Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
        Çap versiyası  ;  PDF
         
        Otuz ikinci dərs: Məscidin hökmləri (1)

         

        Məscidə dair haram əməllər
        Məscidə dair haram əməllər aşağıdakılardır:
        1. Məscidi napak etmək;
        2. İsraf sayıldığı təqdirdə məscidi qızıl ilə zinətləndirmək;
        3. Məscidə qarşı hörmətsizlik olan işləri görmək;
        4. Kafirlərin məscidə daxil olması;
        5. Məscidin dağıdılması və sökülməsi;
        6. Məscidin vəqfinin şərtlərinə zidd hərəkət etmək.
         
        1. Məscidi napak etmək
        Məscidin yerini, tavanını, divarlarını və damını napak etmək haramdır. Əgər napak olarsa, oranı dərhal paklamaq va­cibdir.
         
        Diqqət:
        • Əgər qəsb edilən, tərk edilən və ya sökülən məscidin yerin­də başqa bir bina tikilibsə, yaxud tərk edildiyi üçün (məsələn, bir kəndin əhalisi oranı tərk edib başqa yerdə məskunlaşdığı üçün artıq oradakı məscid xarabalığa çevrilib) məscid kimi istifadəsi yoxdursa və ye­ni­dən bərpa olunacağına da ümid yoxdursa, o yeri napak etmək haram deyildir. Baxmayaraq ki, oranın napak edilməməsi ehtiyat-müstəhəbə müvafiqdir.
         
        2. İsraf sayıldığı təqdirdə məscidi qızıl ilə zinətləndirmək
        İsraf sayıldığı təqdirdə məscidi qızıl ilə zinətləndirmək haramdır. İsraf sayılmadığı təqdirdə isə bu iş məkruhdur.
         
        3. Məscidə qarşı hörmətsizlik olan işləri görmək
        Məscidin hörmətini və mövqeyini saxlamaq vacibdir. Məscidə qarşı hörmətsizlik sayılan və onun mövqeyinə zidd olan işlərdən çəkinmək lazımdır.
         
        4. Kafirlərin məscidə daxil olması
        Kafirlərin müsəlman məscidlərinə daxil olmasına, hətta tarixi abidələrin müşahidəsi məqsədilə olsa belə, icazə verilmir. Bu hökm baxımından məscidlər arasında fərq yoxdur, istər Məscidul-həram olsun, istərsə də digər məscidlər olsun. Həmçinin kafirlərin məscidə daxil olması istər məscidə qarşı hörmətsizlik sayılsın, istərsə də sayılmasın, onların məscidə daxil olmasına icazə verilmir.
         
        5. Məscidin dağıdılması və sökülməsi
        Məscid binasını bütünlüklə və ya onun bir hissəsini sökməyə icazə verilmir. Yalnız çox böyük əhəmiyyəti olan bir məsələ üçün buna icazə verilir.
         
        Diqqət:
        • Məscidin dağıdılması və sökülməsi onu məscidlikdən xaric etmir, odur ki, məscidin hökmləri onun üçün qüvvədədir. Amma əgər sökülən və ya tərk edilən məscidin yerində başqa bir bina tikilibsə, yaxud tərk edildiyi üçün məscid kimi istifadəsi yoxdursa və yenidən bərpa olunacağına da ümid yoxdursa, bu yer məscid hökmündə deyildir. Deməli, əgər yol çəkilərkən məscid binasının bir hissəsi məcburiyyətdən irəli gələn zərurətə görə sökülsə və o hissənin yenidən bərpa olunacağı ehtimal edilməsə, bu yer məscid hökmündə deyildir.
         
        6. Məscidin vəqfinin şərtlərinə zidd hərəkət et­mək
        1. Məscidin vəqfinin şərtlərinə zidd hərəkət etmək və ya vəqfin şərtlərini dəyişdirmək olmaz. Odur ki, məscidi kinofilmlərin yayımlanması məkanına (başqa sözlə, kinoteatra) çevirməyə icazə verilmir. Amma müəyyən əlamətdar günlərdə ehtiyac duyul­duğu zaman və imam-camaatın nəzarəti altında dini filmlər kimi fay­dalı və tərbiyəvi əhəmiyyət daşıyan filmləri yayımlamağın maneəsi yoxdur.
        2. Məscidin mövqeyinə zidd olmadığı və camaat namazının təşkil olunmasına və namaz qılanlara maneəçilik törətmədiyi təqdirdə, məsciddə tədris kurslarının təşkil edilməsi və bu kimi işlərin maneəsi yoxdur.
        3. Yas və bu kimi məclislərin məsciddə keçirilərək oranın işıq, istilik, havalandırma sistemlərindən və başqa imkanlarından istifadə edilməsinə icazənin verilməsi məscidin vəqfinin şərtlərinə, habelə bu imkanlar məscidə nəzir olunduğu təqdirdə, nəzirin şərtlərinə bağlıdır.
        4. Məscidin şəbistanının[1] bir guşəsində muzey, kitabxana və bu kimi məkanlar yaratmaq məscidin şəbistanının vəqfinin şərtlərinə müvafiq olmadığı və ya məscid binasının dəyişdirilməsinə səbəb olduğu təqdirdə, bu məkanları yaratmağa icazə verilmir. Yaxşı olar ki, məscidin yaxınlığında bu məqsədlər üçün yer alınsın.
        5. Əgər məscidin suyunun yalnız namaz qılanların dəstəmaz alması üçün vəqf olunduğu məlum olmazsa və məscidin yerləşdiyi məhəllədə adətən məhəllə sakinləri və oradan ötüb keçənlər məscidin suyundan istifadə edirlərsə, bu sudan içmək, çay dəmləmək və bu kimi şəxsi istifadələrin maneəsi yoxdur. Amma bu məsələdə ehtiyata riayət etmək bəyənilir. Həmçinin əgər məscid qəbiristanlığın qonşuluğunda yerləşirsə və adətən məscidin ərazisindən kənarda yerləşən qəbirlərin üstünə su səpmək üçün məscidin suyundan istifadə olunursa və heç kim buna etiraz bildirmirsə, habelə məscidin suyunun yalnız dəstəmaz və təharət üçün vəqf olunduğuna dair sübut yoxdursa, bu qəbirlərin üstünə su səpmək üçün məscidin suyundan istifadə etməyin maneəsi yoxdur.
        6. Əgər məscidin şəri hökmlərini bilməmək nəticəsində məscid binasında, başqa sözlə, məscidin damı altında otaqlar tikilsə, bu otaqları söküb məscidi əvvəlki vəziyyətinə gətirmək vacibdir. Həmçinin əgər məscidin şəri hökmlərini bilməmək nəticəsində məscid binasında çay hazır­lamaq və bu kimi işlər üçün otaq tikilsə, onu söküb məscidi əvvəlki vəziyyətinə gətirmək vacibdir.
        7. Məsciddə cənazə dəfn etmək olmaz və bu məsələdə mərhumun vəsiyyəti heç bir rol oynamır. Amma əgər vəqf zamanı məsciddə cənazənin dəfn edilməsi istisna edilibdirsə, bu halda orada cənazə dəfn etmək olar.
        8. Məscidin zirzəmisini üç şərt daxilində kirayə vermək olar:
        1- Zirzəmi məscid adını daşımasın;
        2- Məscidin bu yerə ehtiyacı olmasın;
        3- Oranın vəqfi “intifa vəqfi” deyil, “mənfəət vəqfi” olsun.
         
        Suallar:
        1- Məscidə dair haram əməllər hansılardır?
        2- Məsciddə idman məşqləri etmək olarmı?
        3- Məsum İmamların (ə) mövludu münasibətilə məsciddən səsucal­danlar vasitəsilə şən mahnıların yayımlanmasının şəri hökmü nədir?
        4- Kafirlər müsəlmanların məscidlərinə, hətta tarixi abidələrin müşa­hidəsi məqsədilə olsa belə, daxil ola bilərlərmi?
        5- Yas məclisini məsciddə keçirən şəxsin oranın işığından, istilik sistemindən və bu kimi imkanlarından istifadə etməsinin hökmü nədir?
        6- Məscidin zirzəmisini onun şəninə uyğun bir iş üçün kirayə vermək olarmı?
         

        [1] Şəbistan – böyük məscidlərin üstü tavanlı və kənarları örtülü hissələridir. Oxşar və bir-birinə paralel sütunlara malikdir və bir tərəfi məscidin daxilinə açılır. Şəbistan – qədim memarlıqda məscid binasının o hissəsi idi ki, insanlar orada ibadət edir və gecələr isə orada yatırdılar.
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /