Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
        Çap versiyası  ;  PDF
         
        Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət

         

        Namazın vacib əməlləri
        Namazı təşkil edən vacib əməllər aşağıdakılardır:
        1- Niyyət; 2- Təkbirətul-ehram; 3- Qiyam; 4- Qiraət; 5- Rüku; 6- Səcdə; 7- Zikr; 8- Təşəhhüd; 9- Salam; 10- Tərtib; 11- Muvalat.
         
        Diqqət:
        • Namazın vacib əməllərindən bəzisi “rükn” sayılır. Belə ki, əgər bu əməllər namazda yerinə yetirilməsə, yaxud vacib saydan artıq yerinə yetirilsə, hətta səhv və ya unutqanlıq üzündən olsa belə, namaz düzgün deyildir. (Amma namazın qeyri-rükn olan vacib əməlləri bilərəkdən azaldılıb-çoxaldıldığı halda namaz düzgün deyildir. Səhvən olduğu halda isə namaz düzgündür.)
        • Namazın “rükn”ləri aşağıdakılardır:
        1-Niyyət; 2- Təkbirətul-ehram; 3- Qiyam (təkbirətul-ehramı deyərkən, həmçinin rükuya getməmişdən qabaq olan qiyam); 4- Rüku; 5- İki səcdə.
         
        Niyyət
        1. Niyyətin mənası və şəri hökmü
        “Niyyət” namazın vacib əməllərindəndir. “Niyyət” dedikdə, müəyyən bir namazı Allahın əmrinə itaət məqsədilə qılmaq nəzərdə tutulur.
         
        Diqqət:
        • Namazda vacib olan niyyət, elə namazı Allaha xatir qılmaq niyyətində olmaqdır. Ürəkdə və ya dildə, məsələn, “dörd rəkət zöhr namazı qılıram qürbətən iləllah” deməyə ehtiyac yoxdur.
        • İnsan hansı namazı qıldığını bilməlidir. Beləliklə, əgər insan niyyətində dörd rəkət namaz qılmağı tutsa, amma zöhr, yoxsa əsr namazı olduğunu müəyyən­ etməsə, onun namazı düzgün deyildir.
        • İnsan namazı aləmlərin Rəbbinin əmrinə itaət məqsədilə qılmalıdır. Beləliklə, əgər riyakarlıq, yəni özünü dindar kimi göstərmək məqsədilə və ya bu kimi başqa məqsədlərlə namaz qılsa, o, haram iş görmüşdür və namazı düzgün deyildir. Əgər bir şəxs namazın bəzi əməllərində riyakarlıq etsə, ehtiyat-vacibə görə, namazı yenidən qılmalıdır.
         
        2. Niyyəti döndərmək
        Aşağıdakı hallarda niyyəti döndərmək vacibdir:
        1- Niyyəti əsr namazından zöhr namazına döndərmək: Mükəlləf əsr namazının xüsusi vaxtı olmamışdan qabaq əsr namazını qılarkən zöhr namazını qılmadığını xatırladıqda, niyyəti əsr namazından zöhr namazına döndərməlidir;
        2- Niyyəti işa namazından məğrib namazına döndərmək: Mükəlləf işa namazının xüsusi vaxtı olmamışdan qabaq işa namazını qılarkən məğrib nama­zını qılmadığını xatırladıqda, niyyəti dəyişməyin yeri keçmədiyi təqdirdə, yəni dördüncü rəkətin rükusuna getməmişdən qabaq niyyəti işa namazından məğrib namazına döndərməlidir;
        3- Qəzaya gedən iki namazı qılarkən namaz­ların ardıcıllığına riayət etmək şərt olduqda (məsə­lən, zöhr və əsr namazlarının qəzasını qılarkən): Bu halda insan unutqanlıq üzündən birinci namazı qılmamış ikinci na­mazı qıldıqda, niyyə­tini birinci namaza döndərməlidir.
         
        Aşağıdakı hallarda niyyəti döndərmək müstəhəbdir:
        1- Niyyəti əda namazından vacib namazın qəzasına döndərmək (əlbəttə, əgər insanın boynunda yalnız bir qəza namazı olarsa, xüsusilə də qəza namazı həmin günə aid olduğu təqdirdə, ehtiyat-vacibə görə, niyyəti qəza namazına döndərməlidir);
        2- Niyyəti vacib namazdan müstəhəb namaza döndərmək: Camaat namazının savabını əldə etmək üçün (yəni namazı camaatla qılmaq üçün) mükəlləf qıldığı vacib namazın niyyətini müstəhəb namaza döndərir;
        3- Cümə gününün zöhründə niyyəti vacib namazdan nafilə namazına döndərmək: Belə ki, mükəlləf unudaraq “Həmd”dən sonra “Cümə” surəsinin əvəzinə başqa bir “Surə”ni yarıyadək və ya daha çox hissəsini oxuduqda, vacib namazın niyyətini nafilə namazına döndərməsi müstəhəbdir.
         
        Suallar:
        1- Namazın vacib əməllərini sadalayın.
        2- Namazın rüknləri ilə qeyri-rüknləri arasında fərq nədir?
        3- Namazın rüknləri hansılardır?
        4- Niyyəti ürəkdə və ya dildə demək vacibdirmi?
        5- Hansı hallarda namazın niyyətini döndərmək vacibdir?
        6- Hansı hallarda namazın niyyətini döndərmək müstəhəbdir?
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /