Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Xarici səfərlərə dair məsələlər

  • Səfər
    • Pasport və viza
    • Qeyri-şəri və qeyri-qanuni səfər
      Çap versiyası  ;  PDF
       
      Qeyri-şəri və qeyri-qanuni səfər
       
      Sərhəddən qanunsuz şəkildə keçmək
      3. Sual: Ərbəinə bir neçə gün qalmış ziyarətə getmək istəyənlərdən viza tələb olunmur. Viza almaq üçün maddi imkanı olmayan şəxs həmin günlərdə ziyarətə gedə bilərmi? Bu günlərdə ziyarətə gedən şəxsin səfərinin və ziyarətinin hökmü nədir?
      Cavab: Həmin günlərdə İraq ölkəsinə vizasız daxil olmaq üçün rəsmi qadağa olmadığı təqdirdə, bunun iradı yoxdur.
       
      Qeyri-qanuni səfər
      4. Sual: Bəzi şəxslər xarici ölkələrin səfirliklərinin möhür və imzasını saxtalaşdırır və bu yolla ayrı-ayrı şəxslər üçün viza çıxararaq, qarşılığında pul alırlar. Hətta bəzən Məkkəyə getmək istəyənlər üçün vizanı saxtalaşdırırlar. Bu viza bəzən yaxşı işlər, bəzən də şəriətə zidd işlər üçün istifadə olunur. Bu məqamı da əlavə edək ki, bəzi hallarda saxta viza ilə sərhədi keçən şəxslər təhlükə ilə üzləşir və sərhəddə həbs olunurlar. Bu yolla qazanılan pul halaldır, yoxsa haramdır?
      Cavab: Bu işə icazə verilmir və bu işin qarşılığında alınan pul haramdır.
       
      Qaçaqmalçılıq
      5. Sual:
      1) Ölkənin limanlarından birindən qaçaq mal gətirmək məqsədilə səfər etmək günah səfəri hesab olunurmu?
      2) Kişilərin istifadəsi üçün düzəldilən qızılların alğı-satqısı üçün səfər etmək günah səfəri hesab olunurmu?
      3) Şəri hökmlər çərçivəsindən kənar bir şəkildə pul krediti götürmək üçün səfər etmək günah səfəri hesab olunurmu?
      Cavab:
      1 və 3) Bu səfərlər günah səfəri hökmündədir.
      2) Əgər bu qızıllar sırf kişilərin istifadəsi üçün olarsa, bu səfər günah səfəri hesab olunacaqdır.
       
      Səfərdə namazın vaxtında qılınmasına çətinlik yaratmaq
      6. Sual: Mən xarici ölkəyə səfər edirəm. Avtobus sübh namazı üçün dayanmır. Mən oturacağımda əyləşən halda namaz qıla bilərəmmi? Yoxsa bu səfərə ümumiyyətlə getməməliyəm?
      Cavab: Ümumiyyətlə, sərnişinlər namaz vaxtının keçəcəyindən qorxduqları təqdirdə sürücüdən istəməlidirlər ki, namaz qılmaq üçün uyğun bir yerdə dayansın. Sürücü də sərnişinlərin istəyinə əməl etməlidir. Əgər hansısa bir səbəbə görə avtobusu dayandırmaq mümkün olmazsa, sərnişinlər namaz vaxtının keçəcəyindən qorxduqları təqdirdə namazı avtobusda qılmalı və imkan daxilində qiblə istiqamətinə, qiyam, rüku və səcdələrə riayət etməlidirlər. Bunu da qeyd edək ki, əgər səfərə getmək günah etməklə, məsələn, namazın şərtlərini tərk etmək kimi bir günah ilə yanaşı olarsa, zərurət olmadan bu səfərə getmək icazəli deyildir.
    • Müsafir namazı
    • Səfərdə namaz vaxtlarının təyin edilməsi
    • Səfərdə namaz məkanı
  • Kişi və qadın ünsiyyətinin hökmləri
  • Yeməklər və içkilər
  • Paklıq və napaklıq məsələləri
  • Namaz
  • Alğı-satqının hökmləri
  • Müxtəlif məsələlər
700 /