Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
      • 1- Məclis ixtiyarı
      • 2- Qüsur ixtiyarı
      • 3- Gecikdirmə ixtiyarı
      • 4- Şərt ixtiyarı
      • 5- Görmə ixtiyarı
      • 6- Ziyan ixtiyarı
        Çap versiyası  ;  PDF
         
        6- Ziyan ixtiyarı:

         

        Sual 1558: Əgər alıcı aldığı malın pulunu müəyyən edilən vaxtda ödəməyib gecikdirərsə və malın qiyməti satış günü ilə müqayisədə bahalaşarsa, bu, satıcı üçün “ziyana düşmə səbəbilə sövdələşməni pozmaq ixtiyarı”nın yaranmasına səbəb olurmu? Yoxsa malın pulu müəyyən edilən vaxtda ödənilmədiyi və gecikdirildiyinə görə satıcı üçün “gecikdirmə səbəbilə sövdələşməni pozmaq ixtiyarı”nın yaranmasına səbəb olur?
        Cavab: Ziyana düşmə səbəbilə sövdələşməni pozmaq ixtiyarının yaranması meyarı, sövdələşmə zamanı malın ədalətli qiymətində ziyana düşməkdir. Məsələn, satıcı hansısa bir malı ürfdə güzəşt edilməyəcək həddə aşağı qiymətə satmışdır. Amma sövdələşmə baş tutduqdan sonra malın qiymətinin artması, ziyana düşmə səbəbilə sövdələşməni pozmaq ixtiyarının yaranmasına meyar deyildir. Eləcə də, malın pulunun ödənişinin gecikdirilməsi, satıcı üçün “gecikdirmə səbəbilə sövdələşməni pozmaq ixtiyarı”nın yaranmasına səbəb olmur.

         

        Sual 1559: Mən bir torpaq sahəsini müəyyən məbləğə satdım. Amma bir şəxs mənə dedi ki, bu sövdələşmədə sən ziyan etmisən. Onun bu sözü ilə mənim üçün “ziyana düşmə səbəbilə sövdələşməni pozmaq ixtiyarı” yaranırmı?
        Cavab: Torpaqların qiymətindən məlumatsız olub, öz torpaq sahənizi satış gününün məzənnəsindən güzəşt edilməyəcək həddə aşağı qiymətə satdığınız sübut olunmayanadək, sizin üçün “ziyana düşmə səbəbilə sövdələşməni pozmaq ixtiyarı” yaranmır.

         

        Sual 1560: Bir şəxs bir torpaq sahəsini müəyyən kvadrat metr sahəsi olan yer ünvanında satmış, amma sonra məlum olmuşdur ki, satılan torpağın həqiqi sahəsi bu şəxsin satıb pulunu aldığı sahədən çox imiş. Bu şəxsin torpağın artıq olan hissəsinin pulunu tələb etmək haqqı vardırmı?
        Cavab: Əgər bu torpaq sahəsinin müəyyən kvadrat metr sahəsi olduğunu düşünüb onu bütövlükdə müəyyən qiymətə satıbsa, amma sonra onun sahəsinin çox olduğu məlum olubsa və nəticədə, bu torpaq sahəsinin qiyməti satdığı qiymətdən çoxdursa, ziyana düşmə səbəbilə sövdələşməni pozmaq ixtiyarı yarandığına görə, onun sövdələşməni pozmaq haqqı vardır. Amma əgər torpaq sahəsinin hər kvadrat metrini müəyyən qiymətə satıbdırsa, artıq olan bir neçə kvadrat metr sahənin pulunu tələb edə bilər.

         

        Sual 1561: Əgər iki şəxs bu şərtlə sövdələşmə etsələr ki, alıcının sövdələşmədə ziyana düşüb-düşmədiyinin məlum olması üçün alınan malın pulunu bir müddət ödəməyəcəkdir, bu sövdələşmə şəri baxımdan düzgündürmü? Əgər düzgündürsə, alıcının sövdələşməni pozmaq haqqı vardırmı?
        Cavab: Malın pulunun ödənişini müəyyən müddətədək gecikdirmək şərtilə sövdələşmə etməyin - hətta məqsəd, alıcının bu sövdələşmədə ziyana düşüb-düşmədiyinin məlum olması olsa belə - maneəsi yoxdur. Amma alıcının ziyana düşdüyü sübuta yetməyənədək sövdələşməni pozmaq haqqı yoxdur.

         

        Sual 1562: Əgər sövdələşmədə ziyana düşən tərəf qeyri-müsəlman olarsa, bu sövdələşmənin hökmü nədir?
        Cavab: Ziyana düşmək səbəbilə sövdələşməni pozmaq ixtiyarının yaranması baxımından müsəlman və qeyri-müsəlman arasında fərq yoxdur.

         

        Sual 1563: Mən bir evi bir şəxsə satdım. Bu şəxs evin pulunu mənə verdikdən və evi məndən təhvil aldıqdan sonra ziyana düşdüyünü və sövdələşməni pozduğunu elan etdi. Amma həmin vaxtdan etibarən müxtəlif səbəblərə görə evi boşaltmaqdan və mənə verdiyi pulu geri almaqdan boyun qaçırmışdır. İki il keçdikdən sonra isə iddia edir ki, mən sövdələşməni evin yarısı barəsində pozmuşam. İndi də məndən evin pulunun yarısını tələb edir. Nəzərə alsaq ki, o, sövdələşmədə ziyana düşdüyünü iddia etmiş və buna görə sövdələşməni pozmuşdur, şəri baxımdan evin yarısına sahib olduğunu iddia edə bilərmi?
        Cavab: Alıcının ziyana düşdüyü sübuta yetdiyi təqdirdə, alınan malın hamısı barəsində sövdələşməni pozmaq və verdiyi pulun geri qaytarılmasını tələb etmək haqqı vardır. Alınan malın yalnız bir hissəsi barəsində sövdələşməni pozmaq, yaxud verdiyi puldan artıq məbləğdə pul tələb etmək haqqı yoxdur.

         

        Sual 1564: İki şəxs sövdələşmə etmiş və bu sövdələşmə üçün adi bir sənəd tənzimləmişlər. Sövdələşmə əqdi əsnasında belə bir şərt qeyd etmişlər ki, əgər onlardan biri sövdələşmədən peşman olarsa, qarşı tərəfə müəyyən məbləğ pul verməlidir. Əgər tərəflərdən biri ziyan etdiyinə görə sövdələşmədən peşman olarsa, onun sövdələşməni pozmaq haqqı vardırmı? Əgər o, ziyana düşdüyünə görə sövdələşməni pozarsa, sözükeçən şərtə əməl etməlidirmi?
        Cavab: Sövdələşməni başa çatdırmaqdan imtina edən tərəfin qarşı tərəfə müəyyən məbləğ pul verəcəyi şərti əgər sövdələşmə əqdi əsnasında qeyd edilərsə, yaxud əqd bu şərt əsasında bağlanarsa, bu şərt öz-özlüyündə düzgündür və ona əməl etmək vacibdir. Amma bu, ziyana düşmə səbəbilə sövdələşməni pozmaq ixtiyarının yarandığı hallara şamil olmur.

         

        Sual 1565: Evi aldıqdan bir həftə sonra sövdələşmədə ziyana düşdüyüm məlum oldu. Buna görə də, sövdələşməni pozmaq üçün satıcıya müraciət etdim. Amma o, sövdələşməni pozmağa və mənim pulumu geri qaytarmağa razı olmadı, nəticədə, ev mənim ixtiyarımda və istifadəmdə qaldı. Bundan sonra evin qiyməti bahalaşdı, satıcı da sövdələşməni pozmağı və evi boşaltmağımı istədi. Mən isə onun istəyini qəbul etməkdən imtina etdim və ona verdiyim puldan artıq məbləğdə pul verəcəyi təqdirdə sövdələşməni pozmağa razılaşacağımı bildirdim. Amma o, artıq pul verməkdən imtina etdi. Sualım budur ki, ziyan etdiyim sübuta yetdikdən sonra sövdələşməni pozmaq üçün satıcıya müraciət etməyim, yaxud ona verdiyim puldan artıq məbləğdə pul verəcəyi təqdirdə sövdələşməni pozacağımı qəbul etməyim, sövdələşməni pozmaq hesab olunurmu, yoxsa yox?
        Cavab: Sövdələşməni pozmaq ixtiyarına malik olan tərəfin sövdələşməni pozmağa razılaşması üçün digər tərəfə müraciət etməsi, yaxud verdiyi puldan artıq məbləğdə pul alacağı təqdirdə aldığı malı satıcıya qaytaracağına razılaşması, sövdələşməni pozmaq hesab olunmur. Amma sövdələşməni pozmaq ixtiyarına malik olan tərəfin sövdələşməni poza bilməsi qarşı tərəfin razılığına və aldığı malı satıcıya qaytarmasına bağlı deyildir, buna görə də, əgər siz ziyana düşdüyünüzü bildikdən sonra sövdələşməni həqiqətən pozmusunuzsa, bu, şəri baxımdan düzgündür. Sövdələşməni pozduqdan sonra isə sözügedən evin sahibi deyilsiniz və siz ondan isitfadə etməməli, onu sahibinə təhvil verməlisiniz.
      • 7- Şərt sövdələşməsi ixtiyarı
      • 8- Şərtə xilaf çıxma ixtiyarı
      • Müamiləni pozmaq ixtiyarının müxtəlif hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /