Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
      Çap versiyası  ;  PDF
       
      Vətənin hökmləri

       

      Sual 682: Mən Tehran şəhərində doğulmuşam. Atam və anam isə Mehdişəhər əhalisindəndirlər və ona görə də il boyu bir neçə dəfə ora səfər edirlər. Mən də onlarla birlikdə gedirəm. Amma Mehdişəhərdə yaşamaq üçün ora dönmək niyyətində olmadığımı, əksinə Tehranda yaşamaq niyyətində olduğumu nəzərə alaraq, mənim namaz və orucumun hökmü nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, ata və ananızın əsl vətənində sizin namaz və orcunuz, başqa müsafirlərin namaz və orucunun hökmündədir.

       

      Sual 683: Mən ilin altı ayını bir şəhərdə, altı ayını isə doğulduğum, mənim və ailəmin yaşadığı yer olan başqa bir şəhərdə yaşayıram. Amma birinci şəhərdə davamlı surətdə yaşamıram, məsələn, iki həftə, yaxud on gün, yaxud da daha az orada qalıram, sonra doğulduğum və ailəmin yaşadığı şəhərə qayıdıram. Sualım budur ki, əgər birinci şəhərdə on gündən az qalmaq niyyətində olsam, müsafir hökmündəyəm, yoxsa yox?
      Cavab: Əgər orada ürfə görə müsafir hesab olunmayacaq qədər yaşasanız, orada sizin namazınız tam və orucunuz düzgündür.

       

      Sual 684: Əgər bir şəxs müvəqqəti olaraq müəyyən bir yerdə qalıb yaşamaq istəyirsə, hansı müddətdə orada qalmağı nəzərdə tutduğu təqdirdə, onun namazı tam və orucu dügündür?
      Cavab: Əgər müəyyən bir yerdə bir il yaşamağı nəzərdə tutubsa, ürfə görə, ora onun vətəni deyildir, amma müsafir də adlanmır. Odur ki, orada on gün qalmağı niyyət etmədən, namazı tamdır və orucu düzgündür.

       

      Sual 685: Bir şəxsin vətəni Tehrandır, hal-hazırda isə Tehran yaxınlığında olan bir şəhərdə məskunlaşmaq və oranı özünə vətən etmək niyyətindədir. Amma gündəlik iş yeri Tehranda olduğuna görə, həmin şəhərdə nəinki altı ay, heç on gün qala bilmir. O, hər gün iş yerinə gedir və gecə həmin şəhərə geri dönür. Həmin şəhərdə onun namaz və orucunun hökmü nədir?

       

      Cavab: “Yeni vətən” adının gerçəkləməsi şərti bu deyildir ki, insan hansısa bir şəhəri özünə vətən etdikdən və həmin şəhərdə məskunlaşdıqdan sonra orada davamlı olaraq bir müddət qalmalıdır. Əksinə, oranı yeni vətən seçdikdən və bu niyyətlə bir müddət (hətta təkcə gecələri belə) orada yaşadıqdan sonra ora onun vətəni hesab olunur. Həmçinin əgər orada müəyyən isləri görsə, hansı ki, insan adətən bir yeri özünə vətən etmək istədikdə həmin işləri görür, məsələn, ev alsa, iş yeri seçsə və s. – hətta orada bir müddət qalmasa belə – “vətən” adı gerçəkləşir.

       

      Sual 686: Mənim və həyat yoldaşımın doğulduğu yer Kaşmir şəhəridir. Amma dövlət müəssisələrinin birində işə düzəldiyimə görə Nişabur şəhərinə köçmüşəm. Bizim ata-anamız hələ də doğulduğumuz yerdə yaşayırlar. Nişabura yeni getdiyimiz vaxtlarda biz öz əsl vətənimizi vətənlikdən çıxardıq, amma indi on beş il keçdikdən sonra fikrimizi dəyişmişik. Xahiş edirəm ki, aşağıdakı sualları cavablandırasınız:
      1- Biz ata-anamızın evinə gedəndə və onların yanında bir neçə gün qalanda, namaz üçün mənim və həyat yoldaşımın vəzifəsi nədir?
      2- İndi yaşadığımız şəhərdə (yəni Nişabur şəhərində) dünyaya gələn və hal-hazırda həddi-büluğa çatan övladlarımızla birlikdə ata-baba şəhərimizə (Kaşmirə) gedəndə və orada bir neçə gün qalanda, övladlarımızın vəzifəsi nədir?
      Cavab: Siz öz əsl vətəninizi (Kaşmir şəhərini) vətənlikdən çıxardıqdan sonra daha ora sizin üçün vətən hökmündə deyildir. Amma əgər yenidən ora dönsəniz və daimi olaraq, yaxud uzun müddət (hətta ilin bir neçə ayını), yaxud da müddət təyin etmədən orada yaşamağı qərara alsanız, ora yenidən sizin vətəniniz olacaq. Amma bu şərtlə ki, orada yaşayış üçün şərait yaratmalı və ya müəyyən müddət orada qalmalısınız. Hazırda Kaşmir şəhəri sizin övladlarınız üçün də vətən hökmündə deyildir və sizin hamınız orada müsafir hökmündəsiniz.

       

      Sual 687: Bir şəxsin iki vətəni vardır, buna görə də, hər iki yerdə namazını tam qılır və oruc da tutur. Onun həyat yoldaşı və öhdəsində olan övladları bu məsələdə ailə başçısına tabe olmalıdırlarmı? Yoxsa ailə başçısından müstəqil surətdə əməl edə bilərlər?
      Cavab: Qadın ərinin yeni vətənini öz vətəni qərar verməyə bilər. Amma övladlar əgər azyaşlı olsalar və qərar vermək və qazanc əldə etməkdə müstəqil olmasalar, yaxud bu məsələdə atanın istəyinə tabe olsalar, atanın yeni vətəni onların da vətəni hesab olunur.

       

      Sual 688: Əgər doğum evi atanın vətənindən kənarda olsa və doğum üçün ana bir neçə günlük doğum evinə getməli olsa, övladı dünyaya gəldikdən sonra isə geri dönsə, bu uşağın vətəni haradır?
      Cavab: Başqa bir şəhərdə dünyaya gəlmək həmin şəhərin uşağın vətəni olmasına səbəb olmur. Uşağın vətəni ata və ananın vətənidir, belə ki, dünyaya gəldikdən sonra uşaq həmin şəhərə gətirilir, ata-ana ilə birlikdə orada yaşayır və böyüyüb boya-başa çatır.

       

      Sual 689: Bir şəxs bir neçə ildir ki, Əhvaz şəhərində yaşayır, amma oranı özünə ikinci vətən etməmişdir. Əgər həmin şəhərdən şəri məsafədən çox və ya az olaraq xaric olsa, yenidən ora qayıtdıqda namaz və orucunun hökmü nədir?
      Cavab: Sualda deyilənlərə əsasən, bu şəxs ürfə görə orada müsafir hesab olunmur və buna görə də onun namazı tamdır, orucu da düzgündür.

       

      Sual 690: Mən iraqlıyam və vətənim olan İraqı vətənlikdən çıxarmaq niyyətindəyəm. Mən bütün İranı özümə vətən etməliyəm, yoxsa təkcə məskunlaşdığım və yaşadığım məntəqəni vətən etməliyəm? Özümə vətən seçmək üçün orada, mütləq, ev almalıyammı?
      Cavab: “Yeni vətən”in gerçəkləşməsi üçün müəyyən və konkret bir şəhəri vətən etmək niyyətində olmaq şərtdir. Həmçinin orada müəyyən isləri görməlidir, hansı ki, insan adətən bir yeri özünə vətən etmək istədikdə həmin işləri görür, məsələn, ev almaq və ya icarə etmək, iş yeri açmaq və s. Yaxud da orada bir-iki ay qalmalıdır.

       

      Sual 691: Bir şəxs həddi-büluğa çatmamışdan qabaq doğulduğu yerdən başqa bir şəhərə köçüb və vətəni vətənlikdən çıxarmaq məsələsini də bilməyib. Hal-hazırda o, şəri vəzifə yaşına çatıb. Doğulduğu yerdə namaz və oruc barəsində onun vəzifəsi nədir?
      Cavab: Əgər o, atasının tabeliyində olduğu halda həmin yerdən köçübsə və atası yaşayış üçün ora geri dönməmək niyyətində olubsa, doğulduğu yer onun üçün daha vətən hökmündə deyildir.

       

      Sual 692: Əgər bir şəxs hal-hazırda vətəninin birində yaşamırsa, amma bəzən öz həyat yoldaşı ilə ora gedirsə, onun həyat yoldaşı da orada onun kimi namazını tam qılmalıdır, yoxsa yox? Əgər həyat yoldaşı ora tək getsə, namazının hökmü nədir?
      Cavab: Həmin məkanın onun ərinin vətəni olması, onun da vətəni olmasına səbəb olmur. Ora onun vətəni hökmündə deyildir.

       

      Sual 693: İş yeri vətən hökmündədirmi?
      Cavab: Hansısa bir yerdə işləmək həmin yerin “vətən” olmasına səbəb olmur. Amma əgər şəxs orada məskunlaşsa və bir il orada qalmaq niyyətində olsa, müsafir hökmündə olmayacaq və onun namazı tamdır, orucu da düzgündür.

       

      Sual 694: “Vətəni vətənlikdən çıxarmaq” dedikdə, nə nəzərdə tutulur? Qadının ailə qurması və əri ilə birlikdə ərin istədiyi yerə köçməsi, vətəni vətənlikdən çıxarmaq hesab olunurmu, yoxsa yox?
      Cavab: Vətəni vətənlikdən çıxarmaq – vətənə dönməmək niyyətilə oradan çıxmaq, həmçinin vətənə dönməyin qeyri-mümkün olduğunu bilərək və ya buna əmin olaraq oradan çıxmaqla gerçəkləşir. Qadının başqa şəhərdə olan ər evinə köçməsi, qadının öz əsl vətənini vətənlikdən çıxarması demək deyildir.

       

      Sual 695: Xahiş edirəm ki, əsl vətən və ikinci vətən barəsində öz fikrinizi açıqlayasınız.
      Cavab: Əsl vətən o yerdir ki, insan öz ömrünün ilkin illərinin böyük hissəsini (yəni uşaqlıq və yeniyetməlik dövrünü) orada boya-başa çatıb böyümüşdür. İkinci vətən isə o yerdir ki, mükəlləf daimi olaraq, yaxud uzun müddət (hətta ilin bir neçə ayını), yaxud da müddət təyin etmədən orada yaşamağı qəti qərara almışdır.

       

      Sual 696: Mənim atam və anam Savə şəhərinin əhalisindəndir. Onlar uşaq ikən Tehrana gəlmiş və orada məskunlaşmışlar. İzdivac etdikdən sonra Çalus şəhərinə getmiş və orada məskunlaşmışlar, çünki atamın iş yeri orada imiş. Beləliklə, mən Tehranda dünyaya gəlmişəm, amma orada əsla yaşamamışam. Mən Tehranda və Savədə namazı necə qılmalıyam?
      Cavab: Sualda deyilənlərə əsasən, siz orada başqa müsafirlər hökmündə olacaqsınız.

       

      Sual 697: Bir şəxs öz vətənini vətənlikdən çıxarmayıbdır və hal-hazırda təxminən altı ildir ki, başqa bir şəhərdə yaşayır. İmam Xomeyninin (r.ə) təqlidində qaldığını nəzərə alaraq, o öz vətəninə döndükdə, namazını tam qılmalıdır, yoxsa qəsr qılmalıdır?
      Cavab: Əvvəlki vətənini vətənlikdən çıxarmayana qədər onun üçün vətən hökmündə qalır. Orada onun namazı tam və orucu düzgündür.

       

      Sual 698: Bir tələbə Təbriz universitetində təhsil almaq üçün Təbriz şəhərində bir evi dörd il müddətinə icarəyə götürmüşdür. Həmçinin o, imkan olduğu təqdirdə Təbrizdə daimi qalmaq niyyətindədir. Hal-hazırda mübarək ramazan ayında bəzən o öz əsl vətəninə get-gəl edir. Bu iki yer onun üçün iki vətən hesab olunurmu?
      Cavab: Əgər təhsil aldığı yeri hal-hazırda özünə vətən etməyi qəti surətdə qərara almayıbsa, ora onun üçün vətən hökmündə olmayacaq. Amma sualda deyilənlərə əsasən, o, bu yerdə müsafir hökmündə deyildir və onun namazı tamdır, orucu da düzgündür. Bunu da qeyd edək ki, o, öz əsl vətənini vətənlikdən çıxarmayanadək ora onun üçün vətən hökmündə qalır.

       

      Sual 699: Mən Kermanşah şəhərində doğulmuşam və altı ildir ki, Tehranda yaşayıram. Öz əsl vətənimi vətənlikdən çıxarmadan Tehranı özümə vətən etmişəm. Əgər hər il və ya iki ildən bir Tehranın bir məntəqəsindən başqa bir məntəqəsinə köçsəm, orada mənim namaz və orucumun hökmü necə olacaqdır? Artıq altı ay olar ki, Tehranın yeni bir məntəqəsində yaşayıram. Bura bizim üçün vətən hökmündədir, yoxsa yox? Gün ərzində Tehranın müxtəlif məntəqələrinə get-gəl edəndə namaz və orucumuzun hökmü necə olacaqdır?
      Cavab: Əgər indiki Tehranı və ya onun bir məhəlləsini özünüzə vətən etmisinizsə, bütün Tehran sizin vətəniniz hesab olunacaqdır. Tehranın bütün məhəllələri sizin üçün vətən hökmündədir və sizin namazınız tam, orucunuz düzgündür. İndiki Tehranda müxtəlif məntəqələrə get-gəl etməyiniz səfər hökmündə deyildir.

       

      Sual 700: Kənd əhalisindən olan bir şəxsin indiki iş və yaşayış yeri Tehrandır. Onun ata-anası kənddə yaşayır və orada mülkləri vardır. Bu şəxs ata-anasını görmək və onlara kömək etmək üçün kəndə gedir, amma yaşamaq üçün ora qayıtmaq istəmir. Oranın onun doğulduğu yer olduğunu nəzərə alaraq, orada onun namaz və orucunun hökmü nədir?
      Cavab: Əgər yaşamaq üçün həmin kəndə qayıtmaq niyyətində deyilsə, əksinə, ora dönməmək niyyətindədirsə, ora onun üçün vətən hökmündə deyildir.

       

      Sual 701: İnsanın doğulduğu yer, orada yaşamamasına baxmayaraq, vətən hesab olunurmu?
      Cavab: Əgər doğulduğu yerdə bir müddət (yəni uşaqlıq və yeniyetməlik dövrünü) qalıb boya-başa çatıbsa, oranı vətənlikdən çıxarmayanadək vətən hökmündədir. Əks təqdirdə, vətən hökmündə deyildir.

       

      Sual 702: Əgər bir şəxs uzun illər (doqquz il) vətəni olmadığı bir yerdə yaşayıbsa və hal-hazırda öz vətəninə qayıtmaq ona qadağa qoyulubsa, amma bir gün öz vətəninə qayıdacağına əmindirsə, onun namaz və orucunun hökmü nədir?
      Cavab: Sualda deyilənlərə əsasən, bu şəxs müsafir adlanmır və orada onun namazı tamdır, orucu da düzgündür.

       

      Sual 703: Mən ömrümün altı ilini bir kənddə və səkkiz ilini bir şəhərdə yaşamışam. Hal-hazırda təhsil almaq üçün Məşhəd şəhərinə gəlmişəm. Bu yerlərin hər birində mənim namaz və orucumun hökmü nədir?
      Cavab: Əgər doğulduğunuz kənd ürfə görə sizin əsl vətəniniz hesab olunursa, orada sizin namazınız tamdır və orucunuz da düzgündür. Yox əgər oranın “vətən” adlanıb-adlanmadığına şəkk olunursa, ehtiyata riayət olunmalıdır. Əgər siz sözegedən kənddə doğulmamısınızsa, oranın “vətən” adlanıb-adlanmadığına şəkk olundğu təqdirdə, ora sizin üçün vətən hökmündə olmayacaq. Bir neçə il yaşadığınız şəhərə gəlincə isə, əgər oranı özünüzə vətən seçmisinizsə, oranı vətənlikdən çıxarmayanadək sizin üçün vətən hökmündədir. Əgər Məşhəd şəhərini də özünüzə vətən etmək niyyətində deyilsinizsə, ora sizin vətəniniz hesab olunmayacaq. Amma əgər orada bir-iki il yaşamaq niyyətindəsizinsə, orada sizin namazınız tamdır və orucunuz da düzgündür.

       

    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /