Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
    • İKİNCİ FƏSİL: EHRAM
      • 1- Ehramın vacib əməlləri
      • 2- Ehramın müstəhəb əməlləri
      • 3- Ehramın məkruh əməlləri
      • 4- Ehramın haram əməlləri
        • Ehramın haram əməlləri
          • Ehramın haram əməllərinin hökmləri
            • 1- Tikişli paltar geyinmək (kişilər üçün)
            • 2- Ayağın üstünü tam örtmək (kişilər üçün)
            • 3- Kişilər üçün başı örtmək və qadınlar üçün üzü örtmək
            • 4- Kölgə altında olmaq (kişilər üçün)
              Çap versiyası  ;  PDF
               
              4- Kölgə altında olmaq (kişilər üçün)

               

              Məsələ 191. Yol gedərkən (məsələn, miqatdan Məkkəyə və ya Məkkədən Ərəfata və s. gedərkən) ehramda olan kişinin kölgə altında olmasına icazə verilmir. Amma əgər yol əsnasında dayansa, kölgə altına keçməsinin maneəsi yoxdur. Həmçinin getdiyi yerdə evə və ya restorana daxil olmasının maneəsi yoxdur. Beləliklə, tavanlı avtobus ilə səfər etməyə icazə verilmir. Amma Məkkəyə çatdıqdan sonra evlərdə, restoranlarda və s. yol gedərkən kölgə altında olmağın maneəsi yoxdur.
              Məsələ 192. Ehtiyata görə, ehramda olan şəxs Məkkəyə çatdıqdan sonra umrənin əməllərini yerinə yetirməmişdən qabaq, həmçinin Ərəfatda və Minada ehram halında olarkən hərəkətli kölgələrin altında, məsələn, tavanlı avtobusların və çətirlərin kölgəsi altında olmaqdan çəkinməlidir.
              Məsələ 193. Əvvəlki iki məsələdə qeyd edilən hökm gündüz vaxtına aiddir. Gecə vaxtı tavanlı avtobusa minməyin maneəsi yoxdur, baxmayaraq ki, bu barədə ehtiyata riayət etmək bəyənilir.
              Məsələ 194. Ehtiyata görə, ehramda olan şəxs yağışlı və soyuq gecələrdə yağışdan və soyuqdan qorunmaq məqsədilə tavanlı avtobusa və ya bu kimi bir nəqliyyat vasitəsinə minməkdən çəkinməlidir.
              Məsələ 195. Divarın, ağacın və ya bu kimi şeylərin kölgəsi altında olmağın, həmçinin hərəkətsiz tavanların altından keçməyin, məsələn, körpünün altından və ya tuneldən keçməyin, hətta gündüz vaxtı belə, maneəsi yoxdur.
              Məsələ 196. Kölgə altında olmaq yalnız kişilərə haramdır və qadınlar üçün maneəsi yoxdur.
              Məsələ 197. Kölgə altında olmağın kəffarəsi bir qoyundur.
              Məsələ 198. Əgər ehramda olan şəxs xəstəlik və ya başqa bir üzr ilə əlaqədar kölgə altında olmaq məcburiyyətində qalsa, kölgə altında ola bilər, amma bir qoyun kəffarə verməlidir.
              Məsələ 199. Kölgə altında olmağın bir ehram üçün bir kəffarəsi vardır, baxmayaraq ki, bu iş bir neçə dəfə yerinə yetirilibdir. Beləliklə, əgər şəxs umrə ehramında bir neçə dəfə kölgə altında olsa, ona yalnız bir kəffarə vacib olur. Həcc ehramında da hökm eynidir.

               

            • 5- Xoş qoxu istifadə etmək
            • 6- Aynaya baxmaq
            • 7- Üzük taxmaq
            • 8- Xınadan və saç boyasından istifadə etmək
            • 9- Bədənə yağ sürtmək
            • 10- Baş və bədənin tükünü qoparmaq və ya qırxmaq
            • 11- Sürmə çəkmək
            • 12- Dırnaq tutmaq
            • 13- Bədəndən qan çıxartmaq və dişi çəkmək
            • 14- Fasiqlik
            • 15- Mübahisə etmək
            • 16- Bədəndə olan həşəratları öldürmək
            • 17- Hərəmin ağaclarını və ya bitkilərini kökündən qoparmaq və kəsmək
            • 18- Silah gəzdirmək
            • 19- Səhrada yaşayan çöl heyvanlarını ovlamaq
            • 20- Cinsi əlaqə
            • 21- Qadınla izdivac əqdi bağlamaq
            • 22- İstimna
        • Kəffarələrin hökmləri
        • Məkkə şəhərinə tərəf hərəkət etmək
        • Məscidul-hərama daxil olmağın müstəhəb əməlləri
    • ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
    • DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
    • BEŞİNCİ FƏSİL: TƏQSİR
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /