Yüklə:
Rəhbərin çağırışı
- İmam Xomeyni (r.ə)
- Həcc
- Fələstin
- Fələstinlilərin İslami qiyamına dəstək olmalıyıqFələstinlilərin İslami qiyamına dəstək olmaq hər bir müsəlmana vacibdir
Bu gün İslam dünyasinda Fələstinin işğalı qədər böyük problem yoxdur. Bu, son zamanlarda İslam ümmətinin düçar olduğu ən böyük bəladır. Belə ki, İslamın düşmənləri müsəlmanların yurdunu, evini işğal edərək oranı müsəlmanların əleyhinə olan hücumlarının səngərinə çevirmişlər. Fələstinlilərin İslami qiyamları “müdafiə cihadı”nın bariz nümunəsidir və ona görə də onlara dəstək olmaq hər bir müsəlmana vacibdir.
Fələstin torpağının hər bir qarışı müsəlmanın evidir və orada İslam və müsəlmanların hökümətindən savayı hər bir hökümət işğalçı hökümət sayılır. Söhbət yəhudilərlə mübarizədən getmir, müsəlmanların işğal olunmuş torpaqlarından gedir.
Hər bir müsəlmanın dini vəzifəsidir ki, İslam adı ilə qiyam edən Fələstin millətinə səlahiyyəti çatdığı hər bir sahədə – siyasi, mədəni, iqtisadi, informasiya və s. sahələrdə – yardım etsin.
Fələstini işğal edən siyonist rejimi və onun himayədarları ilə həmkarlıq etmək çox böyük və bağışlanmayan bir səhvdir. Siyonistlərə və İsrailə dəstək olanlar və əl tutanlar, onlarla müzakirə aparanlar və saziş bağlayanlar elə onlardan sayılır. Mübarizə sazişlə ziddiyyət təşkil edir. Fələstin məsələsinə gəlincə mübarizə aparmaq bir dini vəzifə, saziş bağlamaq isə xəyanətdir.
İslam dünyasının hər bir guşəsində yaşayan ziyalılar, yazıçılar, mədəniyyət və incəsənət xadimləri bu gün Fələstin millətinə edilən zülmləri və vəhşilikləri dünya ictimaiyyətinə çatdırmalıdırlar.
Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin Fələstin İslam Konfransının iştirakçıları qarşısındakı çıxışından bir parça. 13/09/1369 - İlahi vədənin gerçəkləşməsiİlahi vədənin gerçəkləşməsi
Sionist rejimin təcavüzünə qarşı Livanın “Hizbullah” qruplaşmasının qələbəsi, Fələstində “Həmas” partiyasının əldə etdiyi uğur və İran İslam Respublikasının hərtərəfli inkişaf və tərəqqisi İlahi vədənin gerçəkləşməsinin ən bariz nümunələridir ki, müsəlmanların ümid və iradəsini gündən-günə daha da artırır.
Həzrət Ayətullah Xameneinin “Fələstinin İslami Cihadı” qruplaşmasının rəhbəri ilə görüşündə söylədiyi bəyanatdan bir parça. 18/11/1385 - Fələstinliləri dəstəkləməkFələstinliləri dəstəkləmək
Bu gün Fələstin milləti ayağa qalxmışdır və mütləq bütün dünya müsəlmanları fələstinlilərin cihadını dəstəkləməlidir. Biz fələstinliləri inamla dəstəkləyir və bu yolla “fələstinlilərin hüququnun müdafiəsi” adı ilə qəsbkarlarla saziş bağlayanları və “mühafizkarları” rədd edirik.
Həzrət Ayətullah Xameneinin “Fələstinin İslam İnqilabı” komitəsinin üzvləri ilə görüşündə etdiyi çıxışdan bir parça. 04/09/1369 - Fələstin torpağı fələstinlilərə aiddirFələstin torpağı fələstinlilərə aiddir
Fələstin müsəlman torpaqlarının mərkəzində yerləşir. Buna görə də dünyanın işğalçı ölkələri həmin məntəqədən İslama qarşı hücuma keçməyə, müsəlman millətlərini təzyiq altında salmağa və İslami hərəkatların qarşısını almağa cəhd göstərirlər. İslam dünyasının qəlbində yerləşən bu məntəqədə sionist rejimi dünya qəsbkarlarının və onların başında duran Amerikanın nümayəndəsidir. Qoy bilsinlər ki, onların apardıqları yalançı təbliğatların heç bir faydası olmayacaq və dünya millətlərini aldada bilməyəcəklər.
Biz yalnız Fələstin millətinin amalları uğrunda mübarizə aparan hər bir təşkilatı milli təşkilat hesab edirik! Təbii ki, öz şəxsi mənafeyini güdən və düşmənə satılıb fələstinlilərin amallarını ayaq altına qoyan təşkilat Fələstin millətini təmsil edən bir təşkilat deyildir.
Fələstinlilər dünya müsəlmanlarının yardımlarından məhrum qalıblar. Bütün müsəlman millətləri Fələstin torpaqlarında təzyiq altında olan müsəlmanlara və onların İslami qiyamına kömək göstərməli, bu işi özlərinin İslami və şəri vəzifələri bilməlidirlər.
Fələstin hadisəsində həqiqətin təhrif olunması olduqca böyük bir təxribatdır. Belə ki, işğal olunmuş torpağı, evi üçün mübarizəyə qalxan bir millət dünya qəsbkarlarının, İsrailin və onun əlaltılarının kütləvi informasiya vasitələrində dünya ictimaiyyətinə terrorist kimi tanıtdırıldı! Çox təəssüfləndirici bir haldır ki, özlərini sülhsevər və insan haqlarının müdafiəçisi adlandıran bir ictimaiyyətin dəstəyi ilə bu gün fələstin millətinin başına olmazın müsibətlər gətirilir. Halbuki, fələstinlilərə bu zülmü rəva görənlərin özləri insan hüquqlarını tapdalayan ünsürlərdir.
Fələstin fələstinlilərə aiddir! Yalnız Fələstin xalqı daxildə birləşib İslami bir dövlət yaratdıqları zaman, o torpaqlarda əmin-amanlığın bərqərar olması mümkündür.
Əgər sizin dedikləriniz həqiqətdirsə və Fələstin milləti, ümumiyyətlə, İslamla heç bir düşmənçiliyiniz yoxdursa, bu təklifi qəbul edin. Dünya qəsbkarları əmin olsunlar ki, əgər bu təklifi qəbul etməsələr, apardıqları müzakirələr və aldıqları qərarlar vasitəsilə fələstinlilərin qiyamını yatıra bilməyəcəklər və belə olan surətdə bu qiyam heç yatmamalıdı da!
Hal-hazırda fədakar və mübariz Fələstin müsəlmanları, qadın və kişi, qoca və cavan olmalarından asılı olmayaraq, o müqəddəs torpaqlarda mübarizə aparırlar. Onlara kömək göstərin! Fələstinə kömək etmək, əslində, müqəddəs hədəf uğrunda mübarizə aparan bir millətə kömək etmək deməkdir. “Fələstin” dedikdə öz şəxsi mənafelərini güdən, millətini düşünməyən və düşmənə satılmış ünsürləri nəzərdə tutmuruq. Fələstini təmsil edən təşkilatlar yalnız onların müqəddəs amallarını üstün tutanlardır. Düşmənə satılan və bu millətin amallarını tapdalayan təşkilat fələstinlilərin nümayəndəsi deyildir.
Həzrət Ayətullah Xameneinin “Fələstinlilərin İslami İnqilabının Müdafiəsi” adlı beynəlxalq konfransdakı çıxışından bir parça. 27/07/1370 - Son əsrdə müsəlmanların oyanışıSon əsrdə müsəlmanların oyanışı
Son əsrdə müsəlmanların oyanışının şahidiyik. Fələstinlilər isə bu barədə diqqət mərkəzindədirlər.
Fələstin torpaqlarının işğalından təxminən 60 il keçir. Məzlum Fələstin milləti çox əzab-əziyyətli günlər yaşamış və müxtəlif ağır sınaqları geridə qoymuşdur. Təsəvvür edin: hadisənin başlanğıcında arxasız bir millətin özünümüdafiəsi və ardıcıl məğlubiyyəti, didərginlik, qəriblik, evlərinin, yurd-yuvalarının viran edilməsi, doğmalarının öldürülməsi, kütləvi qırğınlar, Beynəlxalq təşkilatlara üz tutmaq və əliboş geri qayıtmaq, siyasi oyunların qurbanına çevrilmək və qəsbkarların sülhsevər vasitəçi rolunu oynaması...
Bu tarixi təcrübələrin nəticəsidir ki, rəşadətli və şücaətli Fələstin millətinin gənc nəsli azadlıqsevərlik və ayıq-sayıqlığın zirvəsinə yetişdi, bununla da müqəddəs azadlıq hərəkatı baş qaldırdı. Fələstinlilərin cihadında, ümumiyyətlə, İslami cihadların hamısında uğur və qələbənin rəmzi əqidədən dönməzlikdir. Düşmən daim hiylə işlətmək, vədə vermək və hədə-qorxu gəlməklə mübariz insanları əqidə və hədəfindən döndərməyə çalışır. Əgər əqidə itsə və ya zəifləsə, İslam dünyası öz doğru istiqamətini itirəcək və düşmənin təyin etdiyi istiqamətdə hərəkət edəcəkdir. Nəticə isə göz qabağındadır. Əksər hallarda öz aramızda olan və millətimizin nümayəndələri sayılan bəzi insanlar nəinki bizə öz əqidəmizdən dönüb, düşmənin dediklərinə əməl etməyi tövsiyə edir, hətta bunu siyasi taktika və ya tədbirlilik kimi qiymətləndirirlər! Onlar bu işdə hansı məqsədi güdürlər güdsünlər, istər tamahkarlıq, istər xəyanət, istərsə də sadəlövhlük üzündən belə bir tövsiyə etsələr, əmin olsunlar ki, bu ilahi kəlam onlara şamil olacaqdır:فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَنْ تُصِيبَنَا دَائِرَةٌ فَعَسَى اللَّهُ أَنْ يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِنْ عِنْدِهِ فَيُصْبِحُوا عَلَى مَا أَسَرُّوا فِي أَنْفُسِهِمْ نَادِمِينَ“Ona görə də ürəklərində xəstəlik (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (İslamın məğlubiyyətindən) qorxuruq” – deyən görərsən. Amma ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar”. (“Maidə” surəsi, ayə 52)
Onlar düşmənə yardım etməklə heç bir mənfəət əldə etməyəcəklər. Amerika və Qərb dünyası hətta onlara itaət edənlərə, onlarla həmkarlıq və əməkdaşlıq edənlərə belə mərhəmət göstərmədiklərini dəfələrlə sübut etmişlər. Belə ki, onlarla həmkarlıq edənlərdən istifadə müddəti sona yetən kimi onları çox asanlıqla özlərindən kənarlaşdırmışlar.
Bəziləri düşmənin güclü olduğunu xatırlatmaqla haqq-ədalət uğrunda mübarizə aparanları qorxutmağa çalışırlar. Bu, çox aldadıcı bir oyundur. Düşüncəli insanın mübarizə apardığı düşmən həqiqətdə onun varlığını, mənliyini, heysiyyət və şərəfini nişan almışdır. Belə düşmənlə, sözsüz ki, mübarizə aparmaq lazımdır. Qarşıda yalnız iki yol var: ya mübarizədən başıucalıqla çıxmaq, ya da təslim olub mənliyi itirmək və zillətlə yaşamaq.
Fələstinin şücaətli və əzmkar millətinə müraciət edirəm:
“Siz öz səbriniz, yenilməzliyiniz və cihadınızla İslam dünyasının başını uca etdiniz və müsəlman millətlərinə örnək oldunuz. Bu böyük müsibət sizin belinizi bükmədi, əksinə, şəhidlərinizin pak qanı dözümünüzü daha da artırdı. Qəddar düşməniniz kütləvi soyqırımla, qanınızı tökmək və evinizi viran etməklə sizi məhv edə bilmədi və bu gün siz həmişəkindən daha güclüsünüz. İndiyədək Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi və yüzlərlə belə ucaməqamlı şəhidləriniz, şəhadət yolunu seçən gəncləriniz düşmənə qələbə çalmışlar və bundan sonra da Allahın köməkliyi ilə qələbə çalacaqsınız. Biz – İran İslam Respublikasının müsəlmanları, eləcə də bütün dünya müsəlmanları və azadlıqsevər insanlar sizin qəminizə şərikdirlər. Biz sizin şəhidlərinizi öz şəhidlərimizlə bərabər tutur, başınıza gətirilən müsibətləri, kədər və qəminizi öz qəmimiz hesab edirik. Sizin qələbəniz bizim qələbəmizdir!”
Həzrət Ayətullah Xameneinin “Beynəlxalq Qüds günü və Fələstin millətinin hüquqlarının müdafiəsi” toplantısındakı çıxışından bir parça. 25/01/1385
-
- İctimai azadlıq
- Qadınlar
- İslam dövlətinin xüsusiyyətləri