Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
        Çap versiyası  ;  PDF
         
        Qırx ikinci dərs: Rüku

         

        Rüku
        1. Rükunun mənası və şəri hökmləri
        Hər rəkətdə “qiraət”dən sonra bir rüku yerinə yetirmək vacibdir. Rüku – əlləri dizlərə qoymaq mümkün olan bir həddə əyilməkdir.
         
        Diqqət:
        • Əgər bir şəxs rüku həddində əyildikdən və bədəni hərəkətsiz olduqdan sonra qalxsa və rüku niyyətilə yenidən əyilsə, namazı pozulur. (Çünki rüku rükndür və onu artırmaq namazın pozulmasına səbəb olur.)
         
        2. Rükunun vacibatları
        Rükunun vacib əməlləri aşağıdakılardır:
        1- Əlləri dizlərə qoymaq mümkün olan bir həddə əyilmək;
        2- Zikr demək;
        3- Rükunun zikrini deyərkən bədənin hərəkətsiz olması;
        4- Rüku etdikdən sonra qalxıb ayaq üstə dayanmaq;
        5- Rükudan qalxdıqdan sonra bədənin hərəkətsiz olması.
         
        1- Əlləri dizlərə qoymaq mümkün olan bir həddə əyilmək
        1. Hər rəkətdə “qiraət”dən sonra o həddə əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun. Əgər əl barmaqlarının ucu dizlərə çatarsa, bu da kifayət edir.
        2. Ehtiyat-vacibə görə, rüku halında əllər dizlərə qoyulmalıdır.
        3. Əyilmək rüku niyyətilə olmalıdır. Beləliklə, əgər bir şəxs başqa bir iş üçün, məsələn, bir həşəratı öldürmək və ya yerdən nəyisə götürmək niyyətilə əyilsə, bunu rüku hesab edə bilməz. Əksinə, o, ayağa qalxmalı və rüku niyyətilə yenidən əyilməlidir. Bu halda “rükn” artırılmış hesab olunmur və namaz pozulmur.
        4. Əgər bir şəxs rükunu əyləşən halda yerinə yetirirsə, kifayət edir ki, o, üzü dizlərinin müqabilinə çatacaq həddə əyilsin. Əlləri dizlərə qoymaq isə lazım deyildir.
         
        2- Zikr demək
        1. Rükunun vacib zikri bir dəfə “Subhanə Rabbiyəl-əzimi və bi-həmdihi” və ya üç dəfə “Subhanəllah”dan ibarətdir. Əgər “Subhanəllah” zikrinin yerinə (səcdənin xüsusi zikrindən qeyri) başqa bir zikr, məsələn, “Əl-həmdu lilləh”, “Əllahu əkbər” və s. üç dəfə deyilərsə, kifayət edir.
        2. Əgər bir şəxs səhvən rükunun zikrinin yerinə səcdənin zikrini desə, iradı yoxdur. Həmçinin əgər bunu Mütəal Allahın ümumi zikri niyyətilə desə, iradı yoxdur, amma rükunun xüsusi zikrini də deməlidir.
         
        3- Rükunun zikrini deyərkən bədənin hərəkətsiz olması
        1. Rükunun vacib zikri deyildiyi zaman bədən hərəkətsiz olmalıdır. Hətta rüku zikri müstəhəb niyyətilə deyildiyi zaman, məsələn, “Subhanə Rabbiyəl-əzimi və bi-həmdihi” zikri və ya başqa bir zikr təkrar edildiyi zaman, ehtiyat-vacibə görə, bədən hərəkətsiz olmalıdır.
        2. Əgər rükunun vacib zikrini deyərkən bədən qeyri-ixtiyari olaraq hərəkət etsə, belə ki, vacib olan hərəkətsizlik aradan getsə, bədən hərəkətsiz vəziyyətə gəldikdən sonra vacib zikr təkrar deyilməlidir.
        3. Rükunun zikri deyilərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilən bir şəxs əgər rüku həddində əyilməmişdən və bədəni hərəkətsiz vəziyyət almamışdan qabaq bilərəkdən rükunun zikrini desə, onun namazı pozulur. Amma əgər səhvən rükunun zikrini desə, rüku həddində əyildikdən və bədəni hərəkətsiz vəziyyət aldıqdan sonra vacib zikri yenidən deməlidir.
        4. Rükunun zikri deyilərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilən bir şəxs əgər rükunun vacib zikrini tamamlamamışdan qabaq bilərəkdən rükudan qalxsa, onun namazı pozulur. Amma əgər səhvən rükudan qalxsa, rüku həddindən xaric olmamışdan qabaq səhvini başa düşdüyü təqdirdə, həmin vəziyyətdə dayanmalı və rükunun zikrini deməlidir. Rüku həddindən xaric olduğu təqdirdə isə onun namazı düzgündür.
        5. Əgər bir şəxs xəstəliklə və ya bu kimi başqa bir səbəblə əlaqədar olaraq üç dəfə “Subhanəllah” zikrini demək ölçüsündə rükuda qala bilmirsə, onun bir dəfə “Subhanəllah” deməsi kifayət edir. Əgər o, yalnız bir an rükuda qala bilirsə, ehtiyat-vacibə görə, həmin an zikri deməyə başlamalı və rükudan qalxa-qalxa zikri tamamlamalıdır.
         
        4 və 5- Rüku etdikdən sonra qalxıb ayaq üstə dayanmaq və bədənin hərəkətsiz olması
        1. zikrini dedikdən sonra qalxıb ayaq üstə dayanmaq və bədən hərəkətsiz vəziyyət aldıqdan sonra səcdəyə getmək lazımdır. Əgər bir şəxs bilərəkdən qalxıb ayaq üstə dayanmadan və ya bədən hərəkətsiz vəziyyət almadan səcdəyə gedərsə, onun namazı pozulur.
         
        3. Rükunu unutmaq
        1. Əgər bir şəxs rüku etməyi unutsa və birinci səcdəyə getməmişdən qabaq bunu xatırlasa, o, ayağa qalxıb dayanmalı və ayaq üstə dayandığı halda rükuya getməlidir. Əgər o, tam ayağa qalxmamış və əyilmiş vəziyyətdə ikən rükuya gedərsə, bu, kifayət etmir. Belə rüku ilə kifayətləndiyi təqdirdə, onun namazı düzgün deyildir. Amma əgər o, ikinci səcdəyə getdikdən sonra bunu xatırlasa, namazı pozulur. (Çünki namazın bir rüknünü yerinə yetirməmişdir və digər rüknə daxil olmuşdur.)
        2. Əgər bir şəxs ikinci səcdəyə getməmişdən qabaq (yəni birinci səcdədə ikən və ya birinci səcdədən sonra və ikinci səcdəyə daxil olmamışdan qabaq) rüku etmədiyini xatırlasa, ayağa qalxıb dayanmalı və rüku etməlidir. Rükudan sonra iki səcdəni yerinə yetirməlidir. Namaz tamamlandıqdan sonra isə artıq səcdə üçün iki səhv-səcdəsi yerinə yetirmək ehtiyat-müstəhəbdir.
         
        4. Rükunun müstəhəb əməlləri
        Rükunun müstəhəb əməllərindən bəzisi aşağıdakılardır:
        1. Rükuya getməzdən öncə ayaq üstə ikən təkbir (yəni “Əllahu əkbər”) demək;
        2. Əgər namaz qılan şəxs kişidirsə, dizlərini geriyə versin, yox əgər qadındırsa, dizlərini geriyə verməsin;
        3. Başı aşağı salmamaq və bədən səviyyəsində saxlamaq;
        4. Əlin içini dizlərin üstünə qoymaq;
        5. İki ayağın arasına baxmaq;
        6. Rükunun zikrindən qabaq və ya sonra salavat demək;
        7. Rükudan qalxıb ayaq üstə dayandıqdan və bədən hərəkətsiz vəziyyət aldıqdan sonra “Səmi`əllahu li-mən həmidəh” demək;
        8. Əgər namaz qılan şəxs qadındırsa, əllərini diz­lərindən yuxarıya qoysun.
         
        Suallar:
        1- Rükunun vacib əməlləri hansılardır?
        2- Rükuda əlləri dizlərə qoymaq vacibdirmi?
        3- Əyləşən halda namaz qılan şəxs rüku edərkən nə qədər əyilməlidir?
        4- Əgər rükunun vacib zikrini deyərkən bədən qeyri-ixtiyari hərəkət etsə və vacib olan hərəkətsizlik aradan getsə, nə etmək lazımdır?
        5- Rükunu unudan şəxs əgər ikinci səcdəni yerinə yetirməmişdən öncə rüku etmədiyini xatırlasa, nə etməlidir?
        6- Rükunun müstəhəb əməllərindən beşini sadalayın.
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /