Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
      Çap versiyası  ;  PDF
       
      Ayət namazı

       

      Sual 711: Ayət namazı nədir və onun vacib olmasının şəri səbəbləri hansılardır?
      Cavab: Ayət namazı iki rəkətdir və hər rəkətində beş rüku və iki səcdə vardır. Ayət namazının vacib olmasının şəri səbəbləri bunlardan ibarətdir:
      - Günəşin və Ayın tutulması, hətta onların az bir hissəsi tutulsa belə;
      - zəlzələ;
      - camaatın əksəriyyətinin qorxmasına səbəb olan qeyri-adi təbiət hadisəsi, məsələn, qeyri-adi qırmızı, qara və sarı küləklər, qatı zülmətin çökməsi, yerin çökməsi və dağın uçulması, göy gurultusu, bəzən səmada müşahidə olunan ildırım və şimşək.
      Günəş və Ayın tutulmasından, zəlzələdən qeyri hadisələr camaatın əksəriyyətinin qorxmasına səbəb olmalıdır. Qorxu yaratmayan və ya az sayda insanın qorxmasına səbəb olan təbiət hadisəsi əsas götürülmür.

       

      Sual 712: Ayət namazı necə qılınır?
      Cavab: Ayat namazını bir neçə qaydada qılmaq olar:
      Birinci qayda: Niyyət etdikdən və təkbirətul-ehramı dedikdən sonra “Həmd” və “Surə”ni oxuyursan, daha sonra rükuya gedirsən. Rükudan qalxıb, yenidən “Həmd” və “Surə”ni oxuyursan, daha sonra rükuya gedirsən. Yenə də rükudan qalxıb, “Həmd” və “Surə”ni oxuyursan, daha sonra rükuya gedirsən. Bu qaydada beş rüku yerinə yetirir və hər rükudan qabaq “Həmd” və “Surə”ni oxuyursan. Daha sonra səcdəyə gedir və iki səcdə yerinə yetirirsən. Sonra isə namazın ikinci rəkəti üçün ayağa qalxır və ikinci rəkəti də eynilə birinci rəkət kimi yerinə yetirirsən. Axırda səcdələrdən sonra təşəhhüdü və salamları deyirsən.
      İkinci qayda: Hər rəkətdə yalnız bir “Həmd” və bir “Surə” oxunur. Belə ki, “Surə” beş hissəyə bölünərək oxunur.
      Niyyət etdikdən və təkbirətul-ehramı dedikdən sonra “Həmd”i və “Surə”nin bir hissəsini (istər bir ayə olsun, istər bir ayədən az olsun, istərsə də bir ayədən çox olsun) oxuyursan, daha sonra rükuya gedirsən. (Ehtiyat-vacibə görə, “Bismilləhir-rahmənir-rahim” ayəsini “Surə”nin bir hissəsi hesab etmək və onu deyib rükuya getmək olmaz.) Rükudan qalxır və “Həmd”i oxumadan “Surə”nin ikinci hissəsini oxuyursan, daha sonra ikinci rükuya gedirsən. Bu qaydada davam etdirirsən. Beləliklə, hər rükudan qabaq bir hissəsini oxuduğun “Surə”, axırıncı rükudan qabaq tamamlanmalıdır. Beşinci rükunu da yerinə yetirdikdən sonra səcdəyə gedirsən. İki səcdəni yerinə yetirdikdən sonra ikinci rəkət üçün ayağa qalxırsan. İkinci rəkəti də eynilə birinci rəkət kimi yerinə yetirir və sonra təşəhhüdü və salamı deyirsən.
      Üçüncü qayda: Rəkətlərdən birini yuxarıda açıqlanan qaydalardan biri şəklində, digər rəkəti isə digər qaydada qılırsan.
      Dördüncü qayda: Birinci rükudan qabaq qiyamda “Surə”nin bir hissəsini oxuyur və ikinci, yaxud üçüncü, yaxud da dördüncü rükudan qabaq “Surə”ni tamamlayırsan. “Surə”ni tamamladığın təqdirdə, rükudan qalxdıqdan sonra növbəti qiyamda “Həmd”i yenidən oxumalısan. “Həmd”dən sonra bir “Surə” və ya “Surə”nin bir hissəsini oxuyursan. Bu halda, həmin “Surə”ni beşinci rükuya getməmişdən qabaq tamamlamalısan.
       
      Sual 713: Ayət namazını qılmaq hadisənin baş verdiyi şəhərdə olan mükəlləflərə vacib olur? Yoxsa bu hadisədən xəbər tutan bütün mükəlləflərə də vacibdir, baxmayaraq ki, onlar həmin şəhərdə olmayıblar?
      Cavab: Ayat namazını qılmaq hadisə baş verdiyi zaman o yerdə olan şəxslərə vacibdir.

       

      Sual 714: Əgər bir şəxs zəlzələ baş verən zaman huşsuz vəziyyətdə olsa və zəlzələ baş verib qurtarandan sonra huşa gəlsə, ayət namazı ona vacib olurmu?
      Cavab: Sualda qeyd olunanlara əsasən, bu şəxs ehtiyat-vacibə görə, ayat namazını qılmalıdır.

       

      Sual 715: Bir məntəqədə zəlzələ baş verdikdən sonra adətən az bir müddət ərzində onlarla zəlzələ dalğasının geri qayıtması və təkanlar baş verir. Bu hallarda ayət namazının hökmü nədir?
      Cavab: Hər bir zəlzələ - istər güclü olsun, istərsə də zəif - əgər ayrıca bir zəlzələ hesab olunarsa, onun üçün ayrıca ayət namazı qılınmalıdır.

       

      Sual 716: Əgər Seysmoloji Xidmət Mərkəzi bizim yaşadığımız məntəqədə zəif yeraltı təkanların baş verdiyini bildirsə və onların sayını açıqlasa, amma kimsə bu təkanları əsla hiss etməsə, bu halda ayat namazı vacib olurmu, yoxsa yox?

      Cavab: Əgər bu təkanları heç kim hiss etməsə və yalnız cihazlar vasitəsilə məlum olsa,
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /