Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
  • Həcc
  • Fələstin
  • İctimai azadlıq
  • Qadınlar
    • Qadının ictimai fəaliyyəti
      Çap versiyası  ;  PDF
      Qadının ictimai fəaliyyəti

      Cəmiyyətdə qadının ictimai fəaliyyəti böyük əhəmiyyətə malikdir. Keçmiş dövrlərdə qadınların ictimai fəaliyyəti yox idi və buna əhəmiyyət də verilmirdi. Qadın üçün heç bir ictimai vəzifə nəzərdə tutulmurdu və qadınlar da bunu tələb etmirdilər. Xüsusilə də hal-hazırkı bir miqyasda qadının fəaliyyəti əsla təsəvvür olunmurdu. İndi isə nəzərə alın ki, hətta uzaq şəhərlər və kəndlərdə yaşayan qadınlarımız özlərini İslam İnqilabının qələbəsində rolu olan və onun mühafizəsində məsuliyyət daşıyan bir fərd hesab edirlər. Həqiqətən də, İslam İnqilabının qələbəsində qadınların rolu kişilərdən az olmamışdır. Hətta bəzən qadınlar ictimai məsələlərdə daha fəal və fədakardırlar.

      İslamın qadın və kişi üçün təyin etdiyi məsuliyyətlər onun fitrəti və təbiətinə tamamilə uyğundur. Yəni, heç kimdən gücü çatmadığı iş tələb olunmur. Bəli, məntiq, İslamın bünövrəsi təşkil edir.

      Təəssüflər olsun ki, tarix boyu qadın, lazımınca tanınmadığı və onun istedadlarına əhəmiyyət verilmədiyi üçün zülmə məruz qalmış və İslamın onun barəsində olan təsəvvürlərini gerçəkləşdirə bilməmişdir. Qadının öz gözəlliyini nümayiş etdirməyə sövq etdirilməsi və ticarətdə ondan bir vasitə kimi istifadə edilməsi ona edilən ən böyük zülmdür. Belə ki, onu həyatın ali hədəflərindən uzaqlaşdırmış və çox faydasız və puç işlərlə məşğul etmişlər.

      Lakin İslam dini qadına onun fitrəti və təbiətinə cavab verən öz həqiqi dəyərini tanıtdırır və bu meyarla da onun üçün məsuliyyətlər təyin edir.

      Ayətullah Xameneinin “Qadınların ictimai-mədəni birliyi” təşkilatınım üzvləri ilə görüşündə etdiyi çıxışdan bir parça. 16/10/1369
    • İslamda qadının dəyəri
    • Müsəlman qadının üstünlükləri
    • Qadının hərtərəfli tərəqqisi
  • İslam dövlətinin xüsusiyyətləri
700 /