimna
        • Kəffarələrin hökmləri
        • Məkkə şəhərinə tərəf hərəkət etmək
        • Məscidul-hərama daxil olmağın müstəhəb əməlləri
    • ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
    • DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
    • BEŞİNCİ FƏSİL: TƏQSİR
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /