Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
  • Həcc
  • Fələstin
    • Fələstinlilərin İslami qiyamına dəstək olmalıyıq
    • İlahi vədənin gerçəkləşməsi
    • Fələstinliləri dəstəkləmək
    • Fələstin torpağı fələstinlilərə aiddir
    • Son əsrdə müsəlmanların oyanışı
      Çap versiyası  ;  PDF
      Son əsrdə müsəlmanların oyanışı

      Son əsrdə müsəlmanların oyanışının şahidiyik. Fələstinlilər isə bu barədə diqqət mərkəzindədirlər.

      Fələstin torpaqlarının işğalından təxminən 60 il keçir. Məzlum Fələstin milləti çox əzab-əziyyətli günlər yaşamış və müxtəlif ağır sınaqları geridə qoymuşdur. Təsəvvür edin: hadisənin başlanğıcında arxasız bir millətin özünümüdafiəsi və ardıcıl məğlubiyyəti, didərginlik, qəriblik, evlərinin, yurd-yuvalarının viran edilməsi, doğmalarının öldürülməsi, kütləvi qırğınlar, Beynəlxalq təşkilatlara üz tutmaq və əliboş geri qayıtmaq, siyasi oyunların qurbanına çevrilmək və qəsbkarların sülhsevər vasitəçi rolunu oynaması...

      Bu tarixi təcrübələrin nəticəsidir ki, rəşadətli və şücaətli Fələstin millətinin gənc nəsli azadlıqsevərlik və ayıq-sayıqlığın zirvəsinə yetişdi, bununla da müqəddəs azadlıq hərəkatı baş qaldırdı. Fələstinlilərin cihadında, ümumiyyətlə, İslami cihadların hamısında uğur və qələbənin rəmzi əqidədən dönməzlikdir. Düşmən daim hiylə işlətmək, vədə vermək və hədə-qorxu gəlməklə mübariz insanları əqidə və hədəfindən döndərməyə çalışır. Əgər əqidə itsə və ya zəifləsə, İslam dünyası öz doğru istiqamətini itirəcək və düşmənin təyin etdiyi istiqamətdə hərəkət edəcəkdir. Nəticə isə göz qabağındadır. Əksər hallarda öz aramızda olan və millətimizin nümayəndələri sayılan bəzi insanlar nəinki bizə öz əqidəmizdən dönüb, düşmənin dediklərinə əməl etməyi tövsiyə edir, hətta  bunu siyasi taktika və ya tədbirlilik kimi qiymətləndirirlər! Onlar bu işdə hansı məqsədi güdürlər güdsünlər, istər tamahkarlıq, istər xəyanət, istərsə də sadəlövhlük üzündən belə bir tövsiyə etsələr, əmin olsunlar ki, bu ilahi kəlam onlara şamil olacaqdır:

      فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَنْ تُصِيبَنَا دَائِرَةٌ فَعَسَى اللَّهُ أَنْ يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِنْ عِنْدِهِ فَيُصْبِحُوا عَلَى مَا أَسَرُّوا فِي أَنْفُسِهِمْ نَادِمِينَ

      “Ona görə də ürəklərində xəstəlik (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (İslamın məğlubiyyətindən) qorxuruq” – deyən görərsən.  Amma ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar”. (“Maidə” surəsi, ayə 52)

      Onlar düşmənə yardım etməklə heç bir mənfəət əldə etməyəcəklər. Amerika və Qərb dünyası hətta onlara itaət edənlərə, onlarla həmkarlıq və əməkdaşlıq edənlərə belə mərhəmət göstərmədiklərini dəfələrlə sübut etmişlər. Belə ki, onlarla həmkarlıq edənlərdən istifadə müddəti sona yetən kimi onları çox asanlıqla özlərindən kənarlaşdırmışlar.

      Bəziləri düşmənin güclü olduğunu xatırlatmaqla haqq-ədalət uğrunda mübarizə aparanları qorxutmağa çalışırlar. Bu, çox aldadıcı bir oyundur. Düşüncəli insanın mübarizə apardığı düşmən həqiqətdə onun varlığını, mənliyini, heysiyyət və şərəfini nişan almışdır. Belə düşmənlə, sözsüz ki, mübarizə aparmaq lazımdır. Qarşıda yalnız iki yol var: ya mübarizədən başıucalıqla çıxmaq, ya da təslim olub mənliyi itirmək və zillətlə yaşamaq.

      Fələstinin şücaətli və əzmkar millətinə müraciət edirəm:

      “Siz öz səbriniz, yenilməzliyiniz və cihadınızla İslam dünyasının başını uca etdiniz və müsəlman millətlərinə örnək oldunuz. Bu böyük müsibət sizin belinizi bükmədi, əksinə, şəhidlərinizin pak qanı dözümünüzü daha da artırdı. Qəddar düşməniniz kütləvi soyqırımla, qanınızı tökmək və evinizi viran etməklə sizi məhv edə bilmədi və bu gün siz həmişəkindən daha güclüsünüz. İndiyədək Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi və yüzlərlə belə ucaməqamlı şəhidləriniz, şəhadət yolunu seçən gəncləriniz düşmənə qələbə çalmışlar və bundan sonra da Allahın köməkliyi ilə qələbə çalacaqsınız. Biz – İran İslam Respublikasının müsəlmanları, eləcə də bütün dünya müsəlmanları və azadlıqsevər insanlar sizin qəminizə şərikdirlər. Biz sizin şəhidlərinizi öz şəhidlərimizlə bərabər tutur, başınıza gətirilən müsibətləri, kədər və qəminizi öz qəmimiz hesab edirik. Sizin qələbəniz bizim qələbəmizdir!”

      Həzrət Ayətullah Xameneinin “Beynəlxalq Qüds günü və Fələstin millətinin hüquqlarının müdafiəsi” toplantısındakı çıxışından bir parça. 25/01/1385
  • İctimai azadlıq
  • Qadınlar
  • İslam dövlətinin xüsusiyyətləri
700 /