Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Xarici səfərlərə dair məsələlər

  • Səfər
    • Pasport və viza
    • Qeyri-şəri və qeyri-qanuni səfər
    • Müsafir namazı
    • Səfərdə namaz vaxtlarının təyin edilməsi
      Çap versiyası  ;  PDF
       
      Səfərdə namaz vaxtlarının təyin edilməsi
       
      Təyyarədə şəri üfüqün təyin edilməsi
      18. Sual: Mən illər sonra İrana səfər etmək niyyətindəyəm. Uçuş vaxtı günorta saat 5-dədir. Eniş vaxtı isə gecə saat 2-dədir. Namazı hansı məkanın şəri üfüqü ilə qılmalıyam? İranın, yoxsa başqa bir məkanın şəri üfüqü ilə qılmalıyam?
      Cavab: Namaz qılmağa hazırlaşdığınız vaxt haradasınızsa, həmin məkanın şəri üfüqü ilə məğrib və işa namazlarını qılmalısınız, baxmayaraq ki, təyyarədəsiniz.
       
      19. Sual:
      1) Mən Tayland ölkəsinə səfər etmək niyyətindəyəm. Uçuş vaxtı gecə saat 11-dədir. Təyyarədə sübh namazımı hansı saatda və hansı şəkildə qılmalıyam?
      2) Taylandda namaz vaxtlarını, xüsusilə də sübh namazının vaxtını necə təyin edə bilərəm?
      Cavab:
      1) Əgər təyyarədə namazın şərtlərinə (o cümlədən bədənin hərəkətsizliyinə və qiblə istiqamətinə) riayət edərək namaz qılmaq mümkün olarsa, namaz vaxtının daxil olduğuna əmin olduqdan sonra (məsələn, havanın işıqlanmasını müşahidə edərək sübh namazının vaxtının daxil olduğuna əmin olaraq) namazı qılmalısınız. Əgər namazın şərtlərinə riayət etmək mümkün olmasa və uçuş başa çatanda namaz vaxtı başa çatmayacaqsa, namazı yubatmalı və uyğun bir yerdə namaz qılmalısınız. Amma əgər namaz vaxtı başa çatacaqdırsa, namazı təyyarədə qılmalı və mümkün qədər namazın şərtlərinə riayət etməlisiniz.
      2) Orada olan şiə din alimlərindən və ya İran Mədəniyyət Mərkəzindən soruşa bilərsiniz.
       
      20. Sual: Əgər uçuş Yerin hərəkət istiqamətinin əks istiqamətində fasiləsiz olaraq 15 saatdan çox davam edərsə, belə ki, uçuş müddətində Yerin yalnız gündüz olan hissəsində olsaq, həmçinin (səfərin başlandığı yerin) sübh namazının vaxtı ilə (səfər edilən yerin və ya hazırda təyyarənin olduğu məkanın) şəri zöhr vaxtı arasındakı fasilə 12 saatdan çox olsa, zöhr namazını (sübh namazı ilə zöhr namazı arasındakı zaman fasiləsinin çox olduğunu nəzərə alaraq) hansı vaxtda qılmalıyıq?
      Cavab: Olduğunuz yerdə – getdiyiniz şəhərdə və ya təyyarənin daxilində – zöhr namazının vaxtı daxil olduqda, namaz vaxtı başa çatmamış namazı qılmalısınız.
       
      21. Sual: Təyyarə ilə olan uzunmüddətli səfərlərdə (belə ki, bəzən səfər on saatdan çox çəkir) namaz üçün vəzifəmiz nədir? Məsələn, mən zöhr vaxtı Amerikadan yola düşürəm və on saat sonra Avropaya çatıram, halbuki orada səhər saat 8-dir. Bu, namazın bir sutkası deməkdir. Mən indi hansı namazları hansı vaxtlarda qılmalıyam?
      Cavab: Uçuş zamanı hansı namazın vaxtını müəyyən etmək mümkün olarsa, həmin namazı namazın şərtlərinə riayət edərək təyyarədə qılmalısınız.
       
      Namaz vaxtı yenidən daxil olduğu zaman qılınan namazın təkrar qılınmasına ehtiyacın olmaması
      22. Sual: Qitələrarası səfərlərdə təxminən 17 saat təyyarədə oluram. Səfər etdiyim yerə çatdığım zaman ya vaxtı hələ çatmayan bəzi namazlar indi qəza olmuşdur, ya da qıldığım bəzi namazların vaxtı yenidən daxil olmuşdur. Bu iki halda namazların hökmü nədir?
      Cavab: Birinci halda – yəni səfərin başlandığı şəhərdə namaz vaxtının hələ daxil olmadığı halda – siz təyyarədə namaz vaxtı daxil olduqdan sonra namazı qılmalısınız. Əgər namazı qılmasanız, səfər etdiyiniz yerə çatdıqda bu namazın qəzasını qılmalısınız. İkinci halda – yəni səfərin başlandığı şəhərdə, məsələn, sübh namazını qıldığınız halda – səfər etdiyiniz yerə çatdıqda həmin günün sübh namazını qılmağa ehtiyac yoxdur.
       
      23. Sual: Təyyarədə olarkən şəri zöhr vaxtı daxil olduqda zöhr və əsr namazları qılınır. Fərz edin ki, Dubaydan Braziliyaya səfər edilir və təyyarənin sürəti Yerin fırlanma sürətindən çoxdur. Uçuş bir müddət davam etdikdən sonra sərnişin yeni bir zöhr vaxtına daxil olur. Bu halda o, zöhr və əsr namazlarını yenidən qılmalıdırmı? Yoxsa qıldığı zöhr və əsr namazları kifayət edir?
      Cavab: Əgər həmin günün zöhr vaxtıdırsa, namazı yenidən qılmağa ehtiyac yoxdur.
       
      Gecə olmayan məntəqələrdə sübhü təyin etmək
      24. Sual: Avropanın şimal məntəqələrində Günəş qürub etdikdən sonra da səma işıqlı olur, belə ki, “sadiq fəcr”in doğmasını təyin etmək mümkün deyildir. Əlbəttə, Günəş doğmamışdan bir saat yarım öncə səmanın işıqlılığı get-gedə artmağa başlayır. Bu müddətdə sübh namazını qılmaq olarmı?
      Cavab: Səmanın işıqlılığı artmağa başladığı andan etibarən gecə başa çatır və sübh başlanır. Bu vaxt sübh namazının vaxtıdır. Amma əgər işıqlılığın artdığına şəkk olunarsa, namazı yubatmaq və sübh olduğuna yəqin etdikdə namazı qılmaq lazımdır.

       

    • Səfərdə namaz məkanı
  • Kişi və qadın ünsiyyətinin hökmləri
  • Yeməklər və içkilər
  • Paklıq və napaklıq məsələləri
  • Namaz
  • Alğı-satqının hökmləri
  • Müxtəlif məsələlər
700 /