Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
    • Həqiqi İslamın əsl bayraqdarı
      Çap versiyası  ;  PDF
      İMAM XOMEYNİ – HƏQİQİ İSLAMIN ƏSL BAYRAQDARI
      Həmişə olduğu kimi bu gün də İslam dünyası zülm və zorakılığa, istismar və qarətə qarşı çıxmaqdadır. Belə bir İslamın hegemon və istismarçı dövlətlərin, o cümlədən Amerika və İsrailin düşmənçiliyinə məruz qalması təbiidir. Biz hələ o zaman – həqiqi İslamın bayraqdarı olan əziz İmamımızın (r.ə) arxasında şüarlar deyəndə bilirdik ki, İslam düşmənlərinin və hegemon qüvvələrin bizimlə müxalifətçiliyə qalxacaqlarını çox yaxşı bilirdik. İslamın zühur etdiyi illərdə də vəziyyət eynilə belə idi. Yəhudilər, münafiqlər, kafirlər və müşriklər Mədinə şəhərini mühasirəyə alıb Əhzab müharibəsinə qalxdıqları zaman həqiqi möminlər belə dedilər:

      هذا ما وعدنا الله و رسوله

      “Bunu Allah və Onun peyğəmbəri bizə vəd etmişdi”. Yəni bu, gözlənilməz bir hadisə deyildi. Allah və Onun peyğəmbəri (s) möminlərə xəbər vermişdilər ki, azğın və şər qüvvələr sizin əleyhinizə birləşəcəklər. Buna görə də İlahi vədənin gerçəkləşdiyini gördükdə onların imanları daha da möhkəmləndi.

      Hər zaman həqiqi İslam aşkar olduqda mənfur və şər qüvvələr ona qarşı ayağa qalxsalar da, qəlbi pak və ruhu saf insanlar bütün varlıqları ilə onu qorumuşlar. Sizcə, nə üçün on milyonlarla insan İmam Xomeyninin (r.ə) dəfn mərasimində onun cənazəsi ətrafına toplaşdılar və əzizini itirən bir şəxs kimi sinələrinə, başlarına döydülər? Sizcə, nə üçün dünyanın hər bir yerində yüz milyonlarla müsəlman bir nəfərin ölümünə görə matəmə büründü? Nə üçün bu qədər insan İmam Xomeynini (r.ə) sevirdi? Şübhəsiz bu sualların bir cavabı var: “İslama xatir”. O böyük şəxsiyyət bizə başa saldı ki, Allah İslama xatir qəlbləri inqilab ruhiyyəsi ilə birləşdirdi və nəhayət, İslam inqilabı bütün dünyada zəfər çaldı.

      Sizin bu qədər böyük məsafəni qət edib bura toplaşmağınız üçün qəlblərinizi və cisminizi qüvvətləndirən, məzlumlara arxa olan, zalımlara isə qarşı çıxan qüdrət həqiqi İslamdır. Allah yolunda ürəkləri birləşdirən, əzəmətli və məğlubedilməz bir qüvvəyə çevirən amil, məhz həqiqi İslamdır. Biz bu mühüm həqiqəti dərk etməli və hər zaman yadda saxlamalıyıq.

      Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin Fars, Hormozqan bölgələrinin, Qəzvin, Takistan və s. şəhərlərinin ruhaniləri, vəzifəli şəxsləri və əhalisi qarşısındakı çıxışından bir parça. 21/4/1368
    • İmam Xomeyninin amalları
    • Hərəkatının səmərələri
    • Gördüyü böyük işlər
  • Həcc
  • Fələstin
  • İctimai azadlıq
  • Qadınlar
  • İslam dövlətinin xüsusiyyətləri
700 /