Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
        Çap versiyası  ;  PDF
         
        Əllinci dərs: Cümə namazı

         

        Cümə namazı
        1. Cümə namazının şəri hökmü
        1. Cümə günlərində zöhr namazının yerinə qılınan cümə namazı hazırkı dövrdə (yəni İmam Zamanın (ə.f) qeyb dövründə) “təxyiri-vacib əməl”dir.
         
        Diqqət:
        • Burada “təxyiri-vacib əməl” dedikdə, bu nəzərdə tutulur ki, mükəlləf cümə günü cümə namazını və ya zöhr namazını qılmaqda seçim edə bilər.
        • Baxmayaraq ki, hazırkı dövrdə cümə namazı təxyiri-vacib əməldir və bu namazda iştirak etmək vacib deyildir, amma cümə namazında iştirak etməyin fayda və təsirlərini nəzərə alaraq, möminlərin bir sıra qeyri-məqbul əsaslarla bu namazda iştirak etməməyi bəyənilmir.
        • Qadınların cümə namazında iştirak etməklərinin heç bir maneəsi yoxdur və camaat namazının savabına malikdir.
        • Cümə namazında iştirak etməmək əgər bu namaza əhəmiyyət verməməkdən qaynaqlanarsa, şəri baxımdan bəyənilmir.
        • Cümə namazında iştirak etməyən şəxs zöhr və əsr namazlarını namaz vaxtının əvvəlində qıla bilər və cümə namazının qurtarmasını gözləmək vacib deyildir.
        • Cümə günü cümə namazının qılındığı yerə yaxın bir yerdə zöhr namazının camaatla qılınmasının öz-özlüyündə maneəsi yoxdur. Çünki hazırkı dövrdə cümə namazı təxyiri-vacib əməldir. Amma nəzərə alsaq ki, bu iş möminlər arasında təfriqə yarada, yaxud cümə namazına etinasızlıq hesab oluna, yaxud da imam-cüməyə qarşı hörmətsizlik sayıla bilər, bu camaat namazını təşkil etməmək daha yaxşıdır. Əksinə, əgər bu işin hansısa bir fəsadı olarsa və ya haram bir işlə yanaşı olarsa, bu camaat namazı təşkil edilməməlidir.
         
        2. Cümə namazı zöhr namazını əvəz edir.
        Diqqət:
        • Baxmayaraq ki, cümə namazı zöhr namazını əvəz edir, amma ehtiyat ünvanında cümə namazından sonra zöhr namazını qılmağın – hətta imam-cümə cümə namazından sonra zöhr namazını qılmasa belə – maneəsi yoxdur. Əgər ehtiyata riayət edərək cümə namazından sonra zöhr namazını qılan bir şəxs əsr namazını camaatla qılmaq istəsə, kamil ehtiyat budur ki, ehtiyat ünvanında cümə namazından sonra zöhr namazını qılan bir şəxsə iqtida etsin.
        • Avropa ölkələrində və ya başqa ölkələrdə universitet tələbələrinin dini birlikləri tərəfindən təşkil olunan cümə namaz­larında namaz qılanların əksəriyyətinin, həmçinin imam-cümənin əhli-sünnə olmalarına baxmayaraq, müsəlmanların vəhdətini qorumaqdan ötrü bu cümə namazlarında iştirak etməyin maneəsi yoxdur. Bu halda da cümə namazından sonra zöhr namazını qılmaq vacib deyildir.
        • Səfərdə olan məmumun (yəni imam-camaata iqtida edən şəxsin) cümə namazı düzgündür və zöhr namazını əvəz edir.
        • Bədənin beldən aşağı hissəsi amputasiya edilən və sidiyini saxlaya bilməyən müharibə əlilləri cümə namazında iştirak edə bilərlər. Lakin onların şəri vəzifəsi dəstəmaz alan kimi yuban­madan namaz qılmaq olduğuna görə, cümə namazının xütbə­lərindən öncə aldıqları dəstəmaz pozulmadığı təqdirdə bu dəstəmazla namaz qıla bilərlər.
         
        2. Cümə namazının şərtləri
        Cümə namazının şərtləri aşağıdakılardır:
        1- Cümə namazı camaatla qılınmalıdır;
        2- Namazda iştirak edənlərin sayı ən azı beş nəfər olmalıdır – bir nəfər imam-cümə və dörd nəfər məmum olmalıdır;
        3- Camaat namazının bütün şərtləri, məsələn, cərgələrin bir-birinə birləşməsi cümə namazında da riayət olunmalıdır;
        4- Təşkil edilən iki cümə namazı arasındakı məsafə ən azı bir fərsəx[1] olmalıdır.
         
        1- Cümə namazı camaatla qılınmalıdır
        Cümə namazının düzgün olmasının şərtlərindən biri budur ki, cümə namazı camaatla qılınmalıdır. Hətta cümə namazını camaatla qılanların kənarında dayanıb furada, yəni tək halda cümə namazı qılmaq düzgün deyildir.
         
        3- Camaat namazının bütün şərtlərinə riayət olunmalıdır
        Camaat namazının bütün şərtləri, məsələn, cərgələrin bir-birinə birləşməsi cümə namazında da riayət olunmalıdır.
         
        Diqqət:
        • İmam-cümə ədalətli şəxs olmalıdır. Odur ki, əgər bir şəxs imam-cüməni ədalətli şəxs hesab etmirsə və ya onun ədalətli olmasına şəkk edirsə, ona iqtida etməsi düzgün deyildir, qıldığı cümə namazı da düzgün deyildir. Amma vəhdəti qorumaq məqsədilə cümə namazında iştirak etməyin maneəsi yoxdur. Hər bir halda – istər cümə namazında iştirak etsin, istərsə də etməsin – baş­qalarını cümə namazında iştirak etməkdən çəkindirməyə heç kimin haqqı yoxdur.
        • Əgər bir şəxs cümə namazını qılıb qurtardıqdan sonra imam-cümənin ədalətinə şəkk etsə və ya onun ədalətsizliyinə yəqin etsə, qıldığı namazlar düzgündür və onları yenidən qılmaq vacib deyildir.
        • Əgər bir şəxsin imam-cümə təyin edilməsi onun ədalətli bir şəxs olduğuna dair məmumda əminlik yaradarsa, bu, ona iqtida etməyin düzgün olması baxımından kifayət edir.
         
        4- Təşkil edilən iki cümə namazı arasındakı məsafə ən azı bir fərsəx olmalıdır
        İki cümə namazı arasındakı məsafə bir fərsəxdən az olmamalıdır. Əgər təşkil edilən iki cümə namazı arasındakı məsafə bir fərsəxdən az olsa, daha tez qılınan namaz düzgündür, digər namaz isə düzgün deyildir. Amma əgər hər ikisi eyni zamanda qılınarsa, heç biri düzgün deyildir.
         
        3. Cümə namazının vaxtı
        Cümə namazının vaxtı şəri zöhr daxil olduqda başlanır. Ehtiyat-vacibə görə, cümə namazı zöhr namazının ürfə görə əvvəl vaxtı sayılan vaxtda qılınmalı və yubadılmamalıdır.
         
        4. Cümə namazının qaydası
        1. Cümə namazı sübh namazı kimi iki rəkətdir. Bu fərqlə ki, cümə namazından qabaq imam-cümə iki xütbə (nitq) söyləməlidir.
        2. Ehtiyata görə, cümə namazının “Həmd” və “Surə”si uca səslə oxunmalıdır. Birinci rəkətdə “Həmd”dən sonra “Cümə” surəsini, ikinci rəkətdə isə “Həmd”dən sonra “Munafiqun” surəsini oxumaq müstəhəbdir. Həmçinin iki qunut tutmaq (bir qunut birinci rəkətdə rükudan qabaq, digər qunut ikinci rəkətdə rükudan sonra) müstəhəbdir.
         
        Diqqət:
        • Ehtiyata görə, cümə namazında iştirak edənlər imam-cümənin xütbələrinə qulaq asmalı və sakit dayanıb danışmamalıdırlar.
        • Əgər bir şəxs xütbələri dinləməyə yetişməsə, amma cümə namazını qılsa, onun namazı düzgündür. Hətta cümə namazının axırıncı rükusunda namaza qatılsa belə, onun namazı düzgündür.
        • İmam-cümə cümə namazının xütbələrini şəri zöhrdən qabaq söyləyə bilər.
         
        Cümə namazına aid bir neçə şəri məsələ:
        • Möminlər arasında təfriqə yaradan və onların vəhdətini pozan bir işə əsla icazə verilmir. Cümə namazı müsəlmanların vəhdətini təmin edən ibadətlərdən biri olduğuna görə bu ibadətin yerinə yetirilməsində vəhdətin qorunmasına daha çox diqqət olunmalıdır.
        • Cümə günü əsr namazını imam-cüməyə deyil, başqa bir şəxsə iqtida edib qılmağın maneəsi yoxdur.
        • Cümə namazında imam-cüməyə başqa bir vacib namazı iqtida edərək qılmağın düzgünlüyü məhəlli-işkaldır.
         
        Suallar:
        1- Cümə namazının təxyiri-vacib əməl olması nə deməkdir?
        2- Cümə namazının təşkil olunduğu məkana yaxın bir məkanda zöhr namazını camaatla qılmaq olarmı?
        3- Əgər bir şəxs cümə namazını qılıb qurtardıqdan sonra imam-cümənin ədalətinə şəkk etsə və ya onun ədalətsizliyinə yəqin etsə, qıldığı namazlar düzgündürmü? Bu namazlar yenidən qılınmalıdırmı?
        4- Bir şəxsin imam-cümə təyin olunması onun ədalətliliyinin sübuta yetməsi üçün kifayət edirmi?
        5- Xütbələri dinləməyə yetişməyib cümə namazını qılan şəxsin namazı düzgündürmü?
        6- Cümə namazının xütbələrini zöhr namazının vaxtı daxil olmamışdan öncə söyləmək olarmı?
         

        [1] Bir fərsəx təxminən 5125 metrdir.
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /