Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
        Çap versiyası  ;  PDF
         
        Otuz beşinci dərs: Gündəlik namazlar

         

        Gündəlik namazların[1] əhəmiyyəti
        1. Hər gün beş vaxtda qılınan “gündəlik namazlar” İslam dininin çox mühüm vacib əməllərindən biridir, hətta dinin sütunu hesab olunur. Bu namazları qılmamaq və ya onlara qarşı səhlənkar yanaşmaq şəri baxımdan haramdır və cəzası vardır.
        2. Heç bir vəziyyətdə, hətta müharibə meydanında belə, namazı tərk etmək olmaz. Odur ki, əgər müharibə meydanında döyüşən döyüşçü “Fatihə” surəsini oxumağa və ya səcdə və rükunu yerinə yetirməyə qadir olmazsa, bacardığı şəkildə namazını qılmalıdır, məsələn, rüku və səcdəni işarə ilə yerinə yetirməsi kifayətdir.
         
        Gündəlik namazların sayı
        Gündəlik namazlar aşağıdakılardan ibarətdir:
        1. Sübh namazı - 2 rəkət;
        2. Zöhr namazı - 4 rəkət;
        3. Əsr namazı - 4 rəkət;
        4. Məğrib namazı - 3 rəkət;
        5. İşa namazı - 4 rəkət.
         
        Diqqət:
        • Səfərdə dördrəkətli namazlar (zöhr, əsr və işa namazları) iki rəkət qılınır. Bu barədə bir qədər irəlidə məlumat veriləcəkdir.
         
        Gündəlik namazların vaxtı
        1. Sübh namazının vaxtı
        1. Sübh namazının vaxtı “sadiq fəcr” doğandan Günəş doğanadəkdir.
        2. Sübh namazının vaxtı “kazib fəcr”in deyil, “sadiq fəcr”in[2] doğduğu vaxtdır və bunu təyin etmək mükəlləfin öhdəsindədir.
        3. “Sadiq fəcr”in doğması (yəni sübh namazının vaxtının başlanması) baxımından “aylı gecələr” ilə “qeyri-aylı gecələr”[3] arasında fərq yoxdur. Amma “aylı gecələr”də sübhün işığı ayın işığını üstələyənədək gözləmək və bu zaman sübh namazını qılmaq daha yaxşıdır.
         
        2. Zöhr namazının vaxtı
        Zöhr namazının vaxtı zöhrün əvvəlindən (yəni Günəşin səmaya qalxması nəticəsində əşyaların kölgəsi tam qısaldıqdan sonra yenidən şərq tərəfə doğru uzanmağa başladığı andan etibarən) başlanır və Günəşin qürubuna əsr namazını qılmaq ölçüsündə vaxt qaldıqda başa çatır.
         
        3. Əsr namazının vaxtı
        Əsr namazının vaxtı zöhrün əvvəlindən zöhr namazını qılmaq ölçüsündə vaxt keçdikdə başlanır və Günəş qürub etdikdə başa çatır.
         
        4. Məğrib namazının vaxtı
        Günəş qürub etdikdən sonra səmada yaranan qırmızılıq şərq tərəfdən tamamilə çəkildikdə məğrib namazının vaxtı başlanır. Gecə yarısına işa namazını qılmaq ölçüsündə vaxt qaldıqda məğrib namazının vaxtı başa çatır.
         
        Diqqət:
        • Günəşin qürubu ilə şərq tərəfdən qırmızılığın çəkilməsi arasındakı vaxt fəsillərə görə dəyişir.
         
        5. İşa namazının vaxtı
        Məğrib namazının vaxtı daxil olduqdan sonra məğrib namazını qılmaq ölçüsündə vaxt keçdikdə işa namazının vaxtı başlanır və gecə yarısı olduqda başa çatır.
         
        Diqqət:
        • (Məğrib və işa namazları baxımından) “gecə yarısı” Günəşin qürub etdiyi an ilə sübh namazının vaxtının daxil olduğu an arasındakı müddətin yarısı götürülür. Bu hesabla şəri zöhrdən təxminən 11 saat 15 dəqiqə keçdikdə məğrib və işa namazlarının vaxtı başa çatır.
         
        Suallar:
        1- Namazı bilərəkdən qılmamağın və ya namaza səhlənkar yanaşmağın hökmü nədir?
        2- “Aylı gecələr”də sübh namazını qılmaq üçün vaxt daxil olduqdan sonra on beş-iyirmi dəqiqə gözləmək lazımdırmı?
        3- Əsr namazının vaxtı günəş qürub edənədəkdir, yoxsa məğrib namazının vaxtı daxil olanadək?
        4- Günəşin qürubundan məğrib namazının vaxtı daxil olanadək zaman fasiləsi neçə dəqiqədir?
        5- İşa namazı üçün şəri “gecə yarısı” nə vaxtdır?
         

        [1] Gün ərzində beş vaxtda qılınan vacib namazlar fiqh terminilə “yovmiyyə namazlar” adlanır.
        [2] “Fəcr” sözü burada “işıq kütləsi” mənasında işlənir. Sübh vaxtı gündoğan tərəfdə iki növ işıq müşahidə olunur. Bunlardan biri “kazib fəcr”, digəri isə “sadiq fəcr” adlanır.
        “Kazib fəcr” o işıqdır ki, “sadiq fəcr” doğmamışdan bir qədər əvvəl səmada əmələ gəlir və üfüq boyunca yayılmaq əvəzinə, şaquli şəkildə və üzü yuxarıya doğru saçır. Dəqiqələr sonra üfüq xəttində zəif bir ağ işıq əmələ gəlir və üfüq boyunca yayılmağa başlayır, getdikcə də işığın şiddəti artır. Bu işıq “sadiq fəcr” adlanır.
        “Sadiq fəcr” doğarkən zəif bir işıq olduğuna görə, onu müşahidə edə bilmək üçün şərq tərəfin üfüqü tam açıq və qaranlıq olmalıdır. Şəhərlərin daxilində onu müşahidə etmək olduqca çətindir. “Sadiq fəcr”in doğduğunu dəqiqliklə müəyyən etməyin çətin olduğunu nəzərə alaraq, ehtiyata riayət etmək məqsədilə kütləvi informasiya vasitələrində azan deyilməyə başlayandan təxminən on dəqiqə sonra sübh namazı qılınsın.
        3. Burada “aylı gecələr” dedikdə, nisbətən daha işıqlı gecələr nəzərdə tutulur. Belə ki, bu gecələrdə “sadiq fəcr” doğmağa başladığı zaman ayın işığı onu görməyə mane olur. Bu gecələrdə “sadiq fəcr”i bir qədər təxirlə (ayın işığının gücündən asılı olaraq təxminən on dəqiqə sonra) müşahidə etmək mümkün olur. Odur ki, ayın 13-cü gecəsindən 17-ci gecəsinədək olan gecələrə – belə ki, bu gecələrdə Ayın dairəsi təxminən tam görünür və ayın işığı da çox olur – “aylı gecələr” deyilir. Həmçinin ayın 17-ci gecəsindən sonra ayın axırınadək Ay tədricən şərq üfüqünə (yəni fəcrin doğduğu yerə) yaxınlaşdığına görə, bu gecələrə də “aylı gecələr” deyilir və ya “aylı gecələr” hökmü bu gecələrə də şamil edilir.
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /