Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
      Çap versiyası  ;  PDF
       
      Qiraət və onun hökmləri

       

      Sual 458: “Qiraət”i[1] ucadan oxunmayan namazın hökmü nədir?
      Cavab: Sübh, məğrib və işa namazlarında Həmd və Surəni ucadan oxumaq kişiyə vacibdir. Əgər o, hökmü unutduğuna və ya hökmü bilmədiyinə görə ahəstə oxusa, namaz düzgündür. Amma əgər hökmü bilsə və bilərəkdən ahəstə oxusa, namaz düzgün deyildir.

       

      Sual 459: Əgər sübh namazının qəzasını qılmaq istəsək, onu ucadan oxumalıyıq, yoxsa ahəstə?
      Cavab: Sübh, məğrib və işa namazlarında – istər əda olsun, istərsə də qəza – Həmd və Surəni ucadan oxumaq kişiyə vacibdir, hətta bu namazların qəzası gündüz çağı qılınsa belə. Əgər bilərəkdən ucadan oxumasa, namaz düzgün deyildir.

       

      Sual 460: Bilirik ki, namazın bir rəkəti niyyət, təkbirətul-ehram, Həmd, Surə, rüku və səcdədən təşkil olunur. Digər tərəfdən, zöhr və əsr namazlarını, məğrib namazının üçüncü rəkətini, işa namazının üçüncü və dördüncü rəkətlərini ahəstə oxumaq vacibdir. Amma radio və televiziyadan birbaşa yayımlanan camaat namazında imam-camaatın üçüncü rəkətin rüku və səcdəsinin zikrini ucadan oxuduğunu görürük. Nəzərə alsaq ki, rüku və səcdə ahəstə oxunması vacib olan rəkətin hissələridir, bu məsələnin hökmü nədir?
      Cavab: Sübh, məğrib və işa namazlarında “Həmd və Surə”ni ucadan, zöhr və əsr namazlarında isə ahəstə oxumaq vacibdir. Məğrib və işa namazlarının üçüncü və dördüncü rəkətlərində isə, Həmdi və ya təsbihati-ərbəəni ahəstə oxumaq vacibdir. Amma gündəlik beş namazın rüku və səcdəsinin zikrini, təşəhhüd və salamı, digər vacib zikrləri mükəlləf ahəstə və ya ucadan oxumaqda seçim edə bilər.

       

      Sual 461: Əgər bir şəxs gündəlik vacib namazların on yeddi rəkətindən əlavə on yeddi rəkət də ehtiyat qəza namazı qılmaq istəsə, sübh, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərinin qiraətini ucadan oxumalıdırımı, yoxsa ahəstə oxumalıdır?
      Cavab: Vacib namazlarda ucadan və ahəstə oxumanın vacibliyində əda və qəza arasında fərq yoxdur, hətta ehtiyat qəza namazı olsa belə.

       

      Sual 462: Bilirik ki, “صلاة” sözünün axırıncı hərfi “ة” hərfidir. Amma azanda “حَیَّ عَلَی الصَّلَاه” (Həyyə ələs-səlah) oxunur. Bu, düzgündürmü?
      Cavab: Vəqf zamanı “صلاة” sözündəki “ة” hərfinin “ه” kimi oxunmasının maneəsi yoxdur, hətta belə də oxunmalıdır.

       

      Sual 463: “Həmd” surəsinin təfsirində İmam Xomeyni (r.ə) bu kəlmənin “مَالِک” (malik) deyil, “مَلِک” (məlik) oxunmasına üstünlük vermişdir. Onun rəyini nəzərə alaraq, istər vacib, istər qeyri-vacib namazlarda bu mübarək surəni qiraət edərkən ehtiyat ünvanında bu kəlməni hər iki şəkildə oxumaq düzgündürmü?
      Cavab: Bu xüsusda ehtiyat etməyin maneəsi yoxdur.

       

      Sual 464: Düzgündürmü ki, namaz qılan şəxs “Ğəyril məğzubi ələyhim” cümləsini oxuyub vəqf etsin, sonra “Vələzzallin” cümləsini qiraət etsin? Həmçinin düzgündürmü ki, təşəhhüddə “Əllahummə səlli əla Muhəmməd” cümləsini oxuyanda “Muhəmməd” sözünü deyib vəqf etsin (dayansın), sonra “Və Ali-Muhəmməd” cümləsini oxusun?
      Cavab: Cümlənin bütövlüyünə xələl gəlmədiyi təqdirdə vəfq etmək və fasilə salmağın maneəsi yoxdur.

       

      Sual 465: Aşağıdakı sual İmam Xomeynidən (r.ə) soruşulubdur:
      الضاد” hərfinin tələffüzündə müxtəlif rəylərin olduğunu nəzərə alaraq, siz hansı rəyə əməl edirsiniz?
      İmam Xomeyni (r.ə) sualın cavabında yazmışdır: “Hərflərin məxrəcini təcvid elminin alimlərinin rəyi əsasında öyrənmək vacib deyildir. Hər bir hərf elə bir şəkildə tələffüz edilməlidir ki, ərəb ürfündə “bu hərfi tələffüz etmişdir” deyilsin.”
      Bizim sualımız budur:
      1) “Ərəb ürfündə “bu hərfi tələffüz etmişdir” deyilsin” cümləsi necə izah olunur?
      2) Məgər “təcvid” elminin qaydaları[2] “sərf” və “nəhv” elmləri[3] kimi, ərəb ürfündən və ərəb danışıq dilindən əxz olunmayıbmı? Belə olduğu halda təcvid elminin ərəb ürfündən köklü şəkildə ayrı olduğunu necə qəbul etmək olar?
      3) Əgər bir şəxs üçün etibarlı bir yol ilə yəqinlik hasil olsa ki, qiraət zamanı o, hərfləri özünün düzgün məxrəcindən tələffüz etmir, yaxud hərfləri və kəlmələri ümumiyyətlə düzgün tələffüz etmir, eyni zamanda, düzgün tələffüzü öyrənmək üçün onun hər cəhətdən uyğun şəraiti vardırsa – məsələn, yaxşı qavrama qabiliyyəti və ya bu elmi öyrənmək üçün kifayət qədər vaxtı və uyğun şəraiti vardırsa – düzgün qiraəti öyrənmək üçün öz istedadı səviyyəsində çalışması vacibdirmi?
      Cavab: Qiraətin düzgün hesab olunmasında meyar, qiraətin bu dildə danışanların qiraət tərzinə müvafiq olmasıdır, belə ki, təcvid qaydaları elə onların danışığından əxz olunub. Beləliklə, əgər hansısa bir hərfin tələffüz qaydasında təcvid elminin alimləri arasındakı fikirayrılığı, bu dildə danışanların tələffüz tərzini başa düşmələrindən qaynaqlanarsa, fikirayrılığını həll etmək üçün bu dildə danışanların ürfünə müraciət edilir. Amma əgər alimlər arasındakı fikirayrılığı, tələffüz qaydasında onların özlərinin fikirayrılığından qaynaqlanarsa, mükəlləf bu rəylərdən hansısa birini seçməkdə ixtiyarlıdır. Öz qiraətini düzgün hesab etməyən şəxs, imkanı olduğu təqdirdə düzgün qiraəti öyrənməlidir.

       

      Sual 466: Əgər bir şəxsin niyyəti elə əvvəldən və ya adəti üzrə “Fatihə” və “İxlas” surələrini oxumaqdırsa və “Bismillahir rəhmanir rəhim”i deyibsə, amma səhv üzündən “Surə”ni müəyyən etməyibsə, ilk öncə “Surə”ni müəyyən etməli və sonra “Bismillahir rəhmanir rəhim”i qiraət etməlidir?
      Cavab: “Bismillahir-rəhmanir-rəhim”i yenidən qiraət etmək vacib deyildir. Hər hansı bir “Surə”ni oxumaq istəsə, qiraət etdiyi “Bismillahir-rəhmanir-rəhim” ilə kifayətlənə bilər.

       

      Sual 467: Namazda ərəb kəlmələrini düzgün şəkildə tələffüz etmək vacibdirmi? Əgər kəlmələr ərəbcə düzgün tələffüz edilməsə, namaz düzgündürmü?
      Cavab: Namazın bütün vacib zikrləri, o cümlədən, Həmd və Surə və digər zikrlər düzgün şəkildə tələffüz edilməlidir. Əgər namaz qılan şəxs ərəb kəlmələrinin düzgün tələffüz qaydasını bilmirsə, bunu öyrənməlidir. Amma əgər öyrənməyə qadir deyilsə, üzrlü hesab olunur və bacardığı şəkildə tələffüz etməlidir. Ehtiyat-müstəhəbə görə, o, namazlarını camaatla qılsın.

       

      Sual 468: Namazın zikrlərini ürəkdə oxumaq, yəni kəlmələri dildə tələffüz etmədən onları ürəkdən keçirmək, “qiraət etmək” adlanırmı, yoxsa yox?
      Cavab: Bu, “qiraət etmək” adlanmır və namazda kəlmələri dildə tələffüz etmək vacibdir, belə ki, “qiraət etmək” adlansın.

       

      Sual 469: Bəzi təfsirçilərin nəzərinə görə Qurani-Kərimin bir neçə surəsi, o cümlədən, Fil, Qurəyş, İnşirah və Zuha surələri tam bir surə hesab olunmur. Onlar deyirlər: “Hər kim o iki surədən birini, məsələn, Fil surəsini namazda oxusa, bu surədən sonra mütləq Qurəyş surəsini də oxumalıdır. Həmçinin İnşirah və Zuha surələri də birlikdə oxunmalıdır.” Beləliklə, əgər bir şəxs məsələni bilmədiyinə görə namazda təkcə Fil və ya İnşirah surəsini oxusa, onun vəzifəsi nədir?
      Cavab: Əgər məsələni öyrənməkdə səhlənkarlıq etməyibsə, onun keçmiş namazları düzgün hökmündədir.

       

      Sual 470: Əgər bir şəxs unudaraq zöhr namazının üçüncü və dördüncü rəkətində Həmd və Surə oxusa, amma namazdan sonra bunu başa düşsə, namazı yenidən qılmaq ona vacibdirmi? Əgər bunu başa düşməsə, onun namazı düzgündürmü?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, onun namazı düzgündür.

       

      Sual 471: Qadınlar sübh, məğrib və işa namazlarının Həmd və Surəsini ucadan oxuya bilərlərmi?
      Cavab: Həm ucadan, həm də ahəstə oxuya bilərlər. Amma əgər onların səsini naməhrəm eşidərsə, ahəstə oxumaları yaxşıdır.

       

      Sual 472: İmam Xomeyninin (r.ə) nəzərinə görə zöhr və əsr namazlarında “qiraət”i (Həmd və Surəni) ahəstə oxumağın meyarı, səsin ucadan çıxmamasıdır. Biz bilirik ki, on hərf istisna olmaqla, qalan hərflər səsli hərflərdir. Buna görə də, əgər zöhr və əsr namazlarını ahəstə və səssiz qılsaq, on səkkiz səsli hərf düzgün tələffüz edilməyəcəkdir. Xahiş edirəm, bu məsələni izah edəsiniz.
      Cavab: Ahəstə oxumağın meyarı, səsin cövhərinin olmaması deyildir. Meyar, səsin cövhərini aşkar etməməkdir (ucaltmamaqdır). Bunun qarşısında, ucadan oxumağın meyarı, səsin cövhərini aşkar etməkdir.

       

      Sual 473: Müsəlmanlığı qəbul edən və ərəb sözləri ilə tanışlığı olmayan xarici ölkələrin vətəndaşları – istər kişi, istər qadın – öz dini vacibatlarını necə yerinə yetirsinlər? Ümumiyyətlə, bu iş üçün ərəb dilini öyrənməyə ehtiyac varmı?
      Cavab: Təkbitərul-ehram, Həmd, Surə, təşəhhüd və namazın salamını öyrənmək, habelə, ərəbcə oxunması şərt olan hər bir şeyi öyrənmək vacibdir.

       

      Sual 474: Qiraətinin ucadan oxunması vacib olan namazların nafiləsinin ucadan oxunmasına və qiraətinin ahəstə oxunması vacib olan namazların nafiləsinin ahəstə oxunmasına dair bir dəlil varmı? Cavab müsbət olduğu təqdirdə, əgər qiraətinin ucadan oxunması vacib olan namazların nafiləsi ahəstə oxunarsa, yaxud əksinə, qiraətinin ahəstə oxunması vacib olan namazların nafiləsi ucadan oxunarsa, bu namaz kifayət edirmi?
      Cavab: Qiraətinin ucadan oxunması vacib olan namazların nafiləsinin ucadan oxunması vacibdir. Həmçinin qiraətinin ahəstə oxunması vacib olan namazların nafiləsinin ahəstə oxunması müstəhəbdir. Əgər əksinə oxunarsa, kifayət edir.

       

      Sual 475: Namazda Həmd surəsini qiraət etdikdən sonra bir surə tam oxunmalıdırmı? Yoxsa Qurani-Kərimin bir neçə ayəsini oxumaq kifayət edir? Birinci halda, əgər Surə qiraət edildikdən sonra Qurani-Kərimin bir neçə başqa ayəsini oxumağa icazə verilirmi?
      Cavab: Gündəlik vacib namazlarda Həmddən sonra, ehtiyat-vacibə görə, bir surə tam oxunmalıdır. Tam bir surə əvəzinə Qurani-Kərimin bir neçə ayəsini qiraət etmək kifayət etmir. Amma tam bir surə oxunduqdan sonra Quran oxumaq niyyətilə bəzi ayələri oxumağın maneəsi yoxdur.

       

      Sual 476: Əgər səhlənkarlığa və ya danışıq ləhcəsinə görə Həmd və Surənin, yaxud namazın digər söz və zikrlərinin oxunuşunda səhvə yol verilərsə, məsələn, “yuləd” sözü “yulid” oxunarsa, namazın hökmü nədir?
      Cavab: Əgər bilərəkdən olsa, namaz düzgün deyildir. Həmçinin əgər şəxs “müqəssir cahil” (yəni öyrənməyə qadir olan cahil) olsa, ehtiyat-vacibə görə, namaz düzgün deyildir. Amma əgər “qasir cahil” (yəni öyrənmyə qadir olmayan cahil) olsa və keçmiş namazlarını sözügedən şəkildə qılsa və eyni zamanda da kəlmələri düzgün tələffüz etdiyini düşünsə, onun namazları düzgündür. Bu namazları yenidən qılmaq və ya qəzasını qılmaq lazım deyildir.

       

      Sual 477: Bir şəxsin otuz beş-otuz altı yaşı vardır və atası və anası uşaqlıqda ona namazı öyrətməmişlər. Onun savadı da yoxdur, amma namazı düzgün şəkildə öyrənməyə səy göstərmişdir. Bununla belə, namazın sözlərini və zikrlərini düzgün tələffüz etməyə qadir deyildir. Bəzi sözləri heç tələffüz edə bilmir. Onun namazı düzgündürmü?
      Cavab: Əgər tələffüz etməyə qadir olduğu sözləri düzgün tələffüz etsə, namazı düzgün hökmündədir.

       

      Sual 478: Mən namazın sözlərini ata və anamdan öyrəndiyim qaydada, habelə məktəbdə mənə öyrədilən qaydada tələffüz etmişəm. Amma sonradan sözləri səhv tələffüz etdiyimi başa düşdüm. İmam Xomeyninin (r.ə) fətvasına görə, mən namazları yenidən qılmalıyammı? Yoxsa o qaydada qıldığım namazlar düzgündür?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, siz sözləri səhv tələffüz etdiyinizi ehtimal etmədiyinizə görə, əksinə, düzgün tələffüz etdiyinizi düşündüyünüzə görə keçmiş namazların hamısı düzgün hökmündədir. Bu namazları yenidən qılmaq və ya qəzasını qılmaq lazım deyildir.

       

      Sual 479: Lal olduğuna görə danışa bilməyən, amma eşidə və görə bilən bir şəxs əgər namazını işarə ilə qılsa, düzgündürmü?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, onun namazı düzgündür və kifayət edir.
       

      [1] Qiraət – namazın qiyamında (yəni ayaq üstə dayanan halda) Həmd və Surənin oxunmasına deyilir.
      [2] Hərflərin tələffüzünün gözəlləşdirilməsi qaydaları.
      [3] Ərəb dili qrammatikasının “morfologiya” və “sintaktika” bölmələri.
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /