Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
      Çap versiyası  ;  PDF
       
      Səcdə və onun hökmləri

       

      Sual 489: Sement və mozaika üzərinə səcdə etməyin və təyəmmüm etməyin hökmü nədir?
      Cavab: Bu ikisinin üzərinə səcdə etməyin və təyəmmüm etməyin maneəsi yoxdur. Amma sement və mozaika üzərinə təyəmmüm etməmək əhvətə müvafiqdir.

       

      Sual 490: Namazda əlləri xırda dəlikləri olan mozaikanın üstünə qoymağın maneəsi vardırmı?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 491: Qaralmış və çirklənmiş möhrün üzərinə səcdə etməyin maneəsi varmı? Belə ki, möhrün üzərini çirk qatı bağlamış və alının möhürə dəyməsinə mane olur.
      Cavab: Əgər möhrün üzərindəki çirk alın ilə möhür arasında maneə yaradarsa, səcdə və namaz düzgün deyildir.

       

      Sual 492: Möhür üzərinə səcdə edərkən alnı, xüsusilə, səcdə yeri hicabla örtülən qadına namazlarını yenidən qılmaq vacibdirmi?
      Cavab: Əgər səcdədə möhür ilə alnı arasında maneənin olduğunu başa düşməyibsə, namazı yenidən qılmaq ona vacib deyildir.

       

      Sual 493: Bir qadın səcdə edərkən alnını möhürün üzərinə qoymuş və alnının möhürlə tam şəkildə təmasda olmadığını başa düşmüşdür. Belə ki, çadrası və ya yaylığı alnın möhürə tam şəkildə dəyməsinə mane olmuşdur. Ona görə də alnını möhürdən qaldırmış və maneəni aradan qaldırdıqdan sonra yenidən möhürün üzərinə qoymuşdur. Onun namazının hökmü nədir? Əgər onun bu əməli müstəqil səcdə hesab olunarsa, qıldığı namazların hökmü nədir?
      Cavab: O, alnını möhürdən qaldırmadan sadəcə sürüşdürməli və ya maneəni alnının altından çəkib çıxartmalı və bu yolla alnını ən azı bir barmağın ucu qədər möhürün üzərinə qoymalı idi. Əgər o, məsələni bilmədiyinə və ya unutduğuna görə alnını möhürdən qaldıraraq möhürün üzərinə səcdə etmək istəyibsə və bu əməli bir rəkətin təkcə bir səcdəsində edibsə, namazı düzgündür və onu yenidən qılması vacib deyildir. Amma əgər məsələni bildiyi halda və bilərəkdən bu əməli edibsə, yaxud bu əməli bir rəkətin hər iki səcdəsində edibsə, namazı düzgün deyildir və onu yenidən qılmalıdır.

       

      Sual 494: Səcdə edərkən bədənin yeddi üzvü yerə qoyulmalıdır. Amma biz müharibə əlili olduğumuza görə bunu edə bilmirik. Çünki əlil arabasından istifadə edirik. Namaz qılanda möhürü qaldırıb alına qoyur, ya da möhürü arabanın dəstəyi üstünə qoyur və möhürün üzərinə səcdə edirik. Bu əməl düzgündürmü, yoxsa yox?
      Cavab: Əgər möhürü arabanın dəstəyi və ya başqa bir şeyin, məsələn, balış və ya stulun üstünə qoya və möhürün üzərinə səcdə edə bilirsinizsə, səcdəni bu şəkildə yerinə yetirməlisiniz və sizin namazınız düzgündür. Mümkün olmadığı təqdirdə isə, möhürü əlinizlə yuxarı qaldırın və alnı möhürün üzərinə qoyun. Amma əgər əsla əyilə biımirsinizsə, bu halda səcdəyə getmək əvəzinə baş ilə səcdəyə işarə edin. Əgər bunu da edə bilmirsinizsə, göz ilə səcdəyə işarə edin.

       

      Sual 495: Müqəddəs ziyarətgahlarda mərmər döşəmələrin üzərinə səcdə etməyin hökmü nədir?
      Cavab: Mərmər daşın üzərinə səcdə etməyin maneəsi yoxdur.

       

      Sual 496: Səcdədə ayağın baş barmağından əlavə, ayaq barmaqların bəzilərini yerə qoya bilərikmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 497: Namaz üçün bir möhür düzəldilib ki, rəkətlərin və səcdələrin sayını sayır və beləliklə, namaz qılan şəxsin şəkkini müəyyən qədər aradan qaldırır. Möhürün altında metal qurğu olduğuna görə alnı onun üzərinə qoyanda möhür aşağıya tərəf hərəkət edir. Belə olduğu halda, bu möhürün üzərinə səcdə etmək düzgündürmü? Xahiş edirəm, öz nəzərinizi bildirin.
      Cavab: Əgər alının qoyulduğu yer, üzərinə səcdə etməyin düzgün olduğu şeylərdən olarsa və alını onun üzərinnə qoyandan sonra möhür hərəkət etməzsə, onun üzərinə səcdə etməyin maneəsi yoxdur.

       

      Sual 498: Səcdədən qalxıb əyləşəndə hansı ayaq digərinin üstünə qoyulur?
      Cavab: Sol budun üstündə oturmaq və sağ ayağın üstünü sol ayağın altına qoymaq müstəhəbdir.

       

      Sual 499: Səcdədə və rükuda vacib zikri dedikdən sonra hansı zikri demək daha fəzilətlidir?
      Cavab: Elə vacib zikri təkrarlamaq fəzilətlidir və bu zikrlərin tək sayda deyilməsi daha yaxşıdır. Deyilənlərdən əlavə, səcdədə salavat demək və dünya və axirət hacətlərini istəmək müstəhəbdir.

       

      Sual 500: Vacib səcdəsi olan ayələrin qiraətini diskdən dinləyəndə, yaxud radio və televiziyadan yayımlanarkən eşidəndə, şəri vəzifəmiz nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, səcdə etmək vacibdir.
       
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /