Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
      Çap versiyası  ;  PDF
       
      Ticarətin müxtəlif məsələləri

       

      Sual 1609: Bəzi istehsal müəssisələri başqa müəssisələrin istehsalı olan avadanlıq hissələrini quraşdıraraq avadanlıqlar düzəldir və bunları tanınmış xarici ölkələrin məhsulu adı ilə bazara satışa çıxarırlar. Bu iş “ğəşş”[1] və “tədlis”[2] hesab olunurmu? Əgər belədirsə, alıcı məsələdən xəbərdar olmadığı təqdirdə bu avadanlıqların sövdələşməsi düzgün hesab olunurmu, yoxsa yox?
      Cavab: Əgər alıcı sözügedən avadanlığa baxdıqda onun, yaxud onun hissələrinin daxili və ya xarici istehsal olduğunu ayırd edə bilirsə, bu hissələri quraşdıraraq avadanlıqların düzəldilməsinə “təqəllüb” (saxtakarlıq, hiylə işlətmək) və “tədlis” deyilmir. Amma onlar barəsində həqiqətə zidd məlumat vermək yalan hesab olunur və haramdır. Əgər sözügedən avadanlıq həqiqətə zidd olan xüsusiyyətlərlə təqdim olunsa və sövdələşmə bunun əsasında baş tutarsa, sövdələşmə düzgündür, amma alıcı həqiqəti bildikdən sonra sövdələşməni pozmaq ixtiyarı vardır.

       

      Sual 1610: İstehsal müəssisələrinin və ya mağazaların sahibləri öz müəssisə və mağazalarının lövhəsində xarici dildə yazılar yazdıra bilərlərmi? Yaxud alıcıların diqqətini çəkməkdən ötrü uşaq geyimlərinin üstündə xarici yazılar və şəkillər çap etdirə bilərlərmi?
      Cavab: Əgər alıcını aldatmaq məqsədi daşımazsa, həmçinin yad mədəniyyəti yaymaq hesab olunmazsa, maneəsi yoxdur. Amma İslam hökumətinin qanunlarına riayət etmək lazımdır.

       

      Sual 1611: Daha çox maddi və ya elmi mənfəət əldə etmək üçün qeyri-müsəlmanlarla sövdələşmədə (onlar başa düşmədən) saxtakarlıq etmək, yalan danışmaq və aldatmağın hökmü nədir?
      Cavab: Sövdələşmədə yalan danışmağa, aldatmağa və saxtakarlıq etməyə icazə verilmir, hətta qarşı tərəf qeyri-müsəlman olsa belə.

       

      Sual 1612: Malın satışından hansı miqdarda qazanc götürməyə icazə verilir?
      Cavab: Qazanc götürməyin müəyyən bir miqdarı yoxdur. Buna görə də, camaata sıxıntı yaratmaq həddində olmayan, həmçinin dövlətin qanunlarına zidd olmayan bir miqdarda qazanc götürməyin maneəsi yoxdur. Amma daha yaxşı olar ki, hətta müstəhəbdir ki, satıcı onun xərclərini təmin edəcək miqdarda qazanc götürməklə kifayətlənsin.

       

      Sual 1613: Bir şəxs öz mülkiyyətində olan suyu müxtəlif şəxslərə müxtəlif qiymətlərə satmışdır. Məsələn, suyun bir hissəsini bir şəxsə on min tümənə, həmin miqdarda olan başqa bir hissəsini isə başqa bir şəxsə on beş min tümənə satmışdır. Nəzərə alsaq ki, bu suların hamısı eyni suvarma kanalından və ya eyni quyudandır, qiymət fərqinə görə bizim etiraz etmək haqqımız vardırmı?
      Cavab: Əgər satıcı suyun sahibidirsə və ya şəri baxımdan suyun üzərində haqq sahibidirsə, qiymət fərqinə görə başqalarının ona etiraz etməyə haqqı yoxdur.

       

      Sual 1614: Əgər hansısa bir malı kooperativləşdirilmiş şirkətdən dövlət qiymətinə, yəni azad bazardakı qiymətindən aşağı qiymətə alsam, bu malı azad bazarda onun alış qiymətindən artıq qiymətə, hətta üç dəfə artıq qiymətə sata bilərəmmi?
      Cavab: Əgər bu malı azad bazarda satmaq dövlət tərəfindən qadağan edilməyibsə və qiymət alıcıya zülm və təcavüzkarlıq həddində artırılmazsa, onu azad bazarda satmağın maneəsi yoxdur.

       

      Sual 1615: Mən elektron cihazların istehsalçısıyam. İstehsal etdiyim cihazları istədiyim və təklif-tələb bazarının da qəbul etdiyi qiymətə sata bilərəmmi?
      Cavab: Dövlət tərəfindən qiymət təyin edilməyən hər hansı bir məhsulu satıcı ilə alıcı arasında razılaşdırılan və alıcıya zülm və təcavüzkarlıq hesab olunmayan bir qiymətə satmağın maneəsi yoxdur.

       

      Sual 1616: İslamın baxışında sərmayədarlığın (varlanmağın) hökmü nədir və onun hüdudları hansılardır? Yoxsulların haqqını verən bir şəxsin çox varlanması mümkün bir işdirmi? İslam dininin sərmayədarlıqla mübarizəsi yalnız xüms və zəkatını verməyən şəxslərə şamil olurmu, yoxsa xüms və zəkatını verən müsəlmanlara da şamil olur? Əmlakının şəri haqlarını ödəyən şəxsin çox varlanması mümkün bir işdirmi?
      Cavab: Varlıların əmlakına şamil olan şəri əmlak haqları xüms və zəkat ilə məhdudlaşmır. İslam dini varlanmağın əleyhinə deyildir, bu şərtlə ki, var-dövlət şəri və halal yollarla əldə edilməli, şəxs də onun əmlakına aid olan bütün haqları ödəməlidir. Habelə, öz əmlakını şəri baxımdan halal olan, İslam və müsəlmanların xeyrinə olan yerlərə sərf etməlidir. Bu məsələlərə riayət edərək var-dövlətə sahiblənmənin iradı yoxdur.

       

      Sual 1617: Biz tərəflərdə bu hala çox rast gəlinir ki, bir şəxs başqa bir şəxsə onun üçün maşın almasını tapşırır və ikinci şəxs də maşını - məsələn – bir milyon tümənə alır. Amma birinci şəxsə maşını bir milyon yüz min tümənə aldığını deyir və həmin artıq məbləği maşını almaq üçün çəkdiyi zəhmətin haqqı olaraq nəzərdə tutur. Bu sövdələşmə düzgündürmü?
      Cavab: Əgər ikinci şəxs maşın almaqda birinci şəxs tərəfindən vəkil olarsa, bu halda maşın satış qiymətinə vəkil tutan şəxs üçün alınmışdır və vəkilin onu vəkil tutan şəxsdən artıq məbləğ tələb etməyə haqqı yoxdur. Əlbəttə, o, vəkilliyə görə zəhmət haqqı tələb edə bilər. Amma əgər maşını özü üçün alarsa, sonra bu maşını ona maşın almağı tapşıran şəxsə satarsa, razılaşdıqları qiymətə onu sata bilər. Eyni halda, maşının qiyməti barəsində yalan danışa bilməz, baxmayaraq ki, yalan danışmaq sövdələşmənin pozulmasına səbəb olmur.

       

      Sual 1618: Qardaşlardan bəziləri maşın təmiri yerində işləyirlər. Bəzən maşın tacirləri onlara müraciət edir və az xərcləri çıxsın deyə maşını səthi təmir etmələrini onlardan istəyirlər. Onlar belə düşünürlər ki, maşını alıcıya satmaq üçün onun üzdən qüsursuz olması kifayət edir. Maşın təmirçiləri bu işi görə bilərlərmi?
      Cavab: Əgər bu iş “tədlis” ilə nəticələnərsə və təmirçi maşın sahibinin həqiqəti alıcıdan gizlədəcəyini bilərsə, təmirçinin bu işi görməsinə icazə verilmir.
       

      [1] Ğəşş – yəni malın keyfiyyətli olduğuna və ya miqdarca çox olduğuna inandırmaqla başqalarını aldatmaq.
      [2] Tədlis – yəni (izdivacda və ya mal alğı-satqısında) qüsuru gizlətmək, yaxud bir şeyi olduğu kimi deyil, daha yaxşı göstərmək.
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /