Yüklə:
Rəhbərin çağırışı
- İmam Xomeyni (r.ə)
- Həcc
- Fələstin
- İctimai azadlıq
- Qadınlar
- Qadının ictimai fəaliyyətiQadının ictimai fəaliyyətiCəmiyyətdə qadının ictimai fəaliyyəti böyük əhəmiyyətə malikdir. Keçmiş dövrlərdə qadınların ictimai fəaliyyəti yox idi və buna əhəmiyyət də verilmirdi. Qadın üçün heç bir ictimai vəzifə nəzərdə tutulmurdu və qadınlar da bunu tələb etmirdilər. Xüsusilə də hal-hazırkı bir miqyasda qadının fəaliyyəti əsla təsəvvür olunmurdu. İndi isə nəzərə alın ki, hətta uzaq şəhərlər və kəndlərdə yaşayan qadınlarımız özlərini İslam İnqilabının qələbəsində rolu olan və onun mühafizəsində məsuliyyət daşıyan bir fərd hesab edirlər. Həqiqətən də, İslam İnqilabının qələbəsində qadınların rolu kişilərdən az olmamışdır. Hətta bəzən qadınlar ictimai məsələlərdə daha fəal və fədakardırlar.
İslamın qadın və kişi üçün təyin etdiyi məsuliyyətlər onun fitrəti və təbiətinə tamamilə uyğundur. Yəni, heç kimdən gücü çatmadığı iş tələb olunmur. Bəli, məntiq, İslamın bünövrəsi təşkil edir.
Təəssüflər olsun ki, tarix boyu qadın, lazımınca tanınmadığı və onun istedadlarına əhəmiyyət verilmədiyi üçün zülmə məruz qalmış və İslamın onun barəsində olan təsəvvürlərini gerçəkləşdirə bilməmişdir. Qadının öz gözəlliyini nümayiş etdirməyə sövq etdirilməsi və ticarətdə ondan bir vasitə kimi istifadə edilməsi ona edilən ən böyük zülmdür. Belə ki, onu həyatın ali hədəflərindən uzaqlaşdırmış və çox faydasız və puç işlərlə məşğul etmişlər.
Lakin İslam dini qadına onun fitrəti və təbiətinə cavab verən öz həqiqi dəyərini tanıtdırır və bu meyarla da onun üçün məsuliyyətlər təyin edir.
Ayətullah Xameneinin “Qadınların ictimai-mədəni birliyi” təşkilatınım üzvləri ilə görüşündə etdiyi çıxışdan bir parça. 16/10/1369 - İslamda qadının dəyəriİslamda qadının dəyəri
Müasir dövrdə aparılan geniş mədəni-maariflənmə işlərinə baxmayaraq, hələ də qadın və eləcə də kişinin hüquq və məsuliyyətləri düzgün və aydın şəkildə açıqlanmamışdır. Bunun başlıca səbəbi kimi bəşəriyyətin düçar olduğu və bu vaxta qədər öz həllini tapmamış bir sıra problemlər, o cümlədə qadın-kişi münasibətlərinin hüdudlarının müəyyənləşdirilməməsi, psixoloji problemlər, təcavüzkarlıqlar və s. hesab oluna bilər. Uzun illər boyu Avropa və Amerika ictimaiyyətində qadınların təbii hüquqları tapdalanmış, bunun ardınca isə onları “qadınlara dəyər və azadlıq vermək” adı altında heç bir çərçivəyə sığmayan cinsi münasibətlərə sövq etdirmişlər.
Vaxtilə Roma imperiyasına hakim olan ideologiya bu gün Qərb mədəniyyətinin əsasını təşkil edir. Qadını hədsiz dərəcədə alçaltdığına biz bu ideologiyanı ittiham edirik. Baxın, Qərb dünyasının qadına verdiyi dəyər əslində, bəşərin ən aşağı təbii istəyi olan cinsi meyillərin təmini istiqamətindədir.
Bu gün dünyada həllolunmaz bir problemə çevrilən ailə məsələsi qadınların məsuliyyət və vəzifələrinin onlara lazımi şəkildə tanıtdırılmaması, qadın-kişi münasibətlərinin hüdudlarının müəyyən edilməməsi, eləcə də bu iki cinsin səciyyəvi xüsusiyyətlərinin düzgün şəkildə tanınmamasından irəli gəlir. Bu problemin həllində isə bizə ən doğru yolu göstərən İlahi vəhy və göstərişlərdir. Quran öyüd-nəsihətlə yanaşı, qadınların mənəvi yüksəlişini təmin etmək məqsədilə onlara nümunəvi və ideal qadın simaları da təqdim edir.
Əziz İslam Peyğəmbəri (s) qızı Fatimeyi-Zəhranın (s.ə) əllərindən öpmüşdür. Əsla bunu duyğulardan irəli gələn bir hərəkət kimi dəyərləndirməyin. Xanım Fatimeyi-Zəhra (s.ə) kamil bir insan olduğundan o Həzrət (s) ona belə ehtiram göstərir. İslamda qadının dəyəri onun mənəvi yüksəlişi və kamilliyi ilə ölçülür . Məhz bu səbəbdən qadınların ictimai məsuliyyətləri və elmi tərəqqisi də bu istiqamətdə olmalıdır.
Bizim cəmiyyətdə İslami dəyərlər dirçəlməlidir. Məsələn, qadınların hicabı İslami dəyərlərdən biridir. Bizim hicab məsələsi üzərində bu qədər ciddi surətdə dayanmağımızın səbəbi odur ki, qadınlar yalnız və yalnız hicablarına riayət etməklə kamilliyin ən uca mərtəbələrinə yetişə və azğınlıq təhlükələrindən amanda qala bilərlər.
Qadınlar bilsinlər ki, hicaba riayət etmək yüksək mənəvi və elmi məqamlara çatmaqda onlara yardım edir. Qadının hicab məsələsi əsla Qərbin mədəni təzyiqlərinə məruz qalmamalı və müsəlman qadınlar yad mədəniyyətlərin təsiri altına düşməməlidirlər. Əlbəttə, təkcə çadra hicablı geyim sayılmır. Lakin çadra bizim üçün ən kamil və milli hicablı geyim tərzidir. Hicab müsəlman qadınların siyasi, ictimai və mədəni sahələrdə fəaliyyəti ilə ziddiyyət təşkil etmir.
Ölkəmizin qadınları elmin müxtəlif sahələrində öz istedadlarını çiçəkləndirməlidirlər. Onlar savadlanmalı və yüksək elmi dərəcələrə nail olmaq üçün səy göstərməlidirlər. Qadınların əxlaqsızlığa sürüklənməsi isə onların savadlanmasına əngəl olan ən başlıca amildir.
Ailə bütöv bir cəmiyyəti təşkil edən kiçik cəmiyyətlərdir. Qadın bu kiçik cəmiyyətin əsas sütununu təşkil edir və onun aparıcı qüvvələrindən sayılır. Ailə mühiti istedadların çiçəklənməsi üçün əlverişli bir mühitdir və belə bir mühitdə qadın ixtisasından asılı olmayaraq, öz evdarlıq vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir.
Ayətullah Xameneinin “Qadınların ictimai-mədəni birliyi” təşkilatının üzvləri və “İslami hicab” qurultayının iştirakçıları ilə görüşündə söylədiyi nitqdən bir parça. 4/10/1370 - Müsəlman qadının üstünlükləriMüsəlman qadının üstünlükləri
İnsanın mənəvi yüksəlişində əməl və rəftarlar böyük rol oynayır. Elə xanım Fatimeyi-Zəhranın (ə) gənc yaşlarında mənəviyyat və hikmətin ali dərəcələrinə yiyələnməsi məhz onun əməllərinin səmərəsi olmuşdur. Peyğəmbərin (s) əziz qızı atasının qəm şəriki, fədakar həyat yoldaşı və övladları üçün böyük tərbiyəçi idi. Bu xanım imam Həsən (ə), imam Hüseyn (ə) və xanım Zeynəb (s.ə) kimi şəxsiyyətlər yetişdirmişdir. O xanım Allaha ibadət etməklə imanını gücləndirdi, mənəviyyatını zənginləşdirdi və qəlbini İlahi nura qərq etdi. Həyatı boyu dünya bər-bəzəyindən və maddi ləzzətlərdən çəkindi. İslamın müdafiəsi, Peyğəmbər (s) və İmamı (ə) himayə etmək üçün cihad edən ən nümunəvi qadın idi.
Hər bir müsəlman qadını elmə yiyələnmək, özünü tərbiyə etmək, mənəviyyatını saflaşdırmaq və zənginləşdirmək üçün səy göstərməli, dünya bər-bəzəyinə, cah-cəlalına əhəmiyyət verməməli, ismət və iffətlərini qorumalı, ailəsinin, övladlarının və həyat yoldaşının rahatlığını təmin etməli və öz isti qucağında sağlam düşüncəli və pak insanlar yetişdirməlidir.
Bu gün dünyada “insan və qadın azadlığı” şüarlarını verənlər həqiqətdə bəşəriyyətə və qadına ən böyük zülmü rəva görənlərdir. Çünki məhz onlar “qadın azadlığı” şüarı arxasında qadını əyyaş kişilərin əyləncə vasitəsinə çevirmişlər. Bizim nəzərimizcə, müasir Qərb dünyasının qadın barəsindəki tərzi-təfəkkürü indiyədək qadına edilən zülmlər arasında bənzərsizdir. Qadına qarşı belə bir kütləvi şəkildə zülm və təcavüzkarlıq müasir Qərb mədəniyyətinin məhsuludur və yalnız indiki dövrə xasdır. Bu gün səslənən “qadın azadlığı” şüarı əslində, qadınların deyil, əyyaş kişilərin azadlığıdır.
Qərb dünyası qadınlara təkcə ictimai əmək fəaliyyəti sahəsində deyil, incəsənət və bədii ədəbiyyatda da zülm etmişdir. Bu həqiqət Qərbin bədii ədəbiyyatında, kino filmlərində və rəsm əsərlərində öz əksini tapmışdır. Belə ki, qadın ucuz və əliaçıq bir işçi kimi canlandırılır. Amma İslam bu cəhətləri qadın üçün üstünlük hesab etmir. İslam qadınların ictimai fəaliyyətinin əleyhinə deyil, əksinə hətta əgər qadının evdən kənarda əmək fəaliyyətini onun ən mühüm vəzifəsi olan övlad tərbiyəsi və evdarlığı ilə toqquşmadığı təqdirdə zəruri hesab edir. Lakin qadının işləməyi mənəvi və insani dəyərlərin tapdalanması ilə nəticələnməməlidir.
Bilin ki, əgər müsəlman qadınlar öz həqiqi simalarını bərpa edə bilsələr, İran İslam İnqilabı kimi bir möcüzə baş verəcəkdir. İran qadınları iffət və ismətlərini, hicablarını qorumaqla, saleh övladlar yetişdirmək və evdarlıqları ilə yanaşı, elm və savada da yiyələndilər. Hal-hazırda ölkəmizdə saysız-hesabsız həkim qadın, elmin müxtəlif sahələrində yüksək dərəcələrə yiyələnən alimə qadınlar və istedadlı gənc qız tələbələr vardır ki, İran İslam Respublikasının iftixarı sayılırlar.
Heç bir ideologiya İslam qədər insana və insanlığa dəyər vermir. İnsan hüquqlarının müdafiəsi İslamın əsas prinsiplərindən biridir və bu hüquqların qorunması yalnız İslamın hüquq və məhkəmə qanunlarının icrası ilə mümkündür.
Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu və “Qadınlar günü” münasibətilə Həzrət Ayətullah Xameneinin qadınlarla keçirdiyi görüşdəki çıxışdan bir parça. 25/9/1371 - Qadının hərtərəfli tərəqqisiQadının hərtərəfli tərəqqisi
Əgər biz ölkəmizdə qadınlara aid problemləri həll edə bilsək, bütün dünya qadınlarına böyük xidmət göstərmiş olarıq. Ola bilsin ki, bu xidməti bəziləri indi, bəziləri sonralar başa düşsünlər. Hər halda bir gün bunu dərk edəcəklər.
Siz ölkəmizin nümunəvi fəal qadınlarısınız. Siz İslamın qadına verdiyi dəyəri gözəl şəkildə nümayiş etdirirsiniz. Bəli, İslam İnqilabından əvvəl də İranda alimə qadınlar var idi. Amma mən demək istədiyim budur ki, keçmiş ilə müqayisədə hal-hazırda bu rəqəm olduqca yüksəkdir və tədqiqatçı, mütəxəssis, mütəfəkkir, yazıçı, şairə və rəssam qadınlarımız əvvəlki dövrə nisbətən qat-qat çoxdur, yəni o dövrdə ki, “qadın azadlığı”, “qadın hüququ” şüarı ilə aləmə car çəkirdilər, qadının hicabını əlindən alıb iffətsizliyə sövq etdirirdilər, qadın və kişi arasında pərdələri tamamilə qaldırırdılar, əxlaqsızlığı və iffətsizliyi gündən-günə daha çox təbliğ edir və hətta bəzən ustadlarını da ötüb keçirdilər – həmin o dövrdə siyasi, ictimai və mədəni sahələrdə fəaliyyət göstərən qadınların sayı bu qədər çox deyildi. Bu böyük izdiham İslam düşmənlərinin dedikləri və beyinlərə yeritmək istədikləri düşüncələrin tam əksini nümayiş etdirir, yəni iffətsizlik və məsuliyyətsizlik qadınların maddi və mənəvi tərəqqisini nəinki təmin etmir, əksinə, özlərinə bəzək-düzək verməkdən ötrü onları müxtəlif lazımsız və puç işlərlə məşğul etməklə kamilliyə doğru hərəkətdən yayındırır. Deməli, İslami hicab qadınların hər bir sahədə və hərtərəfli tərəqqisi üçün zəmin yaradan önəmli bir amildir.
Həzrət Ayətullah Xameneinin müxtəlif sahələr üzrə mütəxəssis qadınlarla görüşündə etdiyi çıxışdan bir parça 13/4/1386
-
- İslam dövlətinin xüsusiyyətləri