Yüklə:
Rəhbərin çağırışı
- İmam Xomeyni (r.ə)
- Həqiqi İslamın əsl bayraqdarıİMAM XOMEYNİ – HƏQİQİ İSLAMIN ƏSL BAYRAQDARIHəmişə olduğu kimi bu gün də İslam dünyası zülm və zorakılığa, istismar və qarətə qarşı çıxmaqdadır. Belə bir İslamın hegemon və istismarçı dövlətlərin, o cümlədən Amerika və İsrailin düşmənçiliyinə məruz qalması təbiidir. Biz hələ o zaman – həqiqi İslamın bayraqdarı olan əziz İmamımızın (r.ə) arxasında şüarlar deyəndə bilirdik ki, İslam düşmənlərinin və hegemon qüvvələrin bizimlə müxalifətçiliyə qalxacaqlarını çox yaxşı bilirdik. İslamın zühur etdiyi illərdə də vəziyyət eynilə belə idi. Yəhudilər, münafiqlər, kafirlər və müşriklər Mədinə şəhərini mühasirəyə alıb Əhzab müharibəsinə qalxdıqları zaman həqiqi möminlər belə dedilər:هذا ما وعدنا الله و رسوله
“Bunu Allah və Onun peyğəmbəri bizə vəd etmişdi”. Yəni bu, gözlənilməz bir hadisə deyildi. Allah və Onun peyğəmbəri (s) möminlərə xəbər vermişdilər ki, azğın və şər qüvvələr sizin əleyhinizə birləşəcəklər. Buna görə də İlahi vədənin gerçəkləşdiyini gördükdə onların imanları daha da möhkəmləndi.
Hər zaman həqiqi İslam aşkar olduqda mənfur və şər qüvvələr ona qarşı ayağa qalxsalar da, qəlbi pak və ruhu saf insanlar bütün varlıqları ilə onu qorumuşlar. Sizcə, nə üçün on milyonlarla insan İmam Xomeyninin (r.ə) dəfn mərasimində onun cənazəsi ətrafına toplaşdılar və əzizini itirən bir şəxs kimi sinələrinə, başlarına döydülər? Sizcə, nə üçün dünyanın hər bir yerində yüz milyonlarla müsəlman bir nəfərin ölümünə görə matəmə büründü? Nə üçün bu qədər insan İmam Xomeynini (r.ə) sevirdi? Şübhəsiz bu sualların bir cavabı var: “İslama xatir”. O böyük şəxsiyyət bizə başa saldı ki, Allah İslama xatir qəlbləri inqilab ruhiyyəsi ilə birləşdirdi və nəhayət, İslam inqilabı bütün dünyada zəfər çaldı.
Sizin bu qədər böyük məsafəni qət edib bura toplaşmağınız üçün qəlblərinizi və cisminizi qüvvətləndirən, məzlumlara arxa olan, zalımlara isə qarşı çıxan qüdrət həqiqi İslamdır. Allah yolunda ürəkləri birləşdirən, əzəmətli və məğlubedilməz bir qüvvəyə çevirən amil, məhz həqiqi İslamdır. Biz bu mühüm həqiqəti dərk etməli və hər zaman yadda saxlamalıyıq.
Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin Fars, Hormozqan bölgələrinin, Qəzvin, Takistan və s. şəhərlərinin ruhaniləri, vəzifəli şəxsləri və əhalisi qarşısındakı çıxışından bir parça. 21/4/1368 - İmam Xomeyninin amallarıİMAM XOMEYNİNİN AMALLARIBəyanatlarına əsasən İmam Xomeyninin (r.ə) amalları aşağıdakılardan ibarət idi:
İstismarçılarla mübarizə, heç bir hegemon qüdrətə tərəf yönəlməmək, “Nə Şərq, nə də Qərb” şüarını əsas tutmaq, millətinin hərtərəfli və həqiqi azadlığını təmin etmək, müqəddəs İslam şəriətini qorumaq, İslami vəhdəti yaratmaq, dünyanın məzlum və müsəlman millətlərinə əl tutmaq, İslama və müsəlman xalqlara izzət bəxş etmək, qüdrətli dövlətlərdən qorxub çəkinməmək, İslam ictimaiyyətində ədaləti bərqərar etmək, cəmiyyətin aşağı və imkansız təbəqələrini himayə etmək.
Hamımız şahidik ki, İmam Xomeyni (r.ə) qətiyyətlə və vaxt itirmədən bu müqəddəs yolda hərəkət etdi və amallarına çatmaq üçün əlindən gələni əsirgəmədi. Biz də var-gücümüzlə onun bu şərəfli yolunu davam etdirməliyik.
Baş Nazirin vəzifəyə təyin olunma mərasimində Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin çıxışından bir parça. 17/3/1368 - Hərəkatının səmərələriİMAM XOMEYNİ HƏRƏKATININ SƏMƏRƏLƏRİİmam Xomeyni (r.ə) məzlumları əsarətdən qurtarmaq, onlara nicat vermək üçün mübarizəyə qalxıb, dövrünün fironlarını vəlvələyə saldı və məzlumların qəlbində ümid çırağı yandırdı. O, insanlara kəramət, möminlərə izzət, müsəlmanlara şövkət, mənəvi dəyərlərdən uzaq düşmüş dünyaya mənəviyyat, İslam dünyasına təkan, Allah yolunda mübarizə və cihad edənlərə isə şəhamət və şəhadət bəxş etdi. O, bütləri sındırdı və şirkə yönəlik inancları kənarlaşdırdı. O, kamil bir insan olmaq, Əli (ə) sayağı yaşamaq və mənəviyyatın zirvələrini fəth etməyin əfsanə olmadığını hamıya sübut etdi. Həmçinin, o, millətlərə göstərdi ki, əsarət zəncirlərini qırmaq və zalım hökmdarlarla mübarizə etmək mümkündür. Bəsirət sahibləri onun nurlu çöhrəsində “Liqaullahın” nişanələrini görürdülər və hamı onun vücudu sayəsində İlahi bərəkətdən bəhrələnirdi.الهی لم یزل برک علی ایام حیاتی فلا تقطع برک عنی فی ممات
“İlahi, məni həyatda ikən bərəkətindən daim bəhrələndir, həyatdan köçdükdən sonra da bərəkətini məndən əsirgəmə”. Onun daim etdiyi bu dua qəbul olundu.
İmam Xomeyninin (r.ə) vəfatının qırxıncı günü münasibətilə düzənlənmiş mərasimində Həzrət Ayətullah Xameneinin çıxışından bir parça. 23/4/1368 - Gördüyü böyük işlərİMAM XOMEYNİNİN GÖRDÜYÜ BÖYÜK İŞLƏRİmam Xomeyninin (r.ə) İslam üçün gördüyü ən böyük iş İslamı dirçəltmək oldu. Artıq iki yüz il idi ki, istismarçı rejimlər İslamı müsəlmanlara unutdurmaq üçün səy göstərirdilər. Hətta İngiltərənin baş nazirlərindən biri dünya siyasətçilərinin toplantısında açıq-aşkar bildirmişdi ki, onların əsas planları ilk növbədə, müsəlman ölkələrində İslam dinini həyat səhnəsindən kənarlaşdırmaq, daha sonra bu dini ictimai həyat və siyasətdən, tədricən isə fərdi həyatdan ayırmaqdır. Çünki onlar bu dinin hegemonların istismar və qarətlərinin qarşısında böyük bir sədd olduğunu çox gözəl dərk edirdilər və bu məqsədlə hədər yerə çoxlu pullar da xərclədilər. İmam Xomeyni (r.ə) isə İslamı dirçəldib, yenidən insanların ictimai və fərdi həyatına qaytardı.
Onun ikinci böyük işi müsəlmanların əldən getmiş izzətini onlara geri qaytarmaq oldu. Beləki, İslam İnqilabının səmərələri təkcə elmi mərkəzlərdə, universitetlərdə İslam dininin araşdırılması, eləcə də İslamın ictimai və fərdi həyata qaytarılması ilə xülasələnmir, eyni zamanda, bu inqilabın ən gözəl bəhrəsi məhz dünya müsəlmanlarına izzət bəxş etmək oldu. Müsəlmanların azlıq təşkil etdiyi böyük ölkələrin birində yaşayan bir şəxs mənə belə deyirdi: “İran İslam İnqilabı baş verməmişdən qabaq müsəlman olduğumu gizlədirdim. Bizim ölkənin adətinə görə hamı uşaqlarına yerli adlar qoymalı idi. Lakin müsəlman ailələri uşaqlarına islami adlar qoysalar da övladlarını həmin adla çağırmaqdan çəkinir və xəcalət çəkirdilər. Sizin İslam İnqilabınızdan sonra isə bizim müsəlmanlar başıucalıqla öz islami adlarını dilə gətirirlər”. Beləliklə, İmam Xomeyninin inqilabı sayəsində dünyanın hər yerində yaşayan müsəlmanlar İslam dinində olduqları üçün iftixar hissi duyurlar.
Onun gördüyü üçüncü böyük iş isə müsəlmanlara “İslam ümməti” anlayışını aşılamaq oldu. Ayrı-ayrı məntəqələrdə yaşayan müsəlmanlarda “vahid İslam ümməti” anlayışı yox idi və buna əhəmiyyət belə vermirdilər. Bu inqilabdan sonra isə Asiya, Afrika, Avropa və Amerikada yaşayan bütün müsəlmanlar sözün tam mənasında vahid İslam ümmətinin bir parçası olduqlarını hiss etdilər. Müsəlmanlarda belə bir vəhdət hissini oyatmaq İslam dünyasının müdafiəsində çox böyük əhəmiyyətə malikdir.
O böyük şəxsiyyətin gördüyü işlərdən biri də regionda və dünyada mürtəce quruluşlardan biri olan şahlıq rejimini devirmək oldu. İran şahının hakimiyyətini devirmək təsəvvür olunduğu qədər böyük bir iş idi. İran müstəmləkəçilərin Fars körfəzində və Orta Şərqdə ən mühüm qalası sayılırdı. İmam Xomeyni bu qalanı fəth edib, istismarçıların əlini bu məmləkətdən tamamilə kəsdi.
Onun İslam üçün gördüyü böyük işlərdən beşincisi İslam hökuməti qurmaq idi. Belə bir hökumətin qurulması nə müsəlmanların, nə də qeyri-müsəlmanların ağlına belə gəlməzdi. Müsəlmanlar bu xoş xəyalın bir gün gerçəkləşəcəyini təsəvvür belə etmirdilər. İmam Xomeyni sanki bir möcüzə göstərərək onların bu şirin xəyallarını həqiqətə çevirdi.
Onun gördüyü mühüm işlər sırasında dünyada İslam hərəkatın yaranmasını xüsusilə qeyd etmək lazımdır. Hal-hazırda zorakılığa və istismara qarşı mübarizəyə qalxan hər bir hərəkatın prinsipləri məhz İslama söykənir.
Onun İslam üçün göstərdiyi ən gözəl xidmətlərdən biri də şiə fiqhinə gətirdiyi yeniliklər idi. Bizim fiqhimiz möhkəm dayaqlar üzərində qurulubdur. İmam Xomeyni (r.ə) dünyada baş verən yenilikləri və qloballaşmanı nəzərə alaraq fiqh sahəsində də öz dövrünə qədər mövcud olmayan yeni bölmələr açdı.
-
- Həcc
- Fələstin
- İctimai azadlıq
- Qadınlar
- İslam dövlətinin xüsusiyyətləri