Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
      • 1- Məclis ixtiyarı
      • 2- Qüsur ixtiyarı
      • 3- Gecikdirmə ixtiyarı
      • 4- Şərt ixtiyarı
      • 5- Görmə ixtiyarı
      • 6- Ziyan ixtiyarı
      • 7- Şərt sövdələşməsi ixtiyarı
      • 8- Şərtə xilaf çıxma ixtiyarı
      • Müamiləni pozmaq ixtiyarının müxtəlif hökmləri
        Çap versiyası  ;  PDF
         
        Sövdələşməni pozmaq ixtiyarının müxtəlif hökmləri

         

        Sual 1572: Haqqı tələb etməyi tərk etmək, yaxud haqqı tələb etməyi gecikdirmək – məsələn, iki il gecikdirmək – şəri baxımdan haqqın aradan getməsinə səbəb olurmu?
        Cavab: Haqqı tələb etməmək, yaxud müəyyən bir müddət haqqı tələb etməmək haqqın aradan getməsinə səbəb olmur. Amma əgər haqqın öz-özlüyündə zaman məhdudiyyəti olarsa, haqq aradan gedir.

         

        Sual 1573: Bir şəxs öz mülkünü müəyyən məbləği nağd və müəyyən məbləği nisyə şəklində müəyyən bir qiymətə satdı. Nağd pulu aldıqdan və mülkü alıcıya təhvil verdikdən sonra başqa bir şəxs həmin mülkü daha yüksək qiymətə almaq istədiyini bildirdi. Satıcı birinci sövdələşməni poza və mülkü ikinci alıcıya daha yüksək qiymətə sata bilərmi?
        Cavab: Sövdələşmə düzgün şəkildə baş tutduqdan sonra sövdələşmə əqdinə vəfa etmək satıcıya vacibdir. Əgər şəri baxımdan sövdələşməni pozmaq ixtiyarı yoxdursa, sövdələşməni poza və satılan malı başqa bir şəxsə sata bilməz.

         

        Sual 1574: Mən bir torpaq sahəsini başqa bir şəxsə satdım və şərtimiz bu oldu ki, onun pulunu dörd il ərzində ödəyəcəkdir. Amma elə sövdələşmə zamanı torpaq sahəsini satdığıma peşman oldum və bir il ötdükdən sonra alıcıdan onu geri qaytarmasını istədim. Amma o, torpaq sahəsini geri qaytarmaqdan imtina etdi. Bu sövdələşmədən dönmək üçün bir yol mövcuddurmu?
        Cavab: Sövdələşmə baş tutduqdan sonra peşman olmağın şəri baxımdan heç bir etibarı yoxdur. Buna görə də, sövdələşmə düzgün şəkildə baş tutduqdan sonra sövdələşmə əqdi satılan malın alıcının ixtiyarına keçməsi barəsində qüvvədədir və satıcının onun geri almaq haqqı yoxdur. Amma əgər sövdələşməni pozmaq ixtiyarı yaradan səbəblərdən biri mövcud olduğuna görə sövdələşməni pozmaq ixtiyarı olarsa, bu halda sövdələşməni poza bilər.

         

        Sual 1575: Bir şəxs rəsmi sənədi olan torpaq sahəsini adi sənədlə və sövdələşməni pozmaq ixtiyarları ortadan qaldırılaraq satmışdır. Amma rəsmi sənəd onun adına olduğuna görə sui-istifadə edərək həmin torpaq sahəsini başqa bir şəxsə yenidən satmışdır. Onun ikinci sövdələşməsi düzgündürmü?
        Cavab: Torpaq sahəsinin satışı düzgün şəkildə baş tutduqdan və sövdələşməni pozmaq ixtiyarları ortadan qaldırıldıqdan sonra satıcının həmin torpaq sahəsini başqa bir şəxsə yenidən satmaq haqqı yoxdur. Onun bu sövdələşməsi füzulidir və sövdələşmənin düzgünlüyü birinci alıcının icazəsinə bağlıdır.

         

        Sual 1576: Bir şəxs sement zavodundan müəyyən miqdarda sement almışdır, bu şərtlə ki, onu tədricən və bir neçə dəfəyə təhvil alacaqdır. Sementin pulunu isə tam ödəmişdir. Alıcı sementin bir hissəsini zavoddan təhvil aldıqdan sonra bazarda sementin qiyməti bir xeyli qalxdı. Zavod bu şəxslə etdiyi sövdələşməni poza və sementin qalan hissəsini alıcıya təhvil verməkdən imtina edə bilərmi?
        Cavab: Sövdələşmə şəri baxımdan düzgün şəkildə baş tutduqdan sonra – istər nağd şəkildə olsun, istər nisyə şəklində olsun, istərsə də sələf sövdələşməsi[1] şəklində - sövdələşməni pozmaq üçün satıcının şəri ixtiyarlarından heç biri mövcud olmadığı təqdirdə, sövdələşməni birtərəfli pozmağa haqqı yoxdur.

         

        Sual 1577: Mən bir evi adi sövdələşmə sənədi ilə aldım, bu şərtlə ki, evin pulunun bir hissəsini nağd şəkildə, qalanını isə müəyyən edilən vaxtadək ödəyəcəyəm, habelə, evin sənədi üç ay ərzində rəsmi şəkildə mənim adıma keçəcəkdir. Amma mən pulun qalan hissəsini müəyyən edilən vaxtda satıcıya verə bilmədim və o da heç bir etiraz bildirmədi. Beləcə, dörd aydan sonra mən pulun qalanını ödəmək və evi təhvil almaq üçün satıcıya müraciət etdim. Amma o, evi mənə təhvil verməkdən imtina etdi və ödəniş üçün müəyyən edilən vaxt tamamlandıqdan sonra sövdələşməni pozduğunu iddia etdi. Nəzərə alsaq ki, sövdələşməni pozduqdan sonra məndən aldığı pulu geri qaytarmamışdır və evi də bu müddət ərzində icarəyə verib icarə pulu almışdır, mən müəyyən edilən vaxtda pulu ödəmədiyimə görə onun sövdələşməni pozmağa haqqı vardırmı?
        Cavab: Ödəniş üçün müəyyən edilən vaxtda evin pulunun bir hissəsini satıcıya ödəməmək satıcı üçün sövdələşməni pozmaq haqqının yaranmasına səbəb olmur. Buna görə də, əgər ev şəri baxımdan düzgün şəkildə alınıbsa, amma satıcının istifadəsində qalıbsa və sövdələşməni pozmaq ixtiyarı olmadığı bir halda satıcı evi icarəyə veribdirsə, onun icarə əqdi füzulidir və əqdin düzgünlüyü alıcının icazəsinə bağlıdır. Satıcı evi alıcıya təhvil verməkdən əlavə, icarəçidən icarə haqqı ünvanında aldığı pulu alıcıya təhvil verməlidir. Amma əgər alıcı icarə əqdinə icazə verməzsə, bu halda alıcı həmin müddətdə o evdən istifadənin “ücrətül-misl”ini[2] tələb edə bilər.

         

        Sual 1578: Satıcı üçün sövdələşməni pozmaq ixtiyarı yaranmadığı bir halda onun sövdələşməni pozmaq haqqı vardırmı? Sövdələşmə baş tutduqdan sonra satıcı satılan malın qiymətini artıra bilərmi?
        Cavab: Sözügedən işlərin heç birini görmək haqqı yoxdur.

         

        Sual 1579: Bir şəxs başqa bir şəxsdən ev almışdır və o şəxs də bu evi evlər idarəsindən almışdır. Sövdələşmə tamamlandıqdan və satıcı evin pulunu alıcıdan aldıqdan sonra evlər idarəsi bildirir ki, idarəyə ödədiyi puldan əlavə alıcı müəyyən məbləğ də ödəməlidir. Alıcı satıcını bu məsələdən xəbərdar edir və idarənin tələb etdiyi əlavə məbləği ödəməsini satıcıdan istəyir. Əks təqdirdə, sövdələşməni pozacağını və verdiyi pulu geri alacağını bildirir. Amma satıcı idarənin tələb etdiyi əlavə məbləği ödəməkdən imtina edir, nəticədə, idarə həmin evi başqa bir şəxsə satmağı qərara alır. Bu halda alıcı verdiyi pulu geri almaqdan ötrü kimə müraciət etməlidir? Sözügedən idarəyə, yoxsa satıcıya, yoxsa evi alan ikinci alıcıya?
        Cavab: Əgər şərt nəticəsində və ya başqa bir səbəbə görə sövdələşmə pozularsa, alıcı pulu satıcıdan tələb etməlidir.

         

        Sual 1580: Bir şəxs bir heyvan alır, sonra onu bazara aparır. Məqsədi də bu olur ki, əgər həmin heyvan üçün müştəri çıxarsa, onu satsın, əks təqdirdə sövdələşməni pozsun. Bu məqsədi onun üçün sövdələşməni pozmaq haqqı yaradırmı?
        Cavab: Sualda deyilənlərə əsasən, satılan mal heyvan olduğuna görə sövdələşmə günündən etibarən üç gün ərzində sövdələşməni pozmaq ixtiyarı vardır.

         

        Sual 1581: Bir neçə şəxs bir mülkü bir şəxsdən aldılar və pulun bir hissəsini bir neçə dəfəyə ona ödədilər. Pulun qalan hissəsini ödəmələri üçün mülkün rəsmi sənədinin onların adına keçməsini şərt kəsdilər. Amma satıcı bu işi görməkdə səhlənkarlıq etmiş və mülkün rəsmi sənədini onların adına keçirməkdən imtina etmiş, sövdələşməni pozduğunu elan etmişdir. Satıcı sövdələşməyə əməl etməlidirmi? Yoxsa onun tərəfindən sövdələşmənin pozulması düzgün hesab olunur?
        Cavab: Satıcı üçün sövdələşməni pozmaq ixtiyarını yaradan səbəblər, o cümlədən, şərt, ziyana düşmə və bu kimi səbəblər mövcud olmadığı təqdirdə onun tərəfindən sövdələşmənin pozulması düzgün deyildir. O, sövdələşməyə əməl etməlidir və mülkün rəsmi sənədini alıcıların adına keçirmək şəri baxımdan ona vacibdir.

         

        Sual 1582: Bir şəxs başqa bir şəxsdən bir mal almış və pulun bir hissəsini ödədikdən sonra həmin malı bir qədər artıq qiymətə başqa bir şəxsə satmışdır. Amma ikinci alıcı maldan istifadə etdikdən sonra satıcının bu malın satışından gəlir əldə etdiyini bilib, malı aldığına peşman olduğunu bildirmişdir. O, buna görə sövdələşməni poza bilərmi?
        Cavab: Əgər ikinci alıcı üçün sövdələşməni pozmaq ixtiyarlarından biri mövcud olarsa, sövdələşməni poza bilər. Əks təqdirdə, sövdələşməni poza bilməz.
         

        [1] Sələf müamiləsi – yəni malın pulu öncədən verilir, amma mal sonradan təhvil alınır.
        [2] Ücrətül-misl – yəni ürfün nəzərində bir iş üçün və ya bir şeyi icarəyə götürmək üçün ödənilən ücrət miqdarı.
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /