Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
    • İKİNCİ FƏSİL: EHRAM
      • 1- Ehramın vacib əməlləri
      • 2- Ehramın müstəhəb əməlləri
      • 3- Ehramın məkruh əməlləri
      • 4- Ehramın haram əməlləri
        • Ehramın haram əməlləri
          • Ehramın haram əməllərinin hökmləri
            • 1- Tikişli paltar geyinmək (kişilər üçün)
            • 2- Ayağın üstünü tam örtmək (kişilər üçün)
            • 3- Kişilər üçün başı örtmək və qadınlar üçün üzü örtmək
              Çap versiyası  ;  PDF
               
              3- Kişilər üçün başı örtmək və qadınlar üçün üzü örtmək

               

              Məsələ 177. Ehramda olan kişi papaq, əmmamə, dəsmal və bu kimi şeylərlə başını örtə bilməz.
              Məsələ 178. Ehtiyat-vacibə görə, ehramda olan kişi başın örtülməsinə səbəb olan hər hansı bir şeyi, məsələn, xına və sabun köpüyünü başa qoymaqdan, yaxud başının üstündə yük daşımaqdan və bu kimi işlərdən çəkinməlidir.
              Məsələ 179. Qulaq başın bir hissəsi sayılır və ehramda ikən qulağı da örtmək olmaz.
              Məsələ 180. Əgər başın bir hissəsini örtmək ürfə görə başı örtmək hesab olunarsa (məsələn, başın ortasına balaca papaq qoymaq), bu şəkildə də başı örtmək olmaz. Amma bundan qeyri halda, məsələn, başın üstünə Quran və bu kimi bir əşyanı qoymağın, yaxud başı hissə-hissə qurutmağın maneəsi yoxdur, baxmayaraq ki, bu işdən də çəkinmək ehtiyata müvafiqdir.
              Məsələ 181. Ehramda olan şəxs başını bütünlüklə suya sala bilməz. Zahirə görə, bu məsələdə kişi ilə qadın arasında fərq yoxdur. Amma əgər başını bütünlüklə suya salarsa, onun boynuna kəffarə gəlmir.
              Məsələ 182. Başı örtməyin kəffarəsi, ehtiyat-vacibə görə, bir qoyundur.
              Məsələ 183. Əgər ehramda olan şəxs unutqanlıq və ya məlumatsızlıq üzündən başını örtsə, ona kəffarə vacib olmur.
              Məsələ 184. Qadınlar ehramda ikən öz üzlərini adətən naməhrəm qarşısında hicablanarkən örtdükləri və ya tanınmamaqdan ötrü örtdükləri şəkildə örtə bilməzlər. Deməli, əgər üzün bir hissəsini örtmək “üzü örtmək” adlanarsa, buna da icazə verilmir. Məsələn, hicablanmaq və ya tanınmamaq məqsədilə yanaqları, burunu, ağızı və çənəni örtmək “üzü örtmək” hesab olunduğuna görə, onları örtmək olmaz.
              Məsələ 185. Ehramda olan qadınların burun və ağızı örtmək üçün tibbi maskalardan istifadə etmələrinin maneəsi yoxdur.
              Məsələ 186. Üzün yuxarı və ya aşağı tərəfdən, yaxud yan tərəflərdən ətrafını adətən qadınların baş örtüsü bağlayarkən örtdükləri ölçüdə və ya namazda başı örtərkən örtdükləri ölçüdə örtmək “üzü örtmək” adlanmadığına görə, o hissələri örtməyin – istər namazda, istərsə də qeyri hallarda – maneəsi yoxdur.
              Məsələ 187. Qadınların yelpik və bu kimi bir əşya (məsələn, kağız, qəzet və s.) ilə üzlərini örtməsi haramdır. Amma əlləri üzə qoymağın maneəsi yoxdur.
              Məsələ 188. Ehramda olan qadın çadrasının və ya baş örtüyünün bir tərəfini üzündən ata bilər, belə ki, burunun yuxarısınadək alnını və üzünün bir hissəsini örtə bilər. Amma ehtiyat budur ki, naməhrəm kişi onu görmədiyi halda bu işi görməkdən çəkinsin.
              Məsələ 189. Əvvəlki məsələdə ehtiyat budur ki, sözügedən örtük üz ilə təmasda olmasın.
              Məsələ 190. Üzü örtməyin kəffarəsi yoxdur, amma kəffarə vermək ehtiyata müvafiqdir.

               

            • 4- Kölgə altında olmaq (kişilər üçün)
            • 5- Xoş qoxu istifadə etmək
            • 6- Aynaya baxmaq
            • 7- Üzük taxmaq
            • 8- Xınadan və saç boyasından istifadə etmək
            • 9- Bədənə yağ sürtmək
            • 10- Baş və bədənin tükünü qoparmaq və ya qırxmaq
            • 11- Sürmə çəkmək
            • 12- Dırnaq tutmaq
            • 13- Bədəndən qan çıxartmaq və dişi çəkmək
            • 14- Fasiqlik
            • 15- Mübahisə etmək
            • 16- Bədəndə olan həşəratları öldürmək
            • 17- Hərəmin ağaclarını və ya bitkilərini kökündən qoparmaq və kəsmək
            • 18- Silah gəzdirmək
            • 19- Səhrada yaşayan çöl heyvanlarını ovlamaq
            • 20- Cinsi əlaqə
            • 21- Qadınla izdivac əqdi bağlamaq
            • 22- İstimna
        • Kəffarələrin hökmləri
        • Məkkə şəhərinə tərəf hərəkət etmək
        • Məscidul-hərama daxil olmağın müstəhəb əməlləri
    • ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
    • DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
    • BEŞİNCİ FƏSİL: TƏQSİR
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /