Yüklə:
HƏCC ƏMƏLLƏRİ
- MÜQƏDDİMƏ
- BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
- İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
- BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
- İKİNCİ FƏSİL: EHRAM
- 1- Ehramın vacib əməlləri
- 2- Ehramın müstəhəb əməlləri
2- Ehramın müstəhəb əməlləri
Məsələ 157. Ehram bağlamamışdan qabaq bədənin pak olması, bədənin artıq tüklərinin təmizlənməsi və dırnaqların tutulması müstəhəbdir. Dişləri fırçalamaq da müstəhəbdir.
Həmçinin ehram bağlamamışdan qabaq “miqat”da və ya “miqat”a çatmamışdan qabaq (məsələn, Mədinədə) qüsl etmək müstəhəbdir. Qeyd olunduğu kimi, bu qüslü tərk etməmək ehtiyata müvafiqdir.[1]
Zöhr namazını və ya hər hansı bir vacib namazı qıldıqdan sonra, yaxud da iki rəkət müstəhəb namaz qılıb, ehram bağlamaq müstəhəbdir. Bəzi hədislərdə qeyd olunub ki, (ehram bağlamamışdan qabaq) altı rəkət müstəhəb namaz qılınır və bu namazın böyük fəziləti vardır.
Həmçinin həcc yerinə yetirmək istəyən şəxs üçün zil-qədə ayının əvvəlindən saç və saqqalını qısaltmamaq müstəhəbdir.
- 3- Ehramın məkruh əməlləri
3- Ehramın məkruh əməlləri
Məsələ 158. Ehram paltarının qara rəngli, çirkli və zolaqlı olması məkruhdur. Ehram paltarının ağ rəngli olması daha yaxşıdır.
Ehram halında sarı rəngli balışda və ya yataqda yatmaq məkruhdur.
Əgər ehram bağlayanadək xınanın rəngi qalacaqdırsa, ehram bağlamamışdan qabaq xınadan istifadə etmək məkruhdur.
Ehram halında olan şəxsin onu səsləyən şəxsin cavabında “ləbbeyk” ifadəsini deməsi məkruhdur.
Ehram halında hamama getmək, bədəni kisələmək və bu kimi işləri görmək məkruhdur.
- 4- Ehramın haram əməlləri
- Ehramın haram əməlləri
- Kəffarələrin hökmləri
Kəffarələrin hökmləri
Məsələ 267. Əgər ehramda olan şəxs ehramın haram əməllərindən birini səhvən və ya diqqətsizlik üzündən yerinə yetirsə, ona kəffarə vacib olmur. Amma ov etmək istisna təşkil edir və istənilən halda kəffarəsi vardır.
Məsələ 268. Umrədə ov etməyin kəffarəsi olan heyvan Məkkə şəhərində, həcdə ov etməyin kəffarəsi olan heyvan Minada kəsilməlidir. Ehtiyata görə, digər kəffarələrdə də bu şəkildə əməl edilsin. Amma əgər bir şəxs kəffarə ünvanında olan heyvanı Məkkədə və ya Minada kəsməsə və həcdən qayıtdıqdan sonra onu öz vətənində və ya başqa bir yerdə kəssə, bu, kifayət edir.
Məsələ 269. Əgər ehramda olan bir şəxsə kəffarə vacib olsa, o, həmin heyvanın ətindən yeməməlidir. Amma vacib və ya müstəhəb qurbanlığın ətini, yaxud nəzir qurbanlığının ətini yeməsinin maneəsi yoxdur.
Məsələ 270. Ehramın haram əməllərinin kəffarəsi fəqirlərə verilməlidir.
- Məkkə şəhərinə tərəf hərəkət etmək
Məkkə şəhərinə tərəf hərəkət etmək
Məsələ 271. Miqatda ehram bağladıqdan sonra hacılar umrənin digər əməllərini yerinə yetirmək üçün Məkkə şəhərinə tərəf hərəkət edirlər.
Məsələ 272. Məkkə şəhərinə daxil olmamışdan qabaq hərəmin ərazisi başlanır. Hərəmə, həmçinin Məkkəyə və Məscidul-hərama daxil olarkən riayət edilən bir sıra əməllər və oxunan dualar vardır. Bu dualardan birini burada qeyd edirik və başqa dualar və müstəhəb əməllər ilə maraqlananlar bu mövzuda olan geniş kitablara müraciət etsinlər.
Hərəmin ərazisinə daxil olarkən oxunan dua
Məsələ 273. Hərəmin ərazisinə daxil olarkən aşağıdakı duanı oxumaq müstəhəbdir:
اَللَّهُمَّ إِنَّکَ قُلْتَ فِی کِتَابِکَ وَ قَوْلُکَ الْحَقُّ: "وَ أَذِّنْ فِی النَّاسِ بِالْحَجِّ یَأْتُوکَ رِجَالًا وَ عَلَیٰ کُلِّ ضَامِرٍ یَأْتِینَ مِنْ کُلِّ فَجٍّ عَمِیقٍ." اَللَّهُمَّ إِنِّی أَرْجُو أَنْ أَکُونَ مِمَّنْ اَجَابَ دَعْوَتَکَ، وَ قَدْ جِئْتُ مِنْ شُقَّةٍ بَعِیدَةٍ وَ فَجٍّ عَمِیقٍ، سَامِعًا لِنِدَائِکَ، وَ مُسْتَجِیبًا لَکَ، مُطِیعًا لِاَمْرِکَ. وَ کُلُّ ذٰلِکَ بِفَضْلِکَ عَلَیَّ وَ اِحْسَانِکَ اِلَیَّ، فَلَکَ الْحَمْدُ عَلَیٰ مَا وَفَّقْتَنِی لَهُ، أَبْتَغِی بِذٰلِکَ الزُّلْفَةَ عِنْدَکَ، وَ الْقُرْبَةَ اِلَیْکَ، وَ الْمَنْزِلَةَ لَدَیْکَ، وَ الْمَغْفِرَةَ لِذُنُوبِی، وَ التَّوْبَةَ عَلَیَّ مِنْهَا بِمَنِّکَ. اَللَّهُمَّ صَلِّ عَلَیٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ حَرِّمْ بَدَنِی عَلَی النَّارِ، وَ اٰمِنِّی مِنْ عَذَابِکَ وَ عِقَابِکَ، بِرَحْمَتِکَ یَا اَرْحَمَ الرَّاحِمِینَ.
“Əllãhummə innəkə qultə fi͠ kitãbikə və qəvlukəl-həqq: “Və əzzin fin-nə̃si bil-həcci yə`tũkə ricãlən və əlã killi zãmirin yə`ti͠nə min kulli fəccin əmi͠q.”[1] Əllãhummə inni͠ ərcũ ən əkũnə mimmən əcãbə də`vətəkə, və qəd ci`tu min şuqqətin bəi͠dətin və fəccin əmi͠qin. Sãmiən li-nidãikə, və mustəci͠bən ləkə, muti͠ən li-əmrikə. Və kullu zãlikə bi-fəzlikə ələyyə və ihsãnikə iləyyə, fə-ləkəl-həmdu əla mã vəffəqtəni ləhu, əbtəği bi-zãlikə əz-zulfətə indəkə, vəl-qurbətə iləykə, vəl-mənzilətə lədəykə, vəl-məğfirətə li-zunũbi, vət-təvbətə ələyyə minha bi-mənnikə. Əllãhummə səlli əla Muhəmmdin və Ali-Muhəmmədin, və hərrim bədəni ələn-nãr, və ãminni min əzãbikə və iqãbikə, bi-rəhmətikə yã ərhəmər-rãhimi͠n.”
- Məscidul-hərama daxil olmağın müstəhəb əməlləri
Məscidul-hərama daxil olmağın müstəhəb əməlləri
Məsələ 274. Məscidul-hərama daxil olmağın müstəhəb əməlləri aşağıdakılardır:
1- Məscidul-hərama daxil olmaq üçün qüsl etmək;
2- Məscidul-hərama daxil olarkən oxunan xüsusi dualar.
-
-
- ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
- DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
- BEŞİNCİ FƏSİL: TƏQSİR
BEŞİNCİ FƏSİL: TƏQSİR
Məsələ 362. Umrənin beşinci vacib əməli təqsirdir.
Məsələ 363. Səyi yerinə yetirdikdən sonra “təqsir etmək” vacibdir. Yəni saçların, saqqalın və ya bığın tükündən bir qədər qısaltmaq, yaxud da əl və ya ayaq dırnaqlarından bir qədər qısaltmaq lazımdır.
Məsələ 364. Umrənin başqa əməlləri kimi, təqsir etmək də ibadətdir və bunun üçün ehramın niyyətində qeyd edildiyi qaydada niyyət etmək lazımdır.
Məsələ 365. Təməttu umrəsinin ehramından xaric olmaq üçün “həlq etmək” (yəni başı qırxdırmaq) kifayət etmir. Təməttu umrəsinin ehramından xaric olmaq üçün hökmən təqsir etmək lazımdır. Əgər bir şəxs təqsir etməmişdən qabaq bilərəkdən və məsələni bildiyi halda başını qırxdırarsa, ehramdan xaric olmaq üçün bu əməlin kifayət etməməsindən əlavə, bir qoyun da kəffarə verməlidir. Amma mufrədə umrə üçün ehram bağlayan şəxs təqsir və həlq arasında seçim edib, onlardan birini yerinə yetirə bilər.
Məsələ 366. Təməttu umrəsinin ehramından xaric olmaq üçün tükü qoparmaq kifayət etmir. Əksinə, deyilən qaydada təqsir etmək lazımdır. Əgər bir şəxs təqsir etmək əvəzinə bilərəkdən və məsələni bildiyi halda öz tükünü qopararsa, ehramdan xaric olmaq üçün bu əməlin kifayət etməməsindən əlavə, tükü qoparmağın kəffarəsini də verməlidir.
Məsələ 367. Əgər bir şəxs məsələni bilmədiyinə görə təqsir etmək əvəzinə öz tükünü qoparsa, daha sonra həcci yerinə yetirsə, onun umrəsi düzgün deyildir. Yerinə yetirdiyi həcc isə “ifrad həcci” olacaqdır. Bu halda əgər onun boynunda vacib həcc var idisə, ehtiyat-vacibə görə, həcc əməllərini yerinə yetirdikdən sonra mufrədə umrə yerinə yetirməli və sonrakı ildə təməttu umrəsi və həccini yenidən yerinə yetirməlidir.
Məsələni bilmədiyinə görə təqsir əvəzinə həlq edən, sonra həcci yerinə yetirən şəxsin hökmü də belədir.
Məsələ 368. Səyi yerinə yetirdikdən sonra dərhal təqsir etmək vacib deyildir.
Məsələ 369. Əgər bir şəxs bilərəkdən və ya məsələni bilmədiyinə görə təqsir etməsə və təqsir etmədən həcc üçün ehram bağlasa, əqvaya görə, onun umrəsi düzgün deyildir və onun həcci “ifrad həcci”nə çevrilir. Ehtiyat-vacibə görə, həcci yerinə yetirdikdən sonra “mufrədə umrə” yerinə yetirməlidir. Əgər onun həcci vacib həcc idisə, sonrakı ildə umrə və həcci yerinə yetirməlidir.
Məsələ 370. Əgər bir şəxs səhvən təqsir etməsə və həcc üçün ehram bağlasa, onun ehramı düzgündür, həmçinin umrəsi və həcci də düzgündür. Ona kəffarə vacib olmur, amma bir qoyun kəffarə verməsi müstəhəbdir. Hətta kəffarəni tərk etməməsi ehtiyata müvafiqdir.
Məsələ 371. Təqsir etdikdən və təməttu umrəsinin ehramından xaric olduqdan sonra ehramda olan şəxsə haram olan bütün işlər, hətta qadın da insana halal olur.
Məsələ 372. Təməttu umrəsində “nisa təvafı” vacib deyildir, baxmayaraq ki, təqsirdən qabaq savab ümidilə nisa təvafını yerinə yetirmək və təvaf namazını qılmaq ehtiyata müvafiqdir. Amma əgər bir şəxs mufrədə umrə niyyətilə ehram bağlayıbsa, təqsir və ya həlq etdikdən sonra qadın o halda ona halal olur ki, nisa təvafını yerinə yetirsin və təvaf namazını qılsın. Bu təvafın və təvaf namazının qaydası bir qədər əvvəldə açıqlanan umrə təvafı və təvaf namazı kimidir.
Məsələ 373. Zahirə əsasən, hər mufrədə umrə və hər həcc üçün ayrıca olaraq bir nisa təvafı yerinə yetirmək lazımdır. Məsələn, əgər bir şəxs iki mufrədə umrə və ya bir həcc və bir mufrədə umrə yerinə yetirirsə, qadının ona halal olması üçün bir nisa təvafının kifayət etməsi uzaq ehtimal olmasa da, amma əməllərin başa çatması üçün hər iki umrə və ya bir həcc və bir umrə üçün ayrıca olaraq bir nisa təvafı yerinə yetirməlidir.
-
- ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
- HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB