Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
  • Həcc
  • Fələstin
  • İctimai azadlıq
  • Qadınlar
  • İslam dövlətinin xüsusiyyətləri
    • Əməlisaleh
    • Vicdanlı təbliğat
    • Həqiqi kimlik və əsl ləyaqət
    • Xalqa xidmət işində ciddilik və məsuliyyət
    • Şüar və deviz
    • Antiimperializm
    • Milli şərəf və heysiyyəti uca tutmaq
    • Düşmənlərin zorakılığı və yersiz tələbkarlığı qarşısında müqavimət göstərmək
    • Sekularizm təmayüllərinin nüfuzunun qarşısını almaq
    • Dəyişikliklər etmək əzmi
    • Dünya arenasındakı hegemon qüvvələrə qarşı mübarizədə hücuma keçmək əzmi
    • Xalqa yaxın olmaq əhval-ruhiyyəsi
    • Sadə həyat tərzi keçirmək
    • Qanunlara riayət etmək
      Çap versiyası  ;  PDF

      Qanunlara riayət etmək

      Qanunlara riayət etmək də meyarlardan biridir. Qanunlara böyük əhəmiyyət verin! Qanun konstitusiyaya müvafiq surətdə hazırlandıqdan sonra təsdiq olunaraq qüvvəyə minir. Məclis, dövlət, yaxud başqaları tərəfindən görülən konkret tədbirlər ‒ Məclisdə irəli sürülən və ya dövlətin təqdim etdiyi layihələr, yaxud müxtəlif sahələrdə çıxarılan qərarlar nəticəsində həmin qanunda dəyişikliklər edilə bilər. Qanun nöqsanlı, zəif, yaxud yanlışdırsa, başqa bir qanunla əvəz oluna bilər. Lakin o vaxta qədər ki, qanun qanun kimi qüvvədədir, ona əməl olunması və əhəmiyyət verilməsi vacibdir. Mən bunu təkidlə vurğulayıram. Müxtəlif sferalarda da vəziyyət eynilə bu cürdür. Mümkündür ki, siz hansısa bir məsələyə hüquqi cəhətdən düzgün etaplarla baxılmadığını, yaxud bu işin İcra Hakimiyyətinin səlahiyyətinə aid olmadığını düşünəsiniz. Məclis tərəfindən konstitusiyaya müvafiq surətdə qəbul olunmuş qanun  dövlətə təqdim olunandan sonra İcra Hakimiyyəti onu qanun kimi tanımalıdır. Deməli, əgər qanunda hər hansı zəif məqamlar, yaxud digər bir çatışmazlıq varsa, bunu aradan qaldırmaq üçün istər Məclisin özündə, istərsə də Nəzarət Şurasında və bu qəbildən olan instansiyalarda digər amillər mövcuddur. Qanuna lazımi səviyyədə əhəmiyyət verin!

      Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02. 06. 1387)

    • Tabeçiliyində olan kollektivə nəzarət
    • Digər hakimiyyət orqanları ilə əməkdaşlıq
    • Hakimiyyət nümayəndələrinin görkəmli şəxslər və ziyalılarla həmkarlıq etməsi
    • Mədəniyyətə diqqət göstərmək
    • Tənqidlərə qarşı diqqətli olmaq
    • “Tərəqqi və ədalət” şüarı
    • Prinsipial dövlət
    • Çoxsaylı problemləri olan ucqar məntəqələrə yardım
    • İslami dəyərlərə qəlbən bağlı olmaq
    • Sözün əsl mənasında gərgin əmək və səy göstərmək
    • Dini rəhbər tutaraq mövqe seçmək və inqilabi dəyərləri uca tutmaq
    • Ən çox sevilən dövlət
    • İqtisadi sferada müsbət istiqamətli işlərin görülməsi
700 /