Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
      Çap versiyası  ;  PDF

       

       
      Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər

       

      Sual 1532: Bir şəxs öz bağını başqa bir şəxsə bu şərtlə satmışdır ki, həyatda olduğu müddətdə bağın mənfəəti ona aid olacaqdır. Bu sövdələşmə sözükeçən şərt ilə düzgündürmü?
      Cavab: Maldan müəyyən bir müddətədək mənfəət götürülməməsi şərti ilə malı satmağın maneəsi yoxdur. Bu şərtlə ki, şəriət və ürf baxımından həmin şey “mal” hesab olunmalı və ondan mənfəət götürmək - hətta ondan mənfəət götürülməməsinə dair razılaşmanın müddəti başa çatdıqdan sonra - mümkün olmalıdır. Amma əgər maldan qeyri-müəyyən bir müddətədək mənfəət götürülməməsi şərt qoyularsa və bu şərt malın qiymətinin (ثَمَن), habelə, qiyməti danışılan malın (مُثْمَن) məlum olmaması ilə nəticələnərsə, sövdələşmə “ğərər”[1] səbəbilə düzgün deyildir və pozulmuşdur.

       

      Sual 1533: Əgər sövdələşmə əqdi əsnasında satıcı qarşısında şərt qoyulsa ki, müəyyən edilən vaxtda malın təhvil verilməsi gecikdirildiyi təqdirdə alıcıya müəyyən məbləğ pul ödəcəyəcəkdir, bu şərtə əməl etmək şəri baxımdan satıcının öhdəsindədirmi, yoxsa yox?
      Cavab: Sözükeçən şərtin qoyulmasının maneəsi yoxdur və satılan malın təhvil verilməsi gecikdirildiyi təqdirdə bu şərtə əməl etmək satıcıya vacibdir. Alıcı da bu şərtə əməl olunmasını tələb edə bilər.

       

      Sual 1534: Bir şəxs öz ticarət mağazasını başqa bir şəxsə bu şərtlə satmışdır ki, mağazanın damı onun mülkü olaraq qalacaqdır və onun üstündə başqa bir mərtəbəni də tikmək haqqı vardır. Belə bir şərt qoyulduğu bir halda, həmçinin bu şərtin qoyulmadığı təqdirdə satıcının mağazanı satmayacağını alıcının bildiyi bir halda, alıcının mağazanın damı ilə əlaqədar bir haqqı vardırmı, yoxsa yoxdur?
      Cavab: Əgər mağazanın damı sövdələşməyə daxil edilməmişdirsə, alıcının mağazanın damı ilə əlaqədar heç bir haqqı yoxdur.

       

      Sual 1535: Bir şəxs tikintisi başa çatmayan bir evi bu şərtlə almışdır ki, satıcı evi alıcının adına rəsmi qeydiyyata salmaq müqabilində alıcıdan pul tələb etməyəcəkdir. Amma indi satıcı evi alıcının adına rəsmi qeydiyyata salmaq müqabilində alıcıdan müəyyən məbləğ pul tələb edir. Satıcınn belə bir haqqı vardırmı? Bu pulu ödəmək alıcıya vacibdirmi?
      Cavab: Satıcı alğı-satqı zamanı boynuna götürdüyü öhdəliyə əməl etməli, satılan malı alıcıya təhvil verməli və evi alıcının adına rəsmi qeydiyyata salmalıdır. Əqd hansı şərtlər əsasında bağlanıbdırsa, satıcının bundan artığını tələb etməyə haqqı yoxdur.  Amma əgər alıcının istəyi ilə satıcı ürfə görə xərci olan bir işi yerinə yetirərsə və bu iş əqddə razılıq əldə edilən işlərdən əlavə bir iş olarsa, bu halda satıcının artıq məbləğ tələb etməyə haqqı vardır.

       

      Sual 1536: Bir torpaq sahəsi müəyyən bir qiymətə satılmışdır və pulun hamısı satıcıya ödənilmişdir. Sövdələşmə əqdi əsnasında müəyyən edilmişdir ki, torpaq sahəsini alıcının adına rəsmi qeydiyyata salması müqabilində alıcı satıcıya müəyyən məbləğ pul ödəyəcəkdir. Bu şərtlərin hamısı adi bir sənəddə yazılmışdır. Amma indi satıcı torpaq sahəsinin sənədini alıcıya təhvil vermək müqabilində həmin adi sənəddə yazılan məbləğdən daha artıq məbləğ pul tələb edir. Onun belə bir haqqı vardırmı?
      Cavab: Alğı-satqı şəri baxımdan düzgün şəkildə baş tutduqdan sonra satıcı sövdələşmə əqdinə və sövdələşmə əqdi əsnasında alıcının xeyrinə öhdəsinə götürdüyü bütün şərtlərə əməl etməlidir. Alıcının öhdəsinə götürdüyü məbləğdən artığını alıcıdan tələb etməyə onun haqqı yoxdur.

       

      Sual 1537: Əgər alıcı və satıcı sövdələşmə müqaviləsinin tənzimlənməsi əsnasında sövdələşməni pozmaq haqları olmadığını öhdələrinə götürsələr - belə ki, əgər müqavilə imzalandıqdan sonra alıcı sövdələşməni yerinə yetirmək fikrindən dönərsə, satıcıya verdiyi behi tələb etməyə haqqı yoxdur, həmçinin əgər müqavilə imzalandıqdan sonra satıcı sövdələşməni yerinə yetirmək fikrindən dönərsə, sözügedən behi alıcıya geri qaytarmaqdan əlavə xəsarət ünvanında ona müəyyən məbləğ pul da verməlidir - bu təqdirdə onlar tərəfindən sözükeçən şəkildə “ixtiyar”[2] və “iqalə”[3] şərtinin qoyulması düzgündürmü?  Bu yol ilə əldə edilən mal onlara halaldırmı?
      Cavab: Sözükeçən şərt, “ixtiyar” və ya “iqalə” deyildir. Əksinə, sövdələşməni yerinə yetirmək fikrindən döndükdə müəyyən məbləğ pulun ödənilməsi şərtidir. Bu kimi şərtlər sövdələşmə əqdinin əsnasında qeyd edilməyənədək, sövdələşmə müqaviləsinin tənzimlənməsi və imzalanması əsnasında onların vurğulanması və qeyd edilməsinin heç bir etibarı yoxdur. Amma sövdələşmə əqdi əsnasında qeyd edildikdə, yaxud əqd bu şərtlərin əsasında bağlandıqda, bu şərtlər düzgündür və onlara əməl etmək vacibdir. Bu yolla əldə edilən malı götürməyin maneəsi yoxdur.

       

      Sual 1538: Bəzi vaxtlar sövdələşmə müqavilələrində bu cümlə yazılır: “Əgər tərəflərdən biri sövdələşməni pozarsa, qarşı tərəfə xəsarət ünvanında müəyyən məbləğ pul ödəməlidir.” Sualım budur: 1) Bu cümlə “ixtiyar şərti” hesab olunurmu? 2) Bu kimi şərtlər düzgündürmü? 3) Əgər şərt düzgün deyildirsə, sövdələşmə əqdi də düzgün deyildir və pozulmuşdur?
      Cavab: Bu şərt, ixtiyar şərti hesab olunmur, əksinə, sövdələşməni başa çatdırmaq fikrindən döndükdə müəyyən məbləğin ödənilməsi şərtidir. Əgər bu şərt “lazım əqd”in əsnasında olarsa və ya əqd bu şərtin əsasında bağlanarsa, maneəsi yoxdur. Amma satılan malın qiyməti üzərində təsir qoyan bu kimi şərtlər üçün müəyyən müddət qeyd olunmalıdır, əks təqdirdə şərt düzgün deyildir.
       

      [1] Ğərər - yəni malın xüsusiyyətlərinin məlum olmaması.
      [2] İxtiyar- müamiləni pozmaq haqqı.
      [3] İqalə - tərəflərin razılığı ilə “lazım əqd”i pozmaq.
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /